Məhsullar

Yemi̇şan Çi̇çəyi̇

İstifadəsinə göstəriş:
Yemişan çiçəkləri ürək fəaliyyətinin funksional pozğunluqlarında, hipertoniya xəstəliyində, stenokardiyada, angionevrozlarda, klimakterik nevrozlarda, yuxusuzluqda, fiziki və zehni yorğunluqda istifadə olunur.

İstifadə qaydası:
Bir xörək qaşığı xammalın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, qaynayan su hamamında 15 dəq. dəmlənir, soyudulur, süzülür. Gündə 3 dəfə hər dəfə 1/3 stəkan yeməkdən 30 dəq. əvvəl qəbul edilir.

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Kateqoriyalar ,

Ətraflı Məlumat

Ürəyin Şəfası: Yemişan Çiçəyi

Yemişan çiçəyi xalq təbabətində və farmakologiyada uzun illərdən bəri tətbiq olunur. Çiçəklər əsasən ürək-damar sistemi xəstəliklərinin müalicəsində geniş istifadə olunur. Çiçəklərin tərkibi flavonoidlər, proantosianidlər, üzvi turşularla zəngindir. Flavonoidlərdən hiperazid, rutin, kversetin, vitexin yemişan çiçəklərinin əsas tərkib hissələridir, həmçinin vitamin C, sink, maqnezium, kalium kimi minerallarla da zəngindir. Məhz bu komponentlər orqanizmin xəstəliklərə qarşı müqavimətini artırır.

Yemişan Çiçəyi və Əvəzsiz Faydaları

Yemişan çiçəyi qan dövranını yaxşılaşdırır, damarları genişləndirir, ürək əzələsini gücləndirir, yığılmasını artırır, arterial təzyiqi stabilləşdirir. Ürək ritminin tənzimlənməsinə kömək edir, aritmiya və taxikardiyanın qarşısını alır. Yemişan çiçəyi “pis” xolesterinin səviyyəsini azaldır və damarların tıxanmasının qarşısını alır. Yemişan çiçəyi ürək çatışmazlığı, arterial hipertenziya, tac damar xəstəlikləri, sinir sisteminin zəifləməsi və stress zamanı da çox faydalıdır. Tərkibi asetilxolinlə zəngin olduğu üçün sinir hüceyrələri arasında impulsların ötürülməsini sürətləndirir. Baş beyinin qan dövranını və oksigenlə təminatını yaxşılaşdırır, diqqəti, yaddaşı, yaddasaxlama, yadasalma funksiyalarını gücləndirir. Sinir sistemini sakitləşdirir, narahatlıq və stresi azaldır.

Yemişan Çiçəyinin Nəsilartırmadakı Rolu

Yemişan çiçəyi antioksidantlarla da zəngindir və bədənin sərbəst radikallarla mübarizə aparmasına kömək edir. Bu effekti sayəsində qocalmanın və şiş hüceyrələrinin inkişafının qarşısını alır. Yemişan kiçik çanaq orqanlarında qan dövranını yaxşılaşdıraraq cinsi orqanlara kifayət qədər qan axınını təmin edir, məhz bu yolla cinsiyyət sistemi daha çox oksigen və qida maddələri ilə təmin olunur. Bu da kişilərdə cinsi qabiliyyəti artırır, kişi sağlamlığına müsbət təsir göstərir. Yemişan xalq təbabətində nəsilartırma bitkisi kimi də tanınır. Çiçəklərin tərkibi E vitamini ilə zəngin olduğu üçün spermanın keyfiyyətini yaxşılaşdırır, kişi cinsi hüceyrələrinin yaşama və mayalandırma qabiliyyətini də yüksəldir.

  • “Herba Flora” şirkəti yemişan çiçəkləri ilə zənginləşdirilmiş bir sıra faydalı təbii məhsullar istehsal edir. Onlardan Serebratea və Teamen fitoçaylarını və Sedat10 təbii kapsullarını misal göstərmək olar. Serebratea çayı məhz yemişan çiçəkləri sayəsində tədricən yaddaşı və zehni qabiliyyəti yaxşılaşdırır, beyinin və ürəyin qan dövranını sürətləndirir, toxumaların oksigen təchizatını artırır. Kəllədaxili təzyiqin artması, psixoemosional stress, yaddaş pozulması, zehni və fiziki yorğunluq, müxtəlif mənşəli demensiyalar, xroniki yorğunluq sindromu zamanı Serebratea çayı əvəzolunmaz vasitədir. Teamen çayı isə kişi sağlamlığının nadir keşikçilərindən hesab olunur. Belə ki, prostat vəzin qanla təminatını və sinir təchizatını yaxşılaşdırır, kapsulunun keçiriciliyini artırır və qan dövranını sürətləndirir. Kişi orqanizminə tonuslandırıcı, iltihab və mikrob əleyhinə təsir göstərir. Spermanın keyfiyyətini və potensiyanı artırır. Sedat10 kapsulları isə həm təbii sakitləşdirici kimi, həm də yuxunu tənzimləyən və yuxuyagetməni yaxşılaşdıran vasitə kimi qəbul olunur.

Əlaqəli bloq yazıları:

Əlaqəli yazı mövcud deyil.

Oxşar Məhsullar