Əlaqə məlumatlarınızı doldurun

Məlumatlarınız sizinlə əlaqə saxlanıla bilməsi üçün istifadə olunacaq

Yanlış email formatı!
Yanlış telefon formatı!
Profile Icon

Herba Flora – BOT

Online

Məhsullar

Ci̇rə Meyvəsi̇

Tərkib:
Cirə meyvəsinin tərkibində 1,2-3,5% efir yağı (əsas komponentləri anetol (80-90%), metilxavikol (10%), cirə aldehidi, cirə ketonu, cirə spirti və cirə turşusu, alfa-pinen, kamfen, asetaldehid), həmçinin zülali mad­dələr, şəkərlər, üzvi turşular var.

İstifadəsi:
Bir xörək qaşığı xammalın üzərinə 200 ml. (1 stəkan) qaynar su tökülür, qaynayan su hamamında 15 dəq dəmlənir, otaq temperaturunda soyudulur, süzülür. Gündə 5-6 dəfə, hər dəfə 1-2 xörək qaşığı daxilə qəbul edilir. Dəmləməni sərin yerdə 2 sutkaya qədər saxlamaq olar.

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Kateqoriyalar ,

Ətraflı Məlumat

Cirə meyvəsinin xüsusiyyətləri

Cirə qədimdən xalq təbabətində və kulinariyada geniş istifadə olunan spesifik ətirli ədviyyatdır. O müalicəvi xüsusiyyətləri ilə tanınır. Əsasən isti iqlim şəraitində yetişən bitkidir və dünyanın müxtəlif bölgələrində yayılıb. Cirənin vətəni Aralıq dənizi sahili ölkələri hesab olunur. Bitki iyun-iyul aylarında çiçəkləyir, avqust-sentyabr aylarında isə toxumları yetişir. Cirə meyvəsi yumurtaşəkilli və ya armudvari formada olub əsas hissədən enli, yuxarı hissədən daralmış vəziyyətdədir.

Cirə meyvəsi zəngin kimyəvi tərkibə malikdir və müxtəlif faydalı komponentlər ehtiva edir. Cirə meyvəsinin tərkibi anetol, cirə aldehidi, cirə ketonu, cirə spirti, cirə turşusu, yağ, zülali maddələr, liflər, A, C, E, K, B qrupu vitaminləri, dəmir, maqnezium, fosfor, kalsium, sink, kalium kimi bioloji aktiv maddələrlə zəngindir.

Cirə meyvəsinin tənəffüs sisteminə faydaları nələrdir?

Cirə meyvəsi orqanizmə bəlğəmgətirici, iltihab əleyhinə, spazmolitik, laktogen təsir göstərir. Kəskin və xroniki bronxit, bronxial astma zamanı cirə meyvəsi bronxlarda spazmı aradan qaldırır, astma tutmalarını azaldır. Cirə meyvəsindən hazırlanmış preparatlar kirpikli epiteli ehtizaza gətirərək hərəkətliliyini artırır, bəlğəmi durulaşdırır, onun bronxların selikli qişasının iltihab məhsulları ilə birgə tənəffüs yollarından asan evakuasiyasını təmin edir. Tənəffüs yollarına həm də güclü bakterisid təsir göstərir.

Cirə meyvəsinin insan orqanizminə təsirləri

Mədə-bağırsaq sisteminin hərəkətini və sekretor funksiyasını sürətləndirir. Bitkinin meyvəsi həmçinin iştahanı yaxşılaşdırır, bağırsaq xəstəlikləri zamanı qarında yaranmış kolik və ağrıları aradan qaldırır. Cirə meyvələrinin analarda laktasiyanı artırdığı praktik olaraq sübut olunmuşdur. Südəmər körpələrdə isə bu meyvə sancıları aradan qaldırır, qazəmələgəlməni azaldır.

Cirə meyvəsi dəmirlə zəngin olduğu üçün orqanizmdə qanyaranma prosesində iştirak edir, qırmızı qan hüceyrələrinin və hemoqlobinin formalaşmasında böyük rol oynayır. Meyvələrin tərkibi həmçinin manqanla zəngindir və orqanizmə antioksidant təsir edir. Maddələr mübadiləsi nəticəsində əmələ gələn sərbəst radikalların hüceyrə membranlarına dağıdıcı təsirinin qarşısını alır.

Cirə meyvələrinin enerji dəyəri az olsa da onun zəngin mineral və vitamin tərkibi immuniteti artıraraq bədəni möhkəmləndirir, sağlam inkişafı təmin edir. Bəzi tədqiqatlar nəticəsində sübut olunmuşdur ki, bu faydalı bitkinin meyvələri depressiyanın müalicəsində çox effektlidir. Hətta siçanlar üzərində aparılan bir tədqiqat cirə meyvəsi ekstraktının güclü antidepressant olması faktını sübut etmişdir.

Doğum sonrası qadınlarda yüngül depressiv əlamətləri aradan qaldırdığı təsdiq olunmuşdur. Bəzi tədqiqatlar isə cirənin tərkibindəki anetol maddəsinin qanda şəkər səviyyəsini tənzimlədiyini sübut etmişdir. Bundan başqa bu maddənin həm də mədəaltı vəzinin funksiyasını yaxşılaşdıraraq insulin sintezini artırdığı da məlumdur.

Əlaqəli bloq yazıları:

Əlaqəli yazı mövcud deyil.

Oxşar Məhsullar