Products

Fi̇tooi̇l Ardıc Yağı

Alınması: ardıc meyvələrinin günəbaxan yağında çıxarışı.

Tərkibi: alfa və beta-pinen, alfa-tuyen, kamfen, sabinen, mirsen, fellandren, terpinen, simen, limonen, terpinolen, alfa-terpineol, bornilasetat, alfa-humulen, kadinen, qermakren, kadinol.

 Məhsulun xüsusiyyətləri: Tonuslandırıcı, ümumi möhkəmləndirici, antibakterial, bəlğəmgətirici, iltihab əleyhinə, spazmolitik, antitoksik, ödem əleyhinə, sidikqovucu, ödqovucu, tərqovucu, yerli qıcıqlandırıcı, insektisid təsir edir. Qan və limfa axınını yaxşılaşdırır, toxuma və orqanizmdən artıq mayenin, toksinlərin xaric olmasını asanlaşdırır. Orqanizmdən sidik turşusunun çıxmasını rahatlaşdıraraq böyrəklərdə daş əmələgəlmənin qarşısını alır. Qığırdaq toxumasının elastikliyini artırır, hərəkət zamanı oynaqlarda ağrı və gərginliyi azaldır. Sidik-ifrazat sisteminə iltihab əleyhinə təsir göstərir. Kişi və qadınlarda reproduktiv fəaliyyəti yaxşılaşdırır. Cinsi aktivliyi artırır. Damar divarlarının elastikliyini artırır, qan təzyiqini normallaşdırır. Babasil zamanı ağrını, iltihabı və qanaxmanı aradan qaldırır. Dərini elastik edir, dəri məsamələrini təmizləyir. Dəri hüceyrələrində iltihabı aradan qaldırır, regenerasiyanı sürətləndirir, çapıq və atipik toxumanın böyüməsinin qarşısını alır.

Artritlər, artrozlar, osteoxondroz, revmatizm, podaqra, əzələ dartılmaları və gərilmələri zamanı daxilə qəbul edilir və ağrılı nahiyəyə çəkmək üçün istifadə olunur. Həmçinin ürək və böyrək mənşəli ödemlər, xroniki bronxit, ağciyər vərəmi, KRX, qrip, şəkərli diabet, ateroskleroz, cinsi zəiflik, sidik yolları infeksiyaları, sidik daşı xəstəliyi, xolesistit, dermatozlar, psoriaz, ekzema və babasil zamanı tətbiq edilir.

Əks göstəriş: fərdi həssaslıq.

İstifadə qaydası: Daxilə, massaj, inhalyasiya, krem və tonikləri zənginləşdirmək, kompress, hemoroidal düyünləri işləmək üçün istifadə olunur.

Daxilə: gündə 2 dəfə 5-15 damcı yeməkdən əvvəl qəbul olunur.

Xaricə: gündə 2 dəfə dərinin zədəli hissəsinə çəkilir və ya kompress şəklində tətbiq olunur.

Saxlanma şəraiti: Otaq temperaturunda və ya soyuducuda ağzı kip bağlı qabda, uşaqlar üçün əlçatmaz yerdə saxlayın.

Saxlanma müddəti: 18 ay.

Buraxılış forması: flakonda 30 ml, içlik vərəqəsi ilə birlikdə karton qablaşdırmada.

How can I get Herba Flora products?

You can buy Herba Flora products from all pharmacies and FitoClub store chain across the country.

You can find out the prices of Herba Flora products by approaching all pharmacies across the country.

Questions about Herba Flora products can be directed to us through our official Social Media accounts (Instagram, Facebook, YouTube, TikTok, X). Questions are answered alternately on weekdays and during business hours (08:00 – 16:30).

You can contact the FitoClub chain of stores and online pharmacies regarding the delivery service.

Please contact Herba Medical Center to make an appointment with Fizuli Huseynov.

Contact numbers:
(012) 409 62 35
(055) 304 26 79

Address: Sabunchu district, Bashir Bunyadov 2578 block.

Herba Medical Center is located near Koroglu m/st. A transport service from the metro to the medical center and back has been organized for the patients’ comfortable arrival and departure.

Category

More Information

Related Products