Əlaqə məlumatlarınızı doldurun

Məlumatlarınız sizinlə əlaqə saxlanıla bilməsi üçün istifadə olunacaq

Yanlış email formatı!
Yanlış telefon formatı!
Profile Icon

Herba Flora – BOT

Online

Məhsullar

Qaragi̇lə Meyvəsi̇

Tərkibi:
Qaragilə meyvələrinin tərkibi 12%-ə qədər pirokatexin qrupundan olan aşı maddələri, 7%-ə qədər üzvi turşular, o cümlədən limon, alma, kəhraba, xin və turşəng, 30%-ə qədər şəkər, C, B vitaminləri və karotinlə zəngindir.

İstifadəsi:
2 çay qaşığı xammalın üzərinə 200 ml (1 stəkan) su əlavə edilir, 45 dəq. müddətində qaynar su hamamında dəmlə­nilir və süzülür. Gündə 3-4 dəfə, yeməkdən əvvəl 1/4 stəkan daxilə qəbul edilir.

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Ətraflı Məlumat

Qaragilə dadlı meşə giləmeyvəsidir. Tərkibi orqanizm üçün faydalı maddələrlə zəngindir. Qaragilə alçaqboylu kol bitkisi olub açıq-yaşıl rəngli yarpaqlara sahibdir. Adətən bitkinin meyvələri yayın ortalarında yığılır. Avropa, Asiya, Şimali Amerikanın iynəyarpaqlı və enliyarpaqlı meşələrində, torf bataqlıqlarında geniş yayılıb.

Qaragilə meyvəsinin tərkibi

Qaragilə meyvələrinin tərkibi A, B1, B2, PP, B5, B6, C, E, K vitaminləri, fol turşusu (B9 vitamini), xolin, kalium, kalsium, maqnezium, natrium, fosfor, dəmir, manqan, sink, selen kimi makro- və mikroelementlər, aşı maddələr, efir yağları ilə zəngindir.

Qaragilə meyvələri təbii vitamin və mineral deposu olduğu üçün hər şeydən əvvəl immuniteti gücləndirir və orqanizmi möhkəmləndirir. Orqanizmin bu elementlərə və askorbin turşusuna olan sutkalıq təlabatını ödəmək üçün 100 qram giləmeyvənin yeyilməsi yetərlidir. Askorbin turşusu, sink, dəmir immun sistemini gücləndirməklə yanaşı həmçinin qanyaranmada da iştirak edir.

Göz sağlamlığını qoruyan – qaragilə

Qaragilə meyvələrinin vitamin C, flavonoidlər və taninlərlə zəngin tərkibi konyuktivitlər zamanı çox effektlidir. Görmənin itiliyini artırır və gecəgörməni yaxşılaşdırır. Bir çox tədqiqatlar nəticəsində qaragilə meyvələrinin göz xəstəliklərində, hətta gözün torlu qişasının qopması zamanı xüsusi faydasının olduğu təsdiqlənib. Bu bitkinin meyvələri gözlərdə qan dövranını yaxşılaşdırır, xırda kapilyarları möhkəmləndirir, diabetik retinopatiyanın qarşısını alır.

B qrupu vitaminləri hesabına sinir sisteminin fəaliyyətini yaxşılaşdırır. Xalq təbabətində qaragilə meyvələrindən hazırlanan məcun müxtəlif mənşəli xroniki ishallar, mədə-bağırsaq problemləri, ağız boşluğunun iltihabi xəstəlikləri, hətta angina, faringit, revmatizm zamanı istifadə olunur. Təzə dərilmiş qaragilə meyvələri sinqa xəstəliyinin dərmanı hesab edilir.

Qaragilə meyvəsinin şəkərli diabetdə faydaları nələrdir?

Bəzi mənbələr isə qaragilə meyvələrinin şəkərli diabet xəstəliyində yüksək effektini təsdiqləyir. Giləmeyvələrin tərkibi ona xüsusi rəng verən antosianlarla zəngindir. Bu komponentlər də təbii antioksidant hesab olunur. Bu antioksidantlar qanda şəkər səviyyəsini aşağı salır, eyni zamanda hüceyrələrin insulinə həssaslığını artırır.

Qaragilə meyvələrinin müntəzəm qəbulu maddələr mübadiləsini yaxşılaşdırır, şəkərli diabetdən əziyyət çəkən xəstələrdə damar divarını möhkəmləndirir, damar divarının keçiriciliyini azaldır. Bu da arterial hipertoniya, ateroskleroz, şəkərli diabet kimi xəstəliklərdən əziyyət çəkən insanlarda gələcəkdə ürək-damar xəstəliklərinin inkişafı, infarkt və insult riskini azaldır.

Maqneziumla zəngin olduğu üçün ürəyin normal fəaliyyətini təmin edir. Qaragilə meyvələri az kalorili və aşağı qlikemik indeksli olduğu üçün bu qəbildən olan xəstələrin rahatlıqla gündəlik qida rasionuna əlavə edilə bilər. Bu giləmeyvələr toxuma və hüceyrələrdə kapilyar qan dövranını yaxşılaşdırır, sərbəst radikalları neytrallaşdırır. Beləliklə hüceyrələri dağılmadan qoruyur, qocalma prosesini ləngidir.

Bitki lifləri ilə zəngin olduğu üçün həzmi sürətləndirir, pis xolesterinin miqdarını azaldır, yaxşı xolesterinin miqdarını tənzimləyir. Qaragilə meyvələri K vitamini hesabına qanın laxtalanmasında da iştirak edir. Kalium ehtiva etdiyi üçün orqanizmdə su-duz balansını tənzimləyir.

  • Qaragilə bitkisinin yarpaq və zoğları “Herba Flora” şirkətinin istehsal etdiyi Uralitin, Mirfazin çaylarının tərkibini öz müalicəvi keyfiyyətləri ilə zənginləşdirir. Bundan başqa şirkət qaragilənin meyvələrini və yarpaqlarını ayrılıqda da istehsal edir. Qaragilə meyvələri min bir dərdin dərmanıdır! Bu bitkidən uyğun xəstəliklərdə hər kəsin istifadə etməsi faydalı ola bilər.

Əlaqəli bloq yazıları:

Qaragilə meyvəsinin faydaları nələrdir?

Konyuktivit

Diabet nədir?

Şəkərli diabet

Oxşar Məhsullar