Cökə

Tərkib:
Cökə çiçəklərinin tərkibi kempferol, akasetin, afzelin, kempferitrin, tilirozid, kversetin, herbasetin flavonoidləri, protoantosianidlər, həmçinin hesperidin və tiliasin qlikozidləri, askorbin turşusu və karotin, farnezol terpenoid spirtindən ibarət efir yağı (0,05%-ə qədər), aşı maddələri, saponinlər, fenolkarbon turşuları, polisaxaridlər, selik, makro- və mikroelementlərlə zəngindir.

İstifadəsi:
İki xörək qaşığı xammalın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, qaynayan su hamamında 15 dəq. dəmlənir, soyudulur, süzülür. Dəmləmə ilıq şəkildə yatmazdan qabaq 2 stəkan qəbul edilir və ya qarqara edilir. Dəmləməni sərin yerdə 2 sutka saxlamaq olar.

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Kateqoriyalar ,

Ətraflı Məlumat

Cökə çiçəklərinin faydalı xüsusiyyətləri əsrlərdir təbabətdə geniş tətbiq olunur. Bitki əvvəllər müqəddəs hesab olunduğu üçün məbədlərin yanında əkilirdi. Tarixən cökə “Kralların Nektarı” deyə adlanırdı. Cökə çiçəklənən zaman ətri insanı valeh edən iri ağacdır. Hündürlüyü 40 metrə çatır və cökə çiçəklərinin tərkibində çoxlu miqdarda faydalı kimyəvi maddələr vardır. Cökə çiçəkləri fitonsidlər, qlikozid tliasin, flavonoidlər, askorbin turşusu, efir yağları, aşı maddələr, vitaminlərlə zəngindir.

Cökə Çiçəklərinin Tərkibi

Cökə çiçəkləri A, B6, C, P vitaminləri, manqan, kalsium kimi minerallarla zəngin olduğu üçün orqanizmi gücləndirir. Həmçinin kversetin və kempferol kimi antioksidantlar hesabına öskürək, boğaz ağrısı, qrip və soyuqdəymə əlamətlərini azaldır, qızdırmasılıcı, iltihab əleyhinə təsir edir.
Cökə bağırsaq sancıları, əzələ spazmlarını da aradan qaldırır. Bitki bu antioksidantlar sayəsində həm də orqanizmdən ağır metal duzları, şlak və toksinləri çıxarır. Cökə çiçəklərinin tərkibindəki P-kumar turşusu adlı maddə orqanizmə tərlədici təsir göstərir. Beləliklə bitki həm də tərləmə yolu ilə orqanizmi zərərli maddələrdən təmizləyir. Bu da bir növ bədən detoksu hesab edilə bilər.
Cökə çiçəkləri sidikqovucu olduğu üçün yüksək arterial təzyiqi normaya salır. Bu çiçəklərdən hazırlanmış çay stresi və həyəcanı azaldır.

Cökənin Təsiri

Dünyanın bir çox ölkəsində cökə çiçəkləri sakitləşdirici olaraq istifadə olunur. Cökə çayı panik atak, təşviş, həyəcan zamanı insanda əhvali-ruhiyyəni yaxşılaşdırır və bədəni rahatlayır. Orqanizmdə baş verən həzm pozğunluğu, ürəkbulanma, qəbizlik, meteorizm, köp zamanı cökə çiçəkləri çox faydalıdır. Bu çiçəklər seliklə zəngin olduğu üçün qastrit, xora kimi xəstəliklər zamanı mədə və bağırsaqların selikli qişasını bürüyərək reseptorların qıcıqlanmasının qarşısını alır. Bundan əlavə bürüyücü qat altında yara və xora sahələrinin sağalmasını tezləşdirir. Qazəmələgəlməni azaltdığı və qazçıxarıcı olduğu üçün həm uşaqlarda, həm də böyüklərdə həzm prosesini normallaşdırır.
Cökə çiçəklərinin antioksidant tərkibi orqanizmdə sərbəst radikallarla mübarizə apararaq hüceyrələrin yenilənməsini təmin edir, xüsusi olaraq dərini yaşlanmadan qoruyur. Cökə yarpaqlarından hazırlanan dəmləmə dərinin daha gənc, sağlam, gözəl görünməsini və ləkələrin tədricən yox olmasını təmin edir. Cökə yarpaqlarını qaynadıb, soyutduqdan sonra həmin suya pambıq batıraraq göz qapaqlarının üstünə qoyduqda gözlərdəki yorğunluq aradan qalxır. Pambığa batırılmış dəmləmə ilə gözlərin selikli qişalarını da mikroblardan təmizləmək mümkündür.Cökə flavonoid və kversetinlərin sayəsində orqanizmdə hüceyrə mutasiyalarını önləyir, atipik hüceyrələrin əmələ gəlməsini və xərçəngin qarşısını alır, şiş əleyhinə təsir edir.

  • Qeyd edək ki, “Herba Flora” şirkətinin güclü antiseptik xüsusiyyətli Teasept, qrip və soyuqdəymə əleyhinə Teaqrip, mədəqoruyucu effektli Teastomin çayları cökə çiçəkləri ilə zənginləşdirilmişdir.

Əlaqəli bloq yazıları:

Əlaqəli yazı mövcud deyil.

Oxşar Məhsullar