Məhsullar

Aptek Çobanyastığı

Tərkibi:
Çobanyastığı çiçəklərinin tərkibi flavonoidlər (apigenin), 0,2-0,8% efir yağı (xamazulen, seskviterpenlər, kadinen, farnezen, matrisin, matrikarindən ibarət), salisil turşusu, karotinoidlər, selik, acı maddələr, qətranlar və digər bioloji aktiv maddələrlə zəngindir.

İstifadəsi:
Bir xörək qaşığı xammalın üzərinə 200 ml (1 stəkan) qay nar su tökülür, qaynayan su hamamında 20 dəq. dəmlənir, soyudulur, süzülür və təyinata əsasən istifadə olunur. İmalə üçün dəmləməyə 1 xörək qaşığı bitki yağı əlavə edilir.

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Kateqoriyalar ,

Ətraflı Məlumat

Aptek Çobanyastığı haqqında ümumi məlumat

Aptek çobanyastığı bitkisi hələ qədim vaxtlardan Hippokratın dövründə, eramızdan əvvəl 500-cü ildə öz müalicəvi xüsusiyyətləri ilə tanınırdı. Qədim Misirdə çobanyastığı günəş allahı RA-nın simvolu hesab olunurdu. XV əsrdə ərəb alimi Əli İbn Hüseyn Ənsariyənin əsərlərində bitkinin çiçəyinin həlimi sidikqovucu, südgətirici kimi qeyd olunmuşdu. Bitki Avropa və Asiyada, Şimali Amerikada geniş yayılıb. Dünyada çobanyastığının 25 növü məlumdur. Onlardan ən əhəmiyyətlisi aptek çobanyastığıdır. Bitkinin tərkibi faydalı komponentlərlə, flavonoidlər, kumarinlər, aşı maddələr, antioksidantlarla zəngindir. Bu komponentlər sayəsində çobanyastığı bir çox xəstəliklərin müalicəsində geniş tətbiq olunur.

Aptek Çobanyastığının Təsirləri

  • Antibakterial və İltihab Əleyhinə: Aptek Çobanyastığı infeksiyalarla aktiv mübarizə aparır.
  • Sakitləşdirici və Yuxugətirici: Sinir sistemini sakitləşdirir, əsəb gərginliyini aradan qaldırır, rahat yuxuyagetməni təmi edərək yuxunun keyfiyyətini artırır.
  • Ağrıkəsici və Yarasağaldıcı: Yara və çapıqlar zamanı dərinin tamlığı pozulmuş nahiyələrin tez bir zamanda sağalmasını tezləşdirir.

Aptek Çobanyastığının İstifadə Sahələri

Tənəffüs Sistemi: Aptek çobanyastığı bitkisi tənəffüs sisteminin bir çox xəstəlikləri, kəskin və xroniki bronxit zamanı bəlğəmi durulaşdırır, öskürəyi azaldır.

Dəri Problemləri: Müxtəlif dəri problemlərində, ekzema, akne və yanıqlar zamanı tətbiq oluna bilər. Allergiyadan və qıcıqlanmadan əziyyət çəkən insanlarda qaşınmanı aradan qaldırır, dərini sakitləşdirir. Çobanyastığı həm də güclü iltihab əleyhinə təsir göstərir, iltihabi zonalarda prosesin sona çatmasını təmin edir.

Mədə-bağırsaq Problemləri: Çobanyastığı mədə-bağırsaq traktının saya əzələlərinə spazmolitik təsir göstərir, qıcolma və spazmları aradan qaldırır. Ona görə də köpdən əziyyət çəkən insanlar bitkidən faydalana bilərlər.

Qadın Sağlamlığı: Aptek çobanyastığından hazırlanan çay adətgörmə zamanı qadınlarda qarın sancılarını azaldır. Təzə dəmlənmiş aptek çobanyastığı çayı südvermə dövrü analarda və yenidoğulmuş körpələrdə qazəmələgəlməni azaldır, qazqovucu effekt verir.

İmmun Sistemi: Çobanyastığının tərkibi C vitamini və antioksidantlarla zəngin olduğu üçün immun sistemi gücləndirir, orqanizmin müdafiə funksiyalarını artırır. Angina, tonzillit, faringit, laringit, stomatit, gingivit və xeylit kimi xəstəliklərin müalicəsini kifayət qədər tezləşdirir.

Kosmetologiyada və Dietologiyada İstifadə: Çobanyastığı yağların, kremlərin, losyonların, toniklərin tərkibinə əlavə olunaraq kosmetoloji məqsəd ilə də istifadə olunur. Çobanyastığının dietologiyada da müstəsna əhəmiyyəti vardır. Bitki orqanizmdə həzm prosesini yaxşılaşdıraraq maddələr mübadiləsini sürətləndirdiyi üçün bədən çəkisini stabillləşdirir. Bundan əlavə aptek çobanyastığı təbii vasitə kimi iştahanı da azaltmağa, həmçinin artıq çəkidən azad olmağa xidmət edir.

https://herba-flora.com/

https://fizulihuseynov.com/

Əlaqəli bloq yazıları:

Əlaqəli yazı mövcud deyil.

Oxşar Məhsullar