Məhsullarımız
Bitkilər
Ot
Bənövşə Otu
Tərkib:
Üçrəngli bənövşə otunun tərkibində karotinoidlər, flakoksantin, askorbin, salisil, tartar, ursol turşuları, flavonoidlər (rutin, viteksin, orientin), saponinlər, selik, rutin, əsasən metil efirindən ibarət efir yağı var.
İstifadəsi:
Bir xörək qaşığı xammalın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 15 dəqiqə dəmlənir, otaq temperaturunda soyudulur, süzülür. Gündə 3 dəfə, hər dəfə 1/2 stəkan qəbul edilir. Dəmləməni sərin yerdə 2 sutkaya qədər saxlamaq olar.
Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.
Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.
Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.
Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.
Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79
Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.
Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.
Bənövşə həm dekorativ, həm də müalicəvi əhəmiyyətli bitkidir. Əsasən Şimal yarımkürəsində, Avropa, Asiya və Şimali Amerika materikində rast gəlinir. Azərbaycanda dağətəyi və dağlıq bölgələrdə, meşə kənarlarında, kölgəli və rütubətli yerlərdə yayılıb. Bənövşə erkən yazda, mart-aprel aylarında çiçəkləyir.
Bitkinin tərkibi bir çox faydalı aktiv komponentlərlə zəngindir. Bənövşənin tərkibində rutin, aşı maddələr, kumarinlər, flavonoidlər, askorbin turşusu, saponinlər, salisilatlar, alkaloidlər, delfinidin, malvinidin tipli antosianidlər vardır. Yeri gəlmişkən bitkinin çiçəklərinin bənövşəyi, mavi və ya tünd-bənövşəyi çalarlı olması bu antosian maddələrin mövcudluğu ilə bağlıdır. Bu piqmentlər həmçinin arılar və digər tozlandırıcılar üçün vizual cəlbedici siqnal rolunu oynayır.
Antosianidlər bitkini UB şüalarından qoruyur. Hüceyrələrdə oksidativ stresi azaldır, beləliklə bitkinin stresə davamlılığı artır. Bu maddələr orqanizmə antioksidant təsir göstərir. Maddələr mübadiləsi nəticəsində hər gün bədəndə yaranan sərbəst radikalları neytrallaşdıraraq orqanizmdən xaric edir. Nəticədə bədən hüceyrələrini sərbəst radikalların dağıdıcı təsirindən qoruyur, hüceyrə membranını müdafiə edir.
Bənövşə otu tərkibindəki faydalı komponentlər hesabına orqanizmə həmçinin antiseptik, bürüyücü, bəlğəmgətirici, iltihab əleyhinə, spazmolitik, yüngül ödqovucu, tərqovucu, sakitləşdirici, işlədici və diuretik təsir göstərir. Bənövşə otu bronxit və pnevmoniyalar, virus xəstəlikləri zamanı bəlğəmi yumşaldır, öskürək əleyhinə təsir edir.
Bitki bədənin tosqun hüceyrələri tərəfindən sintez olunan histamin adlı maddənin sekresiyasını azaltdığı üçün bronxlarda olan spazmı aradan qaldırır, ödəm və şişkinliyi azaldır. Quru və allergik mənşəli öskürəklər zamanı çox effektlidir.
Bənövşə otu böyrək və sidik yollarının iltihabi xəstəlikləri, sistit, podaqra, revmatizm zamanı faydalıdır. Bu bitkinin həm də antiallergik effekt verdiyi üçün uşaqlarda allergik dermatitlər, eksudativ-kataral diatez, seboreya zamanı dəri səthinə islatmalar şəklində də tətbiq olunur. Herpes, qoturluq, səpkilər zamanı bənövşə şirəsi dəri səthinə nazik qat şəklində çəkilir. Bənövşə otunun tərkibi vitamin C və karotinoidlərlə zəngin olduğu üçün ateroskleroz, ürək tutmaları, oynaqların iltihabı və raxit zamanı da effektlidir.
Tərkibindəki violanin və rutin hesabına damarları qoruyur, elastikliyini artırır. Bitkinin tərkibi seliyəbənzər maddələr və efir yağları ilə zəngindir. Bu səbəbdən mədə-bağırsaq traktının iltihabi xəstəlikləri, dizenteriya zamanı da orqanizmə müsbət təsir göstərir. Stomatologiyada bənövşə otu ağız boşluğunun, dişətinin xəstəliklərində, hətta diş ağrıları zamanı yaxşı effekt verir. Bitkinin narahatlıq, yuxusuzluq, yüngül nevrotik pozulma hallarında istifadəsi çox effektlidir. Bənövşə otunun bir müddət müntəzəm istifadəsi xəstələrə sakitləşdirici təsir göstərir.