Məhsullarımız
Bitkilər
Meyvə
Ərküdə Meyvəsi̇
Tərkib:
Ərkudə meyvələrinin tərkibində 1.3%-ə qədər üzvi turşular (qarışqa, sirkə, propion, yağ, valerian, kapron), efir yağı (0.63%), alkaloidlər (0.42%), vitaminlər, aşı maddələr (3.43%), kumarinlər (0.44%), flavonoidlər və s. maddələr var.
İstifadəsi:
Bir xörək qaşığı xammalın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 30 dəqiqə qaynayan su hamamında dəmlənir, soyudulur və süzülür. Gündə 3 dəfə, hər dəfə 200 ml (1 stəkan) yeməkdən 30 dəqiqə əvvəl və ya 1 saat sonra ilıq şəkildə qəbul edilir. Qəbul müddəti minimum 3 aydır.
Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.
Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.
Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.
Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.
Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79
Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.
Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.
Ərküdə xalq təbabətində yüzilliklər boyunca istifadə olunub. Lakin onun neyrofizioloji təsir mexanizmləri yalnız 20-ci əsrdə öyrənilməyə başlayıb. Hələ Qədim Yunanıstanda əhali bu bitkidən istifadə edirdi. Ərküdə meyvəsi əsasən Aralıq dənizi bölgəsində, Orta Asiyada və Cənubi Avropada yayılmışdır. Bitki “İbrahim ağacı” da adlanır. Əsasən qadın sağlamlığı üçün istifadə edilir, bəzən ona “qadın otu” da deyirlər. Ərküdə meyvəsinin müalicəvi xüsusiyyətlərini nəinki fitoterapevtlər, həmçinin akademik təbabətlə məşğul olan mütəxəssislər də qəbul edir.
Bitkinin tərkibi flavonoidlər, diterpenlər, fitosteroidlər, prolifenollar, iridoid qlikozidlər, alkoloidlər, yağ turşuları ilə zəngindir. Ərküdə meyvəsinin ən faydalı komponentləri viteksin, viteksilakton, kastisin və aqnuziddir. Ərküdə meyvəsi diterpenlər sayəsində beyində dofamin reseptorlarını stimullaşdıraraq prolaktin səviyyəsini tənzimləyir. Daha doğrusu qanda prolaktin səviyyəsini aşağı salır, süd vəzilərində gedən fibrokistik proseslərin geriyə inkişafına və tsiklik ağrı sindromunun aradan qalxmasına səbəb olur.
Ərküdə meyvəsi əsrlər boyu qadınların reproduktiv fəaliyyətinin aktivləşdirilməsi üçün istifadə olunurdu. Bu, bitkinin prolaktin səviyyəsini tənzimləməsi ilə izah olunurdu. Bildiyiniz kimi prolaktin səviyyəsinin yüksəkliyi cinsi hüceyrələrin inkişafını ləngidir, onların mayalanma qabiliyyətini aşağı salır və nəticə etibarı ilə sonsuzluğa gətirib çıxarır. Kişi sonsuzluğu da bəzi hallarda prolaktin səviyyəsinin yüksəkliyi ilə əlaqədar olur. Bu zaman spermatozoidlərin miqdarı və aktivliyi azalır. Ərküdə meyvəsi bu problemin müalicəsində də çox effektlidir.
Xalq təbabətinə görə ərküdə hormonal balansı tənzimlədiyi üçün kişilərdə keçəlləşmənin qarşısını alaraq saçların uzanmasını təmin edir. Qadınlarda ovulyasiyanı stimullaşdırır. Xüsusilə Polikistik Yumurtalıq Sindromu olan qadınlarda ovulyasiya problemlərini aradan qaldıra bilir. Ərküdə meyvəsi follikulstimullaşdırıcı hormonun səviyyəsini azaldır, lyuteinləşdirici hormonun miqdarını artırır. Eyni zamanda estrogen hormonunun səviyyəsini azaldır, progesteronun miqdarını isə artırır. Məhz bu səbəbdən sarı cismin funksional çatışmazlığı ilə əlaqədar menstrual tsikl pozulmalarına müsbət təsir göstərir. Sarı cismin funksional çatışmazlığına bağlı progesteron ifrazının azalmasının qarşısını alır.
Müxtəlif tipli aybaşı pozulmalarında, hətta menstruasiyanın dayanması müşahidə edildikdə istifadə edilə bilər. Predmenstrual sindromun əlamətlərini (psixoemosional labillik, baş ağrıları, tsiklik mastodiniya, ödemlər) azaldır. Menopauza ilə əlaqəli hormonal disbalansı da tənzimləyir. İsti basmalar, əsəbilik və hormon dəyişikliyinə qarşı təsirlidir. Bitki hormonal balansın pozulması ilə bağlı artıq çəkidən əziyyət çəkən insanlara arıqladıcı effekt verir. Ərküdə meyvəsi miqren zamanı müşahidə olunan baş ağrılarını azaldır. Bitkinin tərkibində olan efir yağları göbələk və bakteriyalara, stafilokok və salmonellaya qarşı fungisid və bakterisid təsir göstərir. Bitkinin iltihab əleyhinə effekti də vardır.
Əlaqəli yazı mövcud deyil.