Məhsullarımız
Bitkilər
Çəhrayı Rodiola
Tərkibi:
Çəhrayı rodiola kökünün tərkibində qlikozid salidrozid, antra qliko zidlər, aşı maddələr, üzvi turşular (qall, turşəng, kəhraba, limon, alma), lakton maddələr, flavo noidlər, qlikozidlər, efir yağı və çox miqdarda manqan var.
İstifadəsi:
Bir xörək qaşığı xammalın üzərinə 300 ml (1,5 stəkan) qaynar su tökü lür, 4 saat müddətində dəmlənir, 45 dəqiqə otaq temperaturunda soyudulur. Gündə 3 dəfə, hər dəfə 100 ml (1/2 stəkan) yeməkdən 30 dəqiqə əvvəl qəbul edilir. 5 gün qəbul edildikdən sonra 1 həftə fasilə verilir və ehtiyac olduqda müalicə təkrar olunur.
Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.
Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.
Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.
Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.
Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79
Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.
Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.
Çəhrayı rodiola dərman əhəmiyyətli bitkilərdəndir. Tibdə çəhrayı rodiolanın həm yeraltı, həm də yerüstü hissəsi dərman kimi istifadə olunur. Bitkinin kök hissəsindən ürək-damar, mədə-bağırsaq, dəri xəstəlikləri, ağciyərlərin vərəmi kimi bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Tərkibində salidrozid, qlikozidlər, aşı maddələr, lakton madddələr, flavonoidlər, efir yağı və çox miqdarda manqan vardır. Həmçinin çəhrayı rodiola kökü fenilpropanoidlər, rozavinlər, kversetin, kempferol kimi bir çox bioloji aktiv maddələrlə zəngindir. Rozavinlər orqanizmin xarici və daxili stresə qarşı dözümlülüyünü artırır. Kversetin hüceyrələri dağılmaqdan qoruyur. Kempferol sayəsində çəhrayı rodiola kökü iltihab əleyhinə və virus əleyhinə təsir göstərir. Xlorogen turşusu qan şəkərini tənzimləyir və maddələr mübadiləsini sürətləndirir.
Çəhrayı rodiola kökü beta-sitosterolla zəngin olub xolesterol səviyyəsini tənzimləyir və ürək-damar sistemini qoruyur. Damar elastikliyini artırır və qan dövranını yaxşılaşdırır. L-Tirozin və L-Prolin amin turşuları orqanizmin enerji ehtiyatını və zehni aktivliyi artırır. Beyin funksiyalarını yaxşılaşdırır, yaddaşı və diqqəti artırır.
Çəhrayı rodiola kökündən hazırlanmış spirtli ekstrakt mərkəzi sinir sistemi xəstəliklərinin müalicəsində tətbiq edilir. Bitkinin köklərinin duru ekstraktı isə xroniki yorğunluq zamanı stimullaşdırıcı vasitə kimi əhəmiyyətlidir. Ən çox da asteniyaya meylli insanlarda, gərgin zehni əmək tələb edən işlərdə, keçirilmiş somatik və infeksion xəstəliklərdən sonrakı dövrdə, nevrozlarda, vegetativ-damar distoniyası, hipotoniya zamanı bitkinin faydaları danılmazdır.
Çəhrayı rodiola kökü orqanizmdə kortizol səviyyəsini tənzimləməyə kömək edir. Belə ki, yüksək kortizol səviyyəsi uzun müddət davam edərsə immunitet zəifləyir, yorğunluq və gərginlik artır. Rodiola kortizol ifrazını balanslaşdıraraq stresə qarşı dözümlülüyü artırır. Bitkinin bu xüsusiyyəti həm də gün ərzində əhvali-ruhiyyəni yüksəltməyə kömək edir. Kortizolun tarazlanması zehni əmək qabiliyyətini və diqqəti artırır, bədən çəkisinin artmasını önləyir.
Çəhrayı rodiola adaptogen xüsusiyyəti və energetik əhəmiyyətinə görə hətta jenşenlə müqayisə edilir. Bitki orqanizmi tez bir zamanda enerji ilə təmin edərək gümrahlaşdırdığı üçün yuxuya getmənin qarşısını alır. Məhz buna görə bitkinin axşam saatlarında qəbulu tövsiyyə olunmur. Kofein, yaşıl çay kimi stimulyatorlara yüksək həssaslığı olan insanlarda gün ərzində zehni və fiziki qabiliyyəti, həyat keyfiyyətini artırmaq üçün çəhrayı rodioladan istifadə müsbət praktik nəticələr verir. Tərkibində çəhrayı rodiola kökü olan islatma və mazlar, müxtəlif yaraların, konyuktivitlərin, dəri sızanağı və səpgilərinin müalicəsində effektlidir.
Əlaqəli yazı mövcud deyil.