fbpx
Close

Jenşen

Jenşen

Son zamanlar arıqlamaq məqsədi ilə zəif qidalanan, qida rasionundan kalorili qidaları çıxaran, mütəmadi fiziki-zehni işlə məşğul olan və yaxud sosial müdafiənin zəif olması səbəbindən həyat şəraiti və qidalanması zəif olan insanlar çoxdur. Bu zaman insanlarda ümumi zəiflik, arterial təzyiqin aşağı olması (hipotoniya), ürək vurğularının sayının azalması (bradikardiya), halsızlıq, iştahasızlıq, qidadan imtina, yuxululuq, əhvali-ruhiyyənin aşağı olması, daimi yorğunluq, iş qabiliyyətinin azalması kimi şikayətlər meydana çıxır. Bəzən qidalanmanın pozulması o həddə gəlib çatır ki, qadınlarda ciddi arterial hipotoniya xəstəliyi, iştahanın pozulması, kollaps halları, arıqlama, anoreksiya və kaxeksiya kimi patalogiyalar inkişaf edir.

Bu patoloji halların qarşısını almaq üçün adi jenşen bitkisinin köklərindən yararlanmaq çox məqsədəuyğundur. Jenşen kökləri triterpen qlikozidləri, zülallar, efir yağları, pektin, C və B qrupu vitaminləri, K, Ca, Fe, Mg elementləri ilə çox zəngindir. Jenşenin stimullaşdırıcı və tonuslandırıcı effekti hələ qədim zamanlardan insanlara yaxşı məlumdur. Arterial təzyiqi və orqanizmin müqavimətini yüksəldir, metabolizmi sürətləndirir, oksidləşmə və reduksiya reaksiyalarını, həmçinin enerji çevrilmələrini tənzimləyir. Mərkəzi sinir sisteminin müxtəlif xəstəliklərinin nəticəsi olan pozulmuş zehni qabiliyyəti və koqnitiv funksiyaları stimulyasiya edir. ATF sintezini artıraraq enerji mübadiləsinin və metabolik proseslərin sürətlənməsinə yardım edir. Tərkibindəki vitaminlər və minerallar hesabına ümumi zəifliyi, iştahasızlığı, xroniki yorğunluğu, yuxululuğu aradan qaldırır. Böyrəküstü vəzin qabıq maddəsini aktivləşdirərək aşağı arterial təzyiqi yüksəldir.

Jenşennin faydaları

Qanda xolesterol və şəkər səviyyəsini tənzimləyir. Jenşen kökləri fitohormonlarla zəngin olduğu üçün cinsi funksiyanı stimullaşdırır, cinsi istəyi artırır. Spermatogenezi aktivləşdirir, cinsi hüceyrələrin yaşam müddətini və hərəki aktivliyini artırır. Jenşen bitkisinin təsirləri yalnız bunlardan ibarət deyildir. Bir çox qadınların orqanizmində endokrin sistemin fəaliyyətinin pozulması nəticəsində uzun illər gözlənilən hamiləlik baş tutmur. Sonsuzluğun müalicəsi məqsədi ilə jenşendən istifadə etmək qadının hamilə qalmasına və sağlam uşaq dünyaya gətirməsinə kökək edir. Jenşen kökləri qadınlarda yumurtalığı stimulyasiya edərək estradiol və progesteron balansını tənzimləyir. Aybaşı tsiklini normallaşdırır, follikulların yetişməsini və partlamasını təmin edir. Qadınlarda menopauza dövründə belə jenşenin faydasından istifadə olunur. Nevrotik simptomları, gərginliyi, narahatlığı, yuxu pozğunluğunu, əsəbilik və aqressivliyi aradan qaldırır, yuxululuğu azaldır və iş qabiliyyətini yüksəldir. Herba Flora şirkətinin Ginseng10 kapsulları jenşen və eleuterokokk bitkilərinin köklərinin tozundan hazırlanmışdır. Yeni məhsul olmasına baxmayaraq Ginsenq10 kapsullarını pasientlər sevə-sevə qəbul edir və keyfiyyətindən məmnun qalır.

https://fizulihuseynov.com/

https://herba-flora.com/

Add Comment

Your email address will not be published. Required fields are marked *