Məhsullar

At Pıtrağı Kökü

Tərkibi:
At pıtrağı köklərinin tərkibində 0,17%-ə qədər efir yağı, piyli yağ, palmitin və stearin turşuları, 45%-ə qədər inulin polisaxaridi, sterollar (sitosterol, stiqmasterol), aşı və acı maddələr var.

İstifadəsi:
Bir xörək qaşığı xammalın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 30 dəq. qaynayan su hamamında dəmlənir, 10 dəq. otaq tempera­turunda soyudulur, süzülür. Gündə 2-3 dəfə, hər dəfə 1/2 stəkan ilıq şəkildə qəbul edilir. Dəmləməni sərin yerdə 2 sutkaya qədər saxlamaq olar.

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Kateqoriyalar ,

Ətraflı Məlumat

At pıtrağı çoxillik yaxud ikillik ot bitkisi olub hündürlüyü 60-120 sm-ə çatır. At pıtrağının kökü qalın olub uzunluğu 60 sm-ə çatır. At pıtrağı böyük ürəkşəkilli yarpaqlara, çəhrayı- qırmızı, bənövşəyi rəngli çiçəklərə sahibdir.

At pıtrağı Skandinaviyadan Aralıq dənizinə qədər, Britaniya adalarından Yaxın Şərqdə Çin və Yaponiya, Hindistan da daxil olmaqla böyük ərazidə geniş yayılıb. At pıtrağı Rusiyanın Avropa hissəsində, həmçinin Şərqi Sibir və Uzaq Şərqin cənubunda da yetişir. Bu bitkiyə ələlxüsus azotla zəngin olan ərazilərdə, baxımsiz yerlərdə, zibilliklərdə rastlanır.

Tərkibi proteinlər, aşı və acı maddələr, yag və efir yağları, selik, palmitin və stearin turşusu, polisaxarid inulin, sitosterin və stiqmasterinlə zəngindir. At pıtrağından hazırlanan cövhər və preparatlar daxilə sidikqovucu, tərqovucu və ödqovucu kimi qəbul olunur.

At Pıtrağı Kökünün orqanizmə təsiri nədir ?

Artıq neçə min ildir ki, at pıtrağı bir çox millətlər və xalqlar tərəfindən orqanizmi toksinlərdən təmizləyən və daxili temperaturu azaldan bir bitki kimi tanınır. At pıtrağı bitkisi həm xaricə, həm də daxilə qəbul zamanı bədənə iltihab əleyhinə və antibakteriyal təsir göstərir. At pıtrağı bitkisinin kökü fenol turşusu, kversetin və lyuteolin, güclü antioksidantlarla zəngindir. Məhz bu komponentlər hesabına at pıtrağı kökü orqanizmə ümumi möhkəmləndirici təsir göstərir.

  • İstifadə forması

At pıtrağı kökünü çay kimi dəmləmək yaxud tərəvəz kimi yemək olar. At pıtrağı kövrək teksturaya və şirin dada malik olduğu üçün daxilə rahatlıqla qəbul edilir. At pıtrağı qaraciyəri təmizləyir, qandan və limfadan toksinləri çıxarır, bundan başqa ağır metal duzlarını orqanizmdən kənarlaşdırır. At pıtrağı bitkisi bununla da qan axınını yaxşılaşdırır, orqanların fəaliyyətini tənzimləyir. At pıtrağı dəri səthində qan dolaşımını normallaşdıraraq onu təravətləndirir, elastikliyini və parlaqlığını artırır.

At pıtrağı sidikqovucu olduğu üçün böyrəklərin işini yaxşılaşdırır, orqanizmi artıq mayedən, duz və sudan, ödem və şişkinlikdən azad edir. Orta əsrlərdə avropalı təbiblər at pıtrağını müxtəlif böyrək və sidik-ifrazat sistemi, dəri-zöhrəvi xəstəliklərinin müalicəsində istifadə edirdilər. Bitki artrit və artrozlar zamanı da çox faydalıdır.

At pıtrağı bitkisinin tərkibindəki inulin maddəsi prebiotik funksiyası yerinə yetirərək həzmi yaxşılaşdırır, qanda şəkər səviyyəsini azaldır. Bu xüsusiyyətinə görə at pıtrağı şəkərli diabetdən əziyyət çəkən xəstələrin qida rasionuna əlavə edilməlidir. Şəkərli diabet xəstələrində at pıtrağı retinopatiyalar zamanı da effektlidir. Bir çox fitoterapevtlər at pıtrağını orqanizmdə xərçəng hüceyrələrinin artıb-çoxalmasının qarşısını almaq, metastazlarin inkişafını dayandırmaq üçün öz müalicələrində praktik olaraq tətbiq edirlər.

https://herba-flora.com/bloq/

https://fizulihuseynov.com

Əlaqəli bloq yazıları:

Əlaqəli yazı mövcud deyil.

Oxşar Məhsullar