Enurez

Enurez

Enurez – digər sözlə desək qeyri-iradi sidik ifrazı və ya yataq islatma hazırda bizim ölkəmizdə də aktual problemlərdən biridir. Gecələr yatağı islatma enuresis nokturna, həm gündüz, həm də gecə yatağı islatma enuresis diurna adlanır. Anadangəlmə və ya qazanılmış mərkəzi sinir sistemi qüsuru olmayan 5 yaşdan yuxarı uşaqlarda gecələr yataq islatma olarsa, Nocturnal Enuresis kimi təyin olunur. Enurez sadə və mürəkkəb olmaqla iki yerə bölünür. Sadə tipdə gecə yatağı islatmadan başqa heç bir əlamət yoxdur. Mürəkkəb tipdə isə gündüz qəfil tələsiklik, tez-tez sidiyə getmə, sidik qaçırma və xroniki qəbizlik müşayiət edilir. Birincili enurez, doğuşdan etibarən sidik nəzarətinin olmamasıdır. İkincili enurez, 6 aylıq quru müddətdən sonra sidik qaçırmanın başlamasıdır. Enurez diaqnozu 5 yaşdan yuxarı uşaqlara qoyulur və onun tezliyi yaşla tədricən azalır. Enurez daha çox sosial-iqtisadi və təhsil səviyyəsi aşağı olan geniş ailələrdə rast gəlinir. Adətən 10-11 yaşa qədər oğlanlarda müşahidə olunur.

Sadə yataq islatmada bir və ya bir neçə əsas faktor ola bilər. Genetik faktorlar, oyanma pozğunluqları, hormonal amillər və sidik kisəsi ilə əlaqəli faktorlar əsas rol oynayır. 97-98% hallarda üzvi səbəb yoxdur. Üzvi səbəb 2-3% hallarda aşkar edilə bilər. Bunlara boşalma funksiyasının pozulması, sidik yollarının infeksiyası, sidik kanalında tıxanma, ektopik sidik axarı (sidik axarı normal yerdə olmaması), yuxu apnesi, şəkərli diabet, şəkərsiz diabet və hipertiroidizm daxildir. Hər iki valideyni sidik ifrazı xəstəsi olanlarda yataq islatma tezliyi 77%, valideynlərdən biri enurez olan uşaqlarda isə 46% təşkil edir. Əkizlərdə rastgəlmə tezliyi daha yüksəkdir.

Enurez yaranma səbəbləri

Yataq islatmanın əsas səbəbləri aşağıdakılardır:

  1.  Oyanma pozğunluqları: Yatağını isladan uşaqların dərin yuxuya getdiyi məlumdur. Əksər ailələr övladlarının çətin oyanmasından şikayətlənirlər. Ancaq bəzi uşaqlarda bu problem yoxdur. Araşdırmalar göstərib ki, bəzi uşaqlarda sidik qaçırma yuxu ilə əlaqəli deyil. Sadə sidik qaçırmada ən mühüm problem uşaqların sidik kisəsinin dolu olduğunu və tualetə getmək üçün oyandırıla bilməyəcəyini dərk etməmələridir. Bu uşaqların əksəriyyəti sidik ifraz etdikdən sonra oyanır. Sidik kisəsinin dolğunluğunun tanınmasında inkişaf geriliyi var. Bu vəziyyət yaş artdıqca yaxşılaşır.
  2.  Sidik kisəsinin daralması və tutumunun az olması: Yatağı isladan bir çox uşaqda sidik kisəsinin tutumunun gecələr azaldığı göstərilmişdir.
  3.  Gecə sidik miqdarının artması: Axşam saatlarında həddindən artıq maye qəbulu bu vəziyyətə səbəb ola bilər. Bundan əlavə, sidik ifrazını idarə edən ADH hormonunun qeyri-kafi sintezi də sidik ifrazının pozulmasına gətirib çıxarır. Enurezi olan uşaqlarda gecə ifraz olunan sidiyin miqdarı ilə sidik kisəsinin tutumu arasındakı tarazlıq pozulur. Buna oyanmamaq da əlavə olunduqda yataq islanması baş verir.
  4.  Sidik yollarının infeksiyası: Bu uşaqlar gün ərzində sidik ifrazı, tez-tez sidiyə getmə, sidikdə yanma və qəbizlik hiss edə bilərlər.
  5.  Uretranın tıxanması: Uretra sidik yollarının bir hissəsidir. Uretrada tıxanma sidik kisəsinin həddindən artıq doldurulmasına səbəb ola bilər və nəticədə islanma meydana gələ bilər
  6.  Şəkərli diabet: Şəkərli xəstələrdə həddindən artıq sidik ifrazı olur. Bəzən yatağı isladan uşağın araşdırması zamanı şəkərli diabet aşkar edilə bilər.
  7.  Şəkərsiz diabet: Bu xəstəliyin əsasında beyindən ifraz olunan ADH hormonunun çatışmazlığı durur ki, bu da həddindən artıq sidik ifrazına səbəb olur. Bütün bunlardan başqa hipertiroidizm, yuxu apne sindromu, psixoloji səbəblər, genetik səbəblər, diqqət çatışmazlığı və hiperaktivlik də enurezin inkişafına şərait yaradır.

