Məhsullarımız
Bitkilər
Meyvə
Quşarmudu Meyvəsi̇
Tərkibi:
Quşarmudu meyvələri C vitamini (160 mq% -ə qədər) və karotin (56 mq% -ə qədər), şəkər (5% -ə qədər), alma, limon, çaxır və kəhraba turşuları, aşı maddələri və pektinlər, sorbitol, amin turşuları, efir yağları, kalium, kalsium, maqnezium və natrium duzları, həmçinin flavonoidlər, triterpen birləşmələri, acı maddələr və sorbin turşusu ilə zəngindir.
İstifadəsi:
Bir xörək qaşığı xammalın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 3-4 saat dəmlənir, süzülür. Gündə 2-3 dəfə, hər dəfə 100 ml (1/2 stəkan) yeməkdən əvvəl daxilə qəbul edilir.
Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.
Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.
Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.
Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.
Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79
Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.
Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.
Quşarmudu ən çox Avropa, Sibir, Qafqaz, Mərkəzi Asiya kimi ərazilərdə geniş yayılıb. Daha çox meşələrdə, qayalıqlarda, bağ və parklarda yetişir. Hündürlüyü 10-15 m-ə çatan ağac bitkisidir. Meyvələri kiçik, narıncı və ya parlaq qırmızı rəngdə olur, sentyabr-oktyabr aylarında yetişir.
Bu bitkinin meyvəsinin tərkibi bir çox bioloji aktiv komponentlərlə zəngindir. Meyvələrin tərkibində C, P, A, E vitaminləri, karotinoidlər, alma, üzüm turşuları, pektin və bitki lifləri, taninlər, antioksidantlar vardır. Quşarmudu meyvələri C vitamini ilə zəngin olduğu üçün immun sistemi gücləndirir, orqanizmi möhkəmləndirir.
Angina, tonzillit kimi bir çox yuxarı tənəffüs yolu xəstəlikləri zamanı antibakterial təsir edir. Xəstəlik törədən mikrobları öldürür, iltihab əleyhinə güclü effekt verir. A vitamini hesabına görməni gücləndirir, dəri və selikli qişalarda kapilyar qan dövranı və regenerasiyanı sürətləndirir.
Quşarmudu meyvəsi E vitamini də ehtiva etdiyi üçün güclü antioksidant sayılır. Orqanizmdə maddələr mübadiləsi nəticəsində əmələ gələn sərbəst radikalları neytrallaşdırır və onların hüceyrəyə dağıdıcı təsirinin qarşısını alır. Qocalma və şiş əleyhinə effekt verir. Qaraciyərdaxili öd yollarında və öd kisəsində ödü durulaşdırır, öd yollarında hərəkiliyi artırır, ödün onikibarmaq bağırsağa tökülməsini asanlaşdırır.
Ağızda acılığı azaldır və mədə turşuluğunu normallaşdırır. Bundan başqa həzmi yaxşılaşdırır, iştahanı artırır, maddələr mübadiləsini sürətləndirir. Pektinlər bağırsaqları təmizləyir və toksinləri orqanizmdən çıxarır. Yüksək dozalarda qəbulu işlədici effekt verir və qəbizlik əleyhinə faydalıdır.
Quşarmudu meyvəsi böyrək və sidik yollarına uroseptik və yüngül sidikqovucu effekt verir. Ödemlərin azalmasına kömək edir, orqanizmdən artıq duzları və mayeni xaric edir. Tərkibində P vitamini olduğu üçün qan damarlarının elastikliyini artırır, damarları möhkəmləndirir, kapilyarların kövrəkliyini azaldır. Əlavə olaraq qan dövranını yaxşılaşdırır, varikoz damarlar, kapilyar qansızmalar üçün profilaktik olaraq istifadə olunur. Həmçinin arterial təzyiqi normallaşdırır.
Quşarmudu meyvələrinin tərkibində sorbit var. Bu komponent də şəkərsiz şəkər olduğundan diabet xəstələri üçün yararlıdır. Hətta qan şəkərinin qəfil dəyişməsini tənzimləməyə kömək edə bilər. Xolesterolu azaldır, lipid spektrini normallaşdırır. Məhz bu xüsusiyyətlərinə görə meyvələr arterial hipertoniya, ateroskleroz, şəkərli diabetdən əziyyət çəkən insanlarda gündəlik qida rasionuna daxil edilərək gələcəkdə yarana biləcək infarkt, insult riskini azaldır.
Quşarmudunun quru meyvələrindən hazırlanan çay və dəmləmələr xalq təbabətində bir sıra xəstəliklərin müalicəsində geniş istifadə edilir. Meyvələrin ekstraktı qaraciyər və öd xəstəliklərində, hepatit və xroniki xolesistitdə faydalıdır. Quşarmudu meyvəsindən hazırlanan pastanın bal ilə qarışımı hipo- və avitaminozlarda, immundefisit vəziyyətlərdə çox effektlidir. Orqanizmin ümumi tonusunu artırır, zəiflik, halsızlıq zamanı müsbət təsir göstərir.