Products

Fi̇tooi̇l Bi̇bəri̇yyə Yağı

Alınması: bibəriyyə yarpaqlarının günəbaxan yağında çıxarışı.

Tərkibi: efir yağları – pinen, kamfen, borneol, sineol, karmofilen, kamfora, bornilasetat, limonen, mirsen.

Məhsulun xüsusiyyətləri: Bakterisid, antiprotozoy, fungisid təsir göstərərək bakteriyaların, göbələklərin və ibtidai parazitlərin çoxalma­sının qarşısını alır, iltihabı aradan qaldırır. Hüceyrə səviyyəsində toxuma­ların regenerasiyasını sürət­ləndirir. Selikli qişalarda lizosimin sintezini stimulyasiya edərək yerli immuniteti gücləndirir. İnhalyasiya zamanı bronxların drenaj funksiyasını yaxşılaşdırır. Bəlğəmgətirici və mukolitik effekt verir. Tonuslandırıcı, antihipoksik təsir göstərir. Beyin qan dövranını yaxşılaşdırır, xarici qıcıqlara qarşı cavab reaksiyasını artırır, diqqət və yaddaşı gücləndirir. Bağırsaq mikroflorası və peristaltikasını yaxşılaş­dırır, həzm prosesini tənzimləyir.

Dəriyə istifadə zamanı yerli qıcıqlandırıcı, qaşınma əleyhinə, ağrıkəsici, dermato­tonik təsir göstərir. Tük follikullarını qıcıqlandırır, keçəlləşmənin qarşısını alır.

Tənəffüs sisteminin kəskin və xroniki infeksion-iltihabi xəstəlikləri, zehni və fiziki yorğunluq, hipotonik tipli NSD, artralgiya, mialgiya, nevralgiya, vətər dartılması, posttravmatik hematomalar zamanı tətbiq olunur. Həmçinin dermatitlər, yaralar, trofiki xoralar, psoriaz və başın tüklü hissəsinin psoriazının kompleks müalicə­sində, saç tökülməsinin müalicəsində istifadə edilir.

Əks göstəriş: fərdi həssaslıq.

İstifadə qaydası: Daxilə qəbul, xaricə sürtmək, masaj, inhalyasiya, vanna, kompress, kosmetik vasitələrin tərkibini zənginləşdirmək üçün istifadə olunur.

Daxilə: gündə 2 dəfə, hər dəfə 5-15 damcı yeməkdən əvvəl qəbul olunur.

Xaricə: gündə 2 dəfə dərinin zədəli nahiyələrinə çəkilir.

Saxlanma şəraiti: Otaq temperaturunda və ya soyuducuda ağzı kip bağlı qabda, uşaqlar üçün əlçatmaz yerdə saxlayın.

Saxlanma müddəti: 18 ay.

Buraxılış forması: flakonda 30 ml, içlik vərəqəsi ilə birlikdə karton qablaşdırmada.

How can I get Herba Flora products?

You can buy Herba Flora products from all pharmacies and FitoClub store chain across the country.

You can find out the prices of Herba Flora products by approaching all pharmacies across the country.

Questions about Herba Flora products can be directed to us through our official Social Media accounts (Instagram, Facebook, YouTube, TikTok, X). Questions are answered alternately on weekdays and during business hours (08:00 – 16:30).

You can contact the FitoClub chain of stores and online pharmacies regarding the delivery service.

Please contact Herba Medical Center to make an appointment with Fizuli Huseynov.

Contact numbers:
(012) 409 62 35
(055) 304 26 79

Address: Sabunchu district, Bashir Bunyadov 2578 block.

Herba Medical Center is located near Koroglu m/st. A transport service from the metro to the medical center and back has been organized for the patients’ comfortable arrival and departure.

Category

More Information

Related Products