Enurezin növləri

İlk addım enurezin birincili və ya ikincil olduğunu ayırd etməkdir. Yəni uşaq əvvəldən sidiyini saxlaya bilmir, yoxsa sonradan başlayıb? Enurez diaqnozunu qoymaq üçün təsvir edilən vəziyyətin ən azı üç ay boyu həftədə iki dəfə baş verməsi, klinik cəhətdən əhəmiyyətli sıxıntıya səbəb olması və həm cəmiyyətdə, həm də digər funksional sahələrdə pozğunluqlara səbəb olması lazımdır. Sadə və mürəkkəb enurezin differensial diaqnostikasında müxtəlif üsullardan istifadə olunur. Valideynlərdən anamnez toplayarkən aşağıdakı simptomlara diqqət edilməlidir:

  1.  Gündüz sidik qaçırma və ya gün ərzində oyaq vəziyyətdə sidik qaçırma şəklində qeyri-iradi sidik ifrazının olub-olmaması.
  2.  Sidiyini saxlamaqda çətinlik çəkib-çəkməməsi.
  3.  Gündəlik həyatda normadan (ortalama 8 dəfədən) çox sidiyə ehtiyacı olub-olmaması.
  4.  Zorla sidik ifraz edib-etməmək, normaldan çox sidiyə getmə, çömbəlmə, sıxmanın olub-olmaması.
  5.  Sidik yollarının infeksiyasının olub-olmaması.
  6.  Qəbizliyin olub-olmaması.

Yuxarıdakı simptomlar varsa, mürəkkəb enurez diaqnozu qeyd olunur. Bu xəstələr ikinci sıra qiymətləndirməyə daxil edilir. İlkin tibbi yardımda mərkəzi sinir sistemi, şəkərli diabet və diqqət çatışmazlığı, hiperaktivlik sindromu ilə bağlı problemlərə diqqət yetirilir.

Həmçinin xəstələrdən sidiyə getmə vərdişləri, defekasiya vərdişləri, maye qəbulu vərdişləri, psixoloji vəziyyətləri, ailə anamnezində enurezin olub-olmaması barədə sorğu-sual edilməlidir.

Bundan əlavə, gün ərzində sidiyə getmə tezliyi və sayı, gecə islatma sayı və bağırsaq vərdişləri soruşulur. Uşağın psixoloji durumu, dostluq etmə qabiliyyəti, dostları ilə uyğunluğu, məktəbdəki uğurları sorğulanaraq qiymətləndirilir. Müayinə zamanı uşağın qarnı, kürəyi və cinsiyyət orqanları diqqətlə yoxlanılır.

