Məhsullarımız Bitkilər Çiçək Solmazçi̇çəyi̇
Tərkibi:
Solmazçiçəyi çiçəklərinin tərkibində flavonoid qlikozidləri (salipurpozid, naringenin diqlükozid, kempferol
diqlükozid, apigenin qlükozid və izosalipurpozid), flavonoidlər (naringenin və apigenin), həmçinin fenol
xassəli maddələr, ftalidlər, yüksək molekullu spirtlər, 0,5%-ə qədər efir yağları, aşı maddələri, yağ turşuları və inozit var.
İstifadəsi:
Bir xörək qaşığı xammalın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, qaynama həddinə çatdırılır,
soyudulur, süzülür. Gündə 2-3 dəfə, hər dəfə 1/3 stəkan yeməkdən 10 dəq. əvvəl qəbul edilir.
Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.
Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.
Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.
Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.
Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79
Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.
Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.
Solmazçiçəyi qədim tarixə malik olan bitkidir. Klassik təbabətdə hər zaman bitkinin müalicəvi xüsusiyyətlərindən istifadə edilib. Solmazçiçəyi çoxillik ot bitkisidir. Bitkinin çiçəkləri uzun müddət solmur, buna görə də solmazşiçəyi adlanır. Yunan dilində “Helichrysum” kimi tanınan bitki “helios”(günəş), “chrysos” (qızıl) sözlərinin birləşməsindən yaranıb. Bu da bitkinin parlaq qızıl rəngli günəşə bənzər çiçəklərinə işarə edir.
Solmayan və təravətli çiçəklərinə görə qədim Roma və Yunanıstanda solmazçiçəyi uzun müddət dekorativ məqsədlə də istifadə edilirdi. Bitki demək olar ki, bütün dünyada, xüsusilə Avropa və Asiya qitələrində geniş əraziləri əhatə edir. Adətən günəşli və quru ərazilərdə yetişir. Solmazçiçəyi çiçəyinin tərkibində bir sıra qlikozidlər, sərbəst aqlikonlar şəklində olan flavonoidlər – kempferol, apiqenin, həmçinin vitamin C, karotin, efir yağı, üzvi turşular, sterollar, fenol boyalar, acı maddələr, tannin var. Bundan əlavə maqnezium, kalium, kalsium, dəmir kimi mineral maddələrlə zəngindir.
Qaraciyər, öd yolları və öd kisəsi xəstəliklərində güclü ödqovucu xüsusiyyətə malik olaraq çox effektlidir. Solmazçiçəyi öz flavonoidləri və efir yağları hesabına iltihab əleyhinə təsir göstərir. Həzm traktı orqanlarının saya əzələlərinə spazmolitik təsir göstərərək həzmi yaxşılaşdırır. Maddələr mübadiləsi nəticəsində əmələ gəlmiş sərbəst radikalları neytrallaşdıraraq orqanizmin ümumi vəziyyətini yaxşılaşdırır. Solmazçiçəyi bakteriya əleyhinə təsir göstərərək xəstəlik törədən bir çox mikrobların böyümə və inkişafını dayandırır. Bədəndən artıq mayeni çıxararaq maddələr mübadiləsini yaxşılaşdırır. Bitki ağrıkəsici xüsusiyyətə malikdir, ən çox da qaraciyər xəstəliklərində istifadə edilir.
Solmazçiçəyi hepatit, xolesistit, xolangit kimi qaraciyər və öd kisəsi xəstəliklərində çox faydalıdır. Qaraciyərdaxili öd yollarında və öd kisəsində ödü durulaşdırır, onun öd yollarına və onikibarmaq bağırsağa tökülməsini rahatlaşdırır. Bitki lipid-xolesterin mübadiləsini yaxşılaşdırır, lipid spektrini tənzimləyir. Solmazçiçəyi dispepsiya və meteorizm kimi həzm pozğunluqları zamanı həzm şirəsinin ifrazını artırır, həzmi yaxşılaşdırır. Sistit, pielonefrit kimi sidik-ifrazat sistemi xəstəliklərində güclü iltihab əleyhinə təsir göstərir.
Əlaqəli yazı mövcud deyil.