Məhsullar

Boyaqotu Kökü

Tərkibi:
Boyaqotu kökünün tərkibində antraxinonlar və onların törə­mələri (5-6%): ruberitrin turşusu, purpurin, haliosin, purpurok­santin, ribiadin, alizarin, iberisin, həmçinin üzvi turşular (limon, alma, üzüm), iridoidlər və flavonoidlər, şəkər zülalları, pektinlər var.

İstifadəsi:
Bir xörək qaşığı xammalın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 30 dəq. su hamamında dəmlənir, soyudulur, süzülür. Gündə 3 dəfə, hər dəfə bir xörək qaşığı yeməkdən sonra daxilə qəbul edilir

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Kateqoriyalar ,

Ətraflı Məlumat

Boyaqotu əvvəllər Çin, Hindistan və Orta Asiya kimi bölgələrdə yetişdirilirdi, daha sonra isə Avropa və Şimali Amerikaya da yayılmışdır. Hal-hazırda Orta Asiya və Qafqaz ölkələrində də yetişdirilir. Boyaqotu kökü ənənəvi tibdə və bitki müalicəsində geniş istifadə olunur. Tərkibi indiqo, alkoloidlər, flavonoidlər, saponinlər, vitamin və minerallarla zəngindir.

Boyaqotunun kökü və digər hissələri immun sistemini gücləndirərək infeksiyalara qarşı bədənin müqavimətini artırır. Boyaqotu kökü bakteriya əleyhinə və virus əleyhinə təsir göstərərək soyuqdəymə, qrip və digər viral infeksiyalarla aktiv mübarizə aparır. Həmçinin yuxarı və aşağı tənəffüs yolları bakterial infeksiyaları üçün də faydalıdır. Boyaqotu kökü xüsusilə boğmaca (göyöskürək) və bronxit kimi xəstəliklərdə istifadə olunur.

Boyaqotu kökünün qaraciyər və böyrəklərə təsiri nədir?

Bitkinin kökündə olan flavonoidlər və saponinlər yüksək antioksidant xüsusiyyətlərə malikdir. Bədəndə maddələr mübadiləsi nəticəsində əmələ gələn sərbəst radikallarla mübarizə aparır və hüceyrə zədələnməsinin qarşısını alır. Qaraciyərin işini yaxşılaşdıraraq bədənin təmizlənməsinə kömək edir və orqanizmi ağır metal duzlardan, şlak və toksinlərdən azad edir.

Rəngləyici maddə olan oksimetil , bitkinin əsas təsiredici maddəsi sayılan ruberitrin turşusu hesabına böyrək və sidik yollarında oksalat Ca və Mg duzlarını və daşlarını demineralizasiya edərək əridir. Böyrək ləyənlərinin və sidik kisəsinin saya əzələlərinə spazmolitik təsir göstərməklə onların tonusunu azaldır, peristaltik yığılmalarını gücləndirməklə daşların böyrək və sidik kisəsindən xaric olmasına səbəb olur. Artrit, bağırsağın iltihabi xəstəlikləri, revmatik xəstəliklər və digər iltihablı problemlərin müalicəsində yardımçı ola bilər.

Boyaqotu kökünün faydaları

Boyaqotu kökü qan təzyiqini normallaşdırmağa kömək edir və yüksək arterial təzyiqi olan insanlara faydalıdır. Damar divarını zədələnmədən qoruyur, qan dövranını yaxşılaşdırır.

Bitki həmçinin bağırsaqların hərəkətini stimullaşdıraraq qəbizliyin qarşısını almağa kömək edir. Bitki dəri problemlərinin müalicəsində çox istifadə olunur. Sızanaqlar və akne zamanı dəridə patogen ştamlara, stafilokok və streptokoklara, göbələklərə öldürücü təsir göstərir. Həmçinin güclü antiseptik olub dəridəki yaraların və kəsiklərin sürətlə sağalmasına kömək edir, infeksiyalaşmanın qarşısını alır. Boyaqotu kökü iltihabı azaldaraq ekzema və psoriaz kimi dəridəki problemlərin müalicəsinə də faydalıdır. Tərkibində olan bioloji aktiv komponentlər allergik reaksiyaların qarşısını alır və bədənin allergenlərə qarşı həssaslığını azaldır. Boyaqotu kökü son tədqiqatlara görə bəzi növ xərçəng hüceyrələrinin böyüməsini yavaşlatmağa kömək edir. Onun tərkibindəki bəzi maddələr şişəleyhinə xüsusiyyətlərə malikdir.

  • “Herba Flora” şirkəti adi boyaqotu kökü tərkibli, yüksək keyfiyyətli və tam təbii Oksalitin çayı istehsal edir. Oksalitin çayı oksalat duz və daşları əridir, sidikdə bununla bağlı yaranan qan izlərini aradan qaldırır.

Əlaqəli bloq yazıları:

Əlaqəli yazı mövcud deyil.

Oxşar Məhsullar