Laborator müayinələrdə ilk növbədə sidik analizi və sidiyin əkməsi aparılır.

Əlaqədar tapıntılar varsa, qanda qlükoza, tiroid funksiyası testləri və biokimya aparıla bilər. İkinci mərhələdə xüsusi testlər edilə bilər. Xəstədə mərkəzi sinir sistemi ilə bağlı bir tapıntı varsa, birbaşa rentgen və MRT tələb olunur.

Enurez müalicəsi

Enurezin maraqlı müalicə üsulları var.

  1. Dəstəkləyici müalicə: Problemi təsvir etmək, uşağa və ailəyə ətraflı məlumat vermək müalicədə böyük rol oynayır. Ailə üzvlərinə məlumat verilir ki, belə halların 15%-i hər il kortəbii şəkildə sağalır. Uşaq və ailə müalicənin fəal hissəsi olmalıdır. Alınacaq ehtiyat tədbirləri və nəzərə alınmalı olan məqamlar ailəyə başa düşülən şəkildə izah edilir. Müalicə 5 yaşdan sonra başlanılır.
  2. Daha yaxşı olar ki, müalicəyə erkən məktəb yaşlarında  başlanılsın. Çünki müalicənin gecikməsi uşaqda sosial və psixoloji problemlərə gətirib çıxarır.
  3. Xəstələrin gündəlik maye qəbulu tənzimlənir. Axşam saatlarında maye qəbulu məhdudlaşdırılır.
  4. Yatmazdan əvvəl kola, tərkibində kofein olan içkilər, çay, kalsiumlu qidalar və duzlu qidalar qadağandır. Qəbizlik varsa, pəhriz tənzimlənir və lazım olduqda dərman müalicəsi başlanır. Uzun müddət televizora baxmaqdan, kompüter oyunlarından uzaq durmaq lazımdır. Uşağın evdə və məktəbdə 2 saatdan bir nizamlı olaraq sidiyə getməsi təmin edilməlidir. Yatmazdan əvvəl tualetə getməli və yatdıqdan iki saat sonra oyadılmalıdır. İşıq yandırıla bilər ki, gecə tualetə getməsi daha asan olsun. Parça heç vaxt bağlanmamalıdır. Sidik qaçırma problemi olan uşaqlar paltar və yataq dəstlərinin dəyişdirilməsində fəal iştirak etməlidirlər. Qətiyyən heç bir cəza tətbiq edilməməlidir. Uşaq təqvimdə yaş və quru gecələri qeyd etməlidir.
  5. 2. Siqnal terapiyası: Xüsusilə oyanma problemi olan uşaqlarda çox təsirli bir üsuldur. Uşaq sidik damcılayanda həyəcan siqnalı çalınır və uşağın oyanmasına səbəb olur. Uşağın oyanma vərdişini qazanmasına kömək edir. Ən azı 6-8 həftə tətbiq edilməli, nəticə alınarsa, müalicə 6 ay davam etdirilməlidir. Ailədə uyğunsuzluq olarsa müalicə uğurlu ola bilməz.
  6. 3. Dərman terapiyası və təbii müalicə: Enurezin müalicəsində desmopressin, trisiklik antidepressantlar, antixolinergik preparatlar istifadə olunur. Enurezin müalicəsində istifadə olunan Udin10 kapsullarının tərkibi udi-hindi bitkisinin oduncağından hazırlanmışdır. Udin10 kapsulu vitaminlər və 17 adda aminturşularla zəngin olduğu üçün enurezin müalicəsində müsbət effekt verir. Bu bitki sinir impulslarının sidik kisəsi sfinkterinə ötürülməsini aktivləşdirir və qeyri-iradi sidiyəgetmənin qarşısını alır.
  7. 4. Psixoterapiya: Enurez psixoloji problemlərdən qaynaqlanırsa və ya psixoloji və sosial problemlərə səbəb olarsa, psixoterapiya faydalıdır. 

https://fizulihuseynov.com/

https://herba-flora.com