Məhsullar

Ənginar Çiçəyi

Tərkibi:
Ənginar çiçəyinin tər kibində flavonoid qlikozidlər (luteolin törəmə ləri) – sina rozid, skolimozid və sinarot rizid, fenolkarbon turşuları (qəhvə, xlorogen, neoxloro gen), həmçinin qlikol və qliserin turşuları, inulin polisaxaridi var.

İstifadəsi:
10 qram xammal 200 ml (1 stəkan) qaynar suda dəmlənir, soyudulur, gündə 2 dəfə, hər dəfə 100 ml (1/2 stəkan) yeməkdən 30 dəqiqə əvvəl daxilə qəbul olunur. Uzun müddət qəbul oluna bilər.

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Kateqoriya

Ətraflı Məlumat

Ənginar 5000 ildən artıqdır ki, insanlara məlumdur. Bu bitki imperatorların, kralların, şahların süfrəsinin bəzəyi hesab edilirdi. Xalq təbabətində ənginarın çiçəkləri, toxumları, yarpaqları, kökü və şirəsi bir çox məqsədlər üçün tətbiq olunur. Göy- yaşıl rəngli, çoxillik bitkidir. El arasında ənginar “sirrozun düşməni” kimi tanınır.
Ənginardan Qədim Yunanıstanda cinsi fəallığın artırılması məqsədilə istifadə edirdilər. Dünyanın bəzi ölkələrində, xüsusilə Avropada toy məclislərində ailə quran cütlüyün masasına adətən ənginar qoyulur.

Tərkibi və Faydalı Komponentləri

Bitkinin tərkibi A, K, C vitaminləri, həmçinin kalsium, kalium, maqnezium, fosfor, fol turşusu və liflərlə zəngindir. Ənginarın tərkibində olan sinarin çox güclü qaraciyərqoruyucudur. Orqanizmi detoks edir, toksinlərdən və zərərli maddələrdən təmizləyir. Ənginarın ödqovucu (tərkibində sinarin qlikozidi və fenolkarbonat turşusu olduğuna görə), sidikqovucu, hipotenziv, qandurulaşdırıcı, temperatursalıcı, şiş əleyhinə, qocalma əleyhinə kimi təsirləri var.

Ənginarın İstifadə Sahələri

  • Yüksək qan təzyiqindən əziyyət çəkən insanlar ənginarı mütəmadi şəkildə istifadə etməlidirlər. Bitki həmçinin dəmirlə də zəngindir, qanyaranmada iştirak edir və dəmir defisitini aradan qaldırır. Tərkibi cox sayda vitaminlərlə zəngin olduğu üçün immun sistemi gücləndirir, lipid və sidik-turşu mübadiləsini yaxşılaşdırır. Bundan başqa bitki qanda xolesterinin səviyyəsini azaldır, antiaterosklerotik xüsusiyyəti də var.
  • Tərkibində olan P vitamini damar divarını möhkəmləndirir, keçiriciliyi azaldır, elastikliyini artırır. Bitki kalium və natriumla zəngin olduğundan qanın axım sürətini tənzimləyir, həmçinin Alts-Heymer xəstəliyini və insultu önləyir.
  • Ənginar maddələr mübadiləsini sürətləndirir, həzmi yaxşılaşdırır. Aşağı kalorili və az yağlılığa malikdir, arıqlamağa kömək edir. Bitki çox miqdarda bitki lifləri, maqnezium, sink, kalium, kalsium kimi minerallarla zəngindir, aclıq hissini dəf edir, insanda gün ərzində toxluq hissi yaradır. Adətən ənginarı qida rasionuna daxil edən şəxslərdə bədənin gündəlik vitamin və minerala olan təlabatı ödənir, digər tərəfdən mədə-bağırsaq traktının hərəki fəallığını artırır.
  • Ənginar amin turşuları ilə zəngin olduğu üçün mədənin turşuluğunu tarazlıqda saxlamağa kömək edir, bağırsaqların işini yaxşılaşdırır, stulu normallaşdırır. Ürəkbulanma, qusma, qıcqırma, köpmə, qəbizlik zamanı yaxşı nəticə verir və antioksidant olduğu üçün xərçəng riskini azaldır. Qadınlarda süd vəzi, uşaqlıq boynu, kişilərdə isə prostat vəz xərçənginin qarşısını almaqda effektlidir.
  • Orqanizmdə hüceyrələrin yeniləməsini və hüceyrə divarının möhkəmlənməsini təmin edir, bu səbəbdən də erkən qocalmanın qarşısını alır.
  • Şəkərli diabet xəstələrində də ənginar köməkçi vasitə kimi faydalıdır. İnulin maddəsi hesabına orqanizmdə həzmi yavaş olan karbohidratın enerjiyə çevrilməsini təmin edir. Bunlardan əlavə ənginar sidik-ifrazat sisteminin funksiyasını yaxşılaşdırır, hətta böyrəkdə olan daşların düşməsini də təmin edir.

https://herba-flora.com/diger/%C9%99nginar/

 

Əlaqəli bloq yazıları:

Əlaqəli yazı mövcud deyil.

Oxşar Məhsullar