Məhsullarımız
Bitkilər
Kök
Kəcəvər Kökü
Tərkibi:
Kəcəvər kökünün tərkibində efir yağları, akorin qlikozidi, aşı maddələri, nişasta, askorbin, sirkə, valerian turşuları, qətranlar, selik maddələri, mikroelementlər var.
İstifadəsi:
Bir xörək qaşığı xırdalanmış xammalın üzərinə 200 ml qaynar su əlavə edilir, qayna-yan su hamamında 15 dəq. dəmlənir, 45 dəq. soyudulur, süzülür. Gündə 3-4 dəfə, hər dəfə 1/4 stəkan daxilə qəbul edilir. Bu dəmləmədən qarqara və dərinin zədəli nahiyələrinin yuyulması üçün istifadə olunur.
Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.
Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.
Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.
Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.
Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79
Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.
Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.
Kəcəvər adlı çoxillik ot bitkisinə Şərqi Avropada, Mərkəzi Asiya və Hindistanda daha çox rast gəlinir. Qədim zamanlardan bəri Hindistan və Çin ərazisində ənənəvi təbabətdə əhali tərəfindən kəcəvər kökü zehni fəaliyyəti və sinir sisteminin işini yaxşılaşdırmaq üçün istifadə olunurdu.
Xüsusi ətrə malik olan bu bitkinin müalicəvi effekti tərkibindəki efir yağları ilə əlaqələndirilirdi. Bundan başqa bitki dizenteriya, diareya, bronxit, babasil və dəri xəstəliklərinin dərmanı hesab olunurdu. Deyilənə görə Çingizxanın ordusunda döyüşçülər özləri ilə zənbil dolu qurudulmuş kəcəvər kökü götürüb səfərə çıxırdılar. Kəcəvər kökü diş ağrısında, soyuqdəymə və mədə xəstəliklərində onların köməyinə gəlirdi.
Tibbi nöqteyi-nəzərdən bitkinin kök hissəsi bioloji aktiv komponentlərlə zəngin olduğu üçün daha faydalı hesab olunur. Kəcəvər kökü çox miqdarda faydalı efir yağları ilə zəngindir. Bu efir yağlarından azaron, beta-pinen və kamfen iltihab əleyhinə, sancı əleyhinə, bakteriya əleyhinə təsir göstərir. Kamfora və borneol mikroblarla aktiv mübarizə aparır və güclü antioksidant təsir göstərir. Ağız boşluğu və dildə dad reseptorlarını qıcıqlandıraraq mədə şirəsinin ifrazını sürətləndirir, iştahanı artırır.
Kəcəvər kökündə olan acı maddə akorin, həmçinin aşı maddələr, vitaminlər və yod maddələr mübadiləsini sürətləndirir. Tərkibi nişasta ilə zəngin olduğu üçün mədə və bağırsaqların selikli qişasına bürüyücü effekt verir. Kəcəvər kökü həzm sisteminin işini yaxşılaşdırır, mədə turşuluğunu azaldır, bağırsaqların selikli qişasında zülallarla birləşərək müdafiə qatı əmələ gətirir. Toksinlərin bağırsaq divarından qana sorulmasının qarşısını alır. Büzücü effekti olduğu üçün stulun formalaşmasına da kömək edir. Xalq təbabətində kəcəvər kökünün dəmləməsi və cövhəri mədənin və onikibarmaq bağırsağın xora xəstəliyində, qaraciyər xəstəliklərində geniş istifadə olunur. Akorin qlikozidi qaraciyərdaxili öd yollarında ödün ifrazını sürətləndirir, öd kisəsinin tonusunu yaxşılaşdırır.
Kəcəvər kökünün bir çox faydalı təsir xüsusiyyətləri artıq elmi və kliniki tədqiqatlarda öz təsdiqini tapmışdır. Nəticədə sübut olunmuşdur ki, kəcəvər kökü yüngül ağrıkəsici, spazm əleyhinə, iltihab əleyhinə, mikrob əleyhinə təsir göstərir. Orqanizmdə xəstəlik törədən bakteriya və göbələkləri məhv edir.
Qankəsici təsir göstərir, qanaxmalar zamanı effekt verir. Şiş hüceyrələrinin çoxalmasının qarşısını alır. Bitkinin aktiv komponentlərindən biri olan azaronun neyrodegenerativ xəstəliklərin müalicəsində, hətta Parkinson və Altsheymer xəstəliyində də effektivliyi sübut olunmuşdur. Kəcəvər kökü əsasında bir çox dərman preparatları hazırlanır. Bu preparatların əks təsiri olmadığı üçün onlar həm profilaktik, həm də müalicəvi məqsədlərlə istifadə olunur.
Əlaqəli yazı mövcud deyil.