Məhsullarımız Bitkilər Lavanda Çiçəyi
Tərkibi:
Lavanda çiçəklərinin tərkibində 5%-ə qədər efir yağı (əsas tərkib hissəsi linalilasetat (50%-ə qədərgeranil, sineol, borneol, geraniol, limonen, sedrin, fenol, pinen, linalool, lavandulol yağları olan),həmçinin flavonoidlər, kumarinlər, turşular (valerian və kapron), triterpen birləşmələri (ursol turşusu), 12% -ə qədər aşı maddələri, acı maddələr var.
İstifadəsi:
Üç çay qaşığı xammalın üzərinə 400 ml (2 stəkan) qaynar su tökülür, 45 dəq. qaynayan su hamamındadəmlənir, otaq temperaturunda soyudulur, süzülür. Gündə 3-4 dəfə, hər dəfə 1/2 stəkan daxilə qəbul edilir. Dəmləməni sərin yerdə 2 sutkaya qədər saxlamaq olar.
Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.
Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.
Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.
Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.
Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79
Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.
Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.
Lavanda xoş ətrə malik çoxillik bitkidir. Lavandanın vətəni Aralıq dənizi sahilləri hesab olunur. Avropada lavandanı 16-cı əsrin axırlarında becərməyə başlamışlar. Rusiya ərazisinə 19-cu yüzilliyin ikinci yarısında gətirilmişdir. Bitkinin bütün hissələri efir yağları ilə zəngindir. Bu maddələr lavandaya bir çox xəstəliklərin müalicəsində fayda vermək imkanı verir.
Hər şeydən əvvəl lavandanın ən önəmli xüsusiyyəti sinir sisteminə sakitləşdirici təsir göstərməsidir. Lavanda sayəsində orqanizm tez bir zamanda stresdən azad olur, əhvali-ruhiyyə yaxşılaşır, həyəcan azalır. Bitki aromaterapiyada yuxunun keyfiyyətini yaxşılaşdırmaq üçün istifadə olunur. Bitkinin tərkibində olan efir yağları əsəbləri sakitləşdirir, yuxunun keyfiyyətini yaxşılaşdırır, əsas komponent borneol isə antidepressiv təsir göstərərək tükənmişlik sindromunda öz effektini göstərir.
Tərkibində olan digər efir yağı sineol mikrob əleyhinə, iltihab əleyhinə təsir edərək infeksiyalarla aktiv mübarizə aparır. Lavanda kiçik sıyrıqlar, ekzema, hətta yanıqların da müalicəsində istifadə olunur. Bu bitki həm kişi, həm də qadın orqanizmi üçün vacib əhəmiyyətə malikdir. Belə ki, qadınlar gündəlik stress, depressiya və onun nəticələri ilə üzbəüz qaldığı hallarda lavanda yardımçı vasitə hesab olunur. Bunun üçün lavanda çiçəkləri ilə aromaterapiya tətbiq olunur, ya da sinir sistemini rahatlaşdırmaq üçün bitkinin çayı içilir.
Bitki linalool komponenti sayəsində sidik-ifrazat sisteminin işini yaxşılaşdırır. Lavanda sistit, uretrit kimi sidik yolu xəstəliklərində, hətta aybaşı ağrıları zamanı çox effektlidir. Bitki ağrıkəsici və spazm əleyhinə təsir edərək ağrıları azaldır. Lavandanın ağrı əleyhinə təsiri, sedativ effekti, stressi və gərginliyi azaltması, həmçinin əhvalı yaxşılaşdırması ilə də əlaqələndirilir. Xalq təbabətində lavanda yağı aybaşı tsiklinin pozulmalarında da istifadə edilir. Lavanda qadınlarda üz dərisini cavanlaşdırır, gözaltı şişkinliyi, qara nöqtə və kamedonları azaldır, həmçinin qırışları hamarlayır. Bitkinin tərkibində heraniol efir yağı dəriyə nəmləndirici və dezinfeksiyaedici təsir göstərir. Bu səbəbdən də bitki kosmetologiyada geniş istifadə olunur.
Həm qadınlar, həm də kişilər üçün lavandanın müxtəlif formada müntəzəm qəbulu ürək-damar xəstəliklərinin inkişaf riskini azaldır. Efir yağı borneol sayəsində arterial təzyiqi normallaşdırır, infarkt və insult riskini önləyir. Kişilərdə lavanda prostat vəzin və kiçik çanaq orqanlarının qan dövranını yaxşılaşdırır, potensiyanı artırır. Bundan əlavə lavanda həzmi yaxşılaşdırır, ödqovucu təsir edir, qazəmələgəlməni azaldır, qıcqırmanı aradan qaldırır, mədə turşuluğunu normallaşdırır. Lavandanın iştahaaçıcı xüsusiyyəti də vardır.
Əlaqəli yazı mövcud deyil.