Məhsullarımız
Bitkilər
Ot
Kəkli̇kotu Otu
Tərkib:
Sürünən kəklikotunun tərkibində əsas komponenti fenollar – kristallik timol (30%-dək) və maye karvakrol (20%-dək), simol, borneol, terpinen, terpineol olan 1%-dən çox efir yağı və s. maddələr vardır.
İstifadəsi:
Bir xörək qaşığı xammalın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, soyudulur, süzülür. Gündə 2-3 dəfə, hər dəfə 1 xörək qaşığı qəbul edilir.
Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.
Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.
Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.
Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.
Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79
Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.
Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.
Kəklikotu qədimdən bəri xalq təbabətində və kulinariyada geniş istifadə olunan alçaqboylu kol bitkisidir. Bitkinin 350-yə yaxın növü var. Kəklikotu özünəməxsus ətrə malik olduğu üçün həm ədviyyat, həm dərman bitkisi, həm də efir yağları üçün xammal kimi istifadə olunur. Bitkiyə dünyanın bütün yerlərində, ən çox da quraqlıq ərazilərdə, qayalıqlarda, çəmənlik və düzlərdə, həmçinin Kiçik və Böyük Qafqaz dağlarının ətəklərində rast gəlmək olar. Kəklikotunun müxtəlif iqlim şəraitlərində məskunlaşmasından asılı olmayaraq onun bütün növləri oxşar xüsusiyyətlərə malikdir. Ən çox onun kiçik və spesifik ətirli yarpaqları diqqəti cəlb edir.
Kəklikotu mikrob əleyhinə, iltihab əleyhinə, immun sistem gücləndirici xüsusiyyətlərə malik olduğu üçün çox faydalıdır. Timol və karvakrol efir yağları sayəsində bakteriya, göbələk və mikroblara qarşı aktiv mübarizə aparır. Flavonoidlər və fenol birləşmələri orqanizmdə iltihabi prosesləri azaldır. Bu bioloji aktiv komponentlər xroniki iltihabi xəstəliklər zamanı çox fayda verir. Kəklikotu mədə-bağırsaq sisteminin fəaliyyətini yaxşılaşdırır. Yeməkdən sonra mədədə ağırlıq hissini azaldır, həzmi və iştahanı yaxşılaşdırır.
Bunlarla yanaşı tənəffüs sisteminin funksiyasını yaxşılaşdırır, bəlğəmgətirici və öskürək əleyhinə təsir göstərir. Bronxial astma simptomlarını azaldır, kəskin respirator xəstəliklər və soyuqdəymə zamanı traxeya və bronxları genişləndirir, rahat nəfəsalmanı təmin edir. Bitkinin çayı və inhalyasiyası çox effektlidir. Orqanizmə tərlədici və qızdırmasalıcı təsir edir. Kəklikotunun ətri sinir sistemini sakitləşdirir. Məhz bu səbəbdən insanlarda gündəlik stressi azaltmaq və əhvali-ruhiyyəni yaxşılaşdırmaq məqsədilə vannalara, masaj yağlarının tərkibinə əlavə olunur. Aromaterapiyada da kəklikotuna xüsusi yer verilir.
Bitki müxtəlif vitamin və mineralların mənbəyi hesab olunur. Vitamin C ilə zəngin olduğu üçün immun sistemi möhkəmləndirir, orqanizmin xəstəliklərə qarşı müdafiə qabiliyyətini artırır. Vitamin A sayəsində isə gözün görmə qabiliyyətini, dərinin vəziyyətini yaxşılaşdırır. Vitamin K qanın normal laxtalanması və sümüklərin sağlamlığını təmin edir. Kəklikotunun dəmirlə zəngin tərkibi qanın oksigenlə zənginləşməsində iştirak edir, enerji mübadiləsini yaxşılaşdırır.
Bitki kalsium sayəsində dayaq-hərəkət sisteminin fəaliyyətinə, əzələ və sinir sisteminə müsbət təsir göstərir. Maqnezium ürək-damar sisteminin işini yaxşılaşdırır, kalium orqanizmdə su-duz balansını tənzimləyir, arterial təzyiqi stabil saxlayır. Manqan fermentlərin sintezi və fəaliyyətinə təsir edir, antioksidant təsir edir. Hüceyrələrdə oksidativ stresi tormozlayır, sərbəst radikalları neytrallaşdırır, orqanizmdən xaric edir. Bununla sərbəst radikalların hüceyrəyə dağıdıcı təsirinin qarşısını alır, şiş hüceyrələrinin inkişafını önləyir, qocalma əleyhinə effekt verir. Sink elementi böyümə və inkişafı sürətləndirir.
Əlaqəli yazı mövcud deyil.