Məhsullarımız
Bitkilər
Ot
Exi̇naseya Otu
Tərkib:
Exinaseya otunun tərkibində polisaxaridlər (heteroksilanlar, arabinoramnoqalaktanlar), efir yağı (qeyri-tsiklik seskviterpenlər), fermentlər, makro- (kalium, kalsium) və mikroelementlər (selen, kobalt, gümüş, molibden, sink, manqan) var.
İstifadəsi:
Bir çay qaşığı xammalın üzərinə 200 ml (1 stəkan) qaynar su əlavə edilir, 45 dəq. müddətində dəmlənir, süzülür. Gündə 1-2 dəfə, hər dəfə 1/2 stəkan daxilə qəbul edilir.
Diqqət: 3 həftədən artıq içilməsi məsləhət deyil. Lazım olarsa 4 həftəlik fasilədən sonra yenidən qəbula başlamaq olar.
Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.
Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.
Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.
Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.
Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79
Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.
Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.
Exinaseyanın vətəni Şimali Amerika hesab olunur. İlk dəfə bitkini İsveç tədqiqatçısı Karl Linney 1753- cü ildə aşkarlamışdır. O hind qəbiləsinin çobanyastığıya bənzər bir bitkini insanların və heyvanların müalicəsində istifadə etdiyini müşahidə etmişdir. Onlar məhz bu bitkidən açıq yaraları sağaltmaq üçün, ağrıkəsici kimi, ilan zəhərlənmələrinin müalicəsində və öskürək əleyhinə vasitə kimi tətbiq olunan müxtəlif dərmanlar hazırlayırdılar.
Tezliklə bitkini bütün dünyada becərməyə başladılar. Beləliklə exinaseya bütün Şərq və Avropa təbabətində respirator infeksiyalar zamanı immuniteti gücləndirən vasitə kimi tanınmağa başladı. Bitki hal-hazırda da sağlamlığın və uzunömürlüyün mənbəyi hesab olunur. Onun yerüstü hissələri, kökü, kökümsovu həm təzə, həm də qurudulmuş formada dərman məqsədilə istifadə olunur.
Exinaseyanın tərkibi polisaxaridlər və fitosterinlər kimi bioloji aktiv maddələr, efir yağları, doymuş və doymamış yağ turşuları, kofeik turşu, aşı maddələr, saponinlər, vitaminlər, sianidlər, dəmir, sink, selen, kalium, molibden, gümüş, kobalt, nikel, barium, berillium, vanadium və manqanla zəngindir. Həmçinin bitkinin kök və kökümsovunda insulinəbənzər inulin maddəsi, fenolkarbon turşuları, betain vardır. Tərkibinin zənginliyi sayəsində exinaseya otu orqanizmdə immun sistemi gücləndirir, ümumi möhkəmləndirici, iltihab əleyhinə, sakitləşdirici, stress əleyhinə təsir göstərir.
Bioloji aktiv komponentlərdən polisaxaridlər və kofeik turşusu sayəsində humoral və hüceyrə immunitetini gücləndirir, leykositlərin miqdarını artıraraq faqositar aktivliyini gücləndirir. Bakteriya və virusların artıb çoxalmasının qarşısını alır. Qrip və herpes viruslarına, Candida cinsindən olan göbələklərə qarşı orqanizmin dözümlülüyünü artırır. Exinaseya ekstraktı stafilokokları, streptokokları, bağırsaq çöplərini məhv edir. Bunun əsas səbəbi bitkinin mikrobların çoxalmasını təmin edən fermentləri zəiflətməsidir.
Exinakozidlər, selen və sink hüceyrələri sərbəst radikalların dağıdıcı təsirindən qoruyur, onları neytrallaşdırır və orqanizmdən xaric edir. Nəticədə şiş hüceyrələrinin inkişafının qarşısını alır, anti-aging effekt verərək orqanizmi cavan və gümrah saxlayır. Exinaseya həmçinin lipoproteinlərin oksidləşməsini ləngidir, kollagen liflərini zədələnmədən qoruyur. Tərkibi minerallarla zəngin olduğu üçün maddələr mübadiləsini yaxşılaşdırır. Qanda şəkər və xolesterin səviyyəsini tənzimləyir.
Qaraciyər və böyrəyin fəaliyyətini yaxşılaşdırır, qan hüceyrələrinin yenilənməsini təmin edir. Exinaseya əsasında hazırlanan fitopreparatlar geniş təsir spektrinə malikdir. Kəskin respirator xəstəliklər fonunda zəifləmiş immun vəziyyət, yuxarı tənəffüs yollarının infeksion iltihabı, tənəffüs və sidik yollarının residivləşən xəstəliklərinin profilaktikası və müalicəsində istifadə edilir. Dayaq-hərəkət aparatının, kiçik çanaq orqanlarının xroniki iltihabı zamanı iltihab əleyhinə effekt verir. Antibiotiklərlə uzun müddətli müalicə zamanı ümumi möhkəmləndirici vasitə kimi tətbiq edilir. Exinaseya çətin sağalan yaralar zamanı islatma şəklində də istifadə olunur.
Əlaqəli yazı mövcud deyil.