Products

Gi̇nseng10 Kapsul

Bir kapsulun tərkibi:
Adi jenşenin (Panax ginseng) kökünün tozu – 325 mq; tikancıqlı eleuterokok (Eleuterococcus senticosus) kökünün tozu – 25 mq
Köməkçi maddə: qarğıdalı nişastası (amylum maidis) – 50 mq, kapsul örtüyü (jelatin /gelatin, qliserin /glycerin, su /water)

Məhsulun xüsusiyyətləri:
Orqanizmi stimullaşdırır və aktivləşdirir, fiziki və zehni yüklənməyə uyğunlaşmanı asanlaşdırır, bədən hüceyrələrinin oksigeni mənimsəməsini artırır, metabolik proseslərin və enerji mübadiləsinin sürətlənməsinə yardım edir. Fiziki və zehni iş qabiliyyətini artırır, yaddaşı gücləndirir, yorğunluğu və yuxululuğu azaldır. Arterial təzyiqin yüksəlməsinə, cinsi funksiyanın aktivləşməsinə, immun sistemin və bədənin müqavimətinin möhkəmlən­məsinə, qanda xolesterolun və qlükozanın səviyyəsinin normallaşmasına kömək edir.

İstifadəsinə göstəriş (aşağıdakı hallarda yardımçı vasitə kimi istifadə olunur):
Uzunmüddətli fiziki və zehni yüklənmə, yorğunluq
Diqqət və yaddaş zəifliyi, yuxululuq
Arterial hipotenziya, astenik vəziyyətlər
Cinsi funksiyanın zəifləməsi
Ağır xəstəliklərdən və cərrahi əməliyyatlardan sonra sağalma dövrü
Orqanizmin xarici mühitin neqativ təsirlərinə və stressə qarşı rezistentliyinin artırılması

İstifadə qaydası:
18 yaşdan yuxarı: gündə 2 dəfə, hər dəfə 1 kapsul, yeməkdən 30 dəqiqə əvvəl qəbul olunur. Saat 18:00-dan sonra qəbulu tövsiyə olunmur. Müalicə müddəti 30 gündür. 3 aylıq fasilədən sonra təkrar qəbul oluna bilər.
Qeyd: Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər.
18 yaşa qədər şəxslər yalnız həkim məsləhəti ilə qəbul edə bilər.

Əks göstərişlər: Tərkibindəki komponentlərə qarşı fərdi həssaslıq, hamilə­lik və laktasiya dövrü, sinir oyanıqlığı, yuxusuzluq, arterial hiper­tenziya, taxiaritmiyalar, epilepsiya, qızdırma.

Saxlanma şəraiti: Rütubətdən qorunmaqla, 25 °C-dən yuxarı olmayan tem­pe­raturda və uşaqlar üçün əlçatmaz yerdə saxlayın.

Reseptsiz buraxılır.
Dərman vasitəsi deyil.
Bioloji fəallığa malik qida əlavəsidir.
Məhsul normal qidalanmanı əvəz etmir.
Tövsiyə edilən sutkalıq dozanı aşmayın.
Xəstəliklərin müalicəsi məqsədilə istifadə olunmur.
Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.

Yararlılıq müddəti: 2 il.
Yararlılıq müddəti bitmiş kapsuldan istifadə etmək olmaz.

Buraxılış forması: 400 mq-lıq 60 kapsul, içlik vərəqə ilə birlikdə karton qablaşdırmada.

How can I get Herba Flora products?

You can buy Herba Flora products from all pharmacies and FitoClub store chain across the country.

You can find out the prices of Herba Flora products by approaching all pharmacies across the country.

Questions about Herba Flora products can be directed to us through our official Social Media accounts (Instagram, Facebook, YouTube, TikTok, X). Questions are answered alternately on weekdays and during business hours (08:00 – 16:30).

You can contact the FitoClub chain of stores and online pharmacies regarding the delivery service.

Please contact Herba Medical Center to make an appointment with Fizuli Huseynov.

Contact numbers:
(012) 409 62 35
(055) 304 26 79

Address: Sabunchu district, Bashir Bunyadov 2578 block.

Herba Medical Center is located near Koroglu m/st. A transport service from the metro to the medical center and back has been organized for the patients’ comfortable arrival and departure.

Category

More Information

Related Products