fbpx
Close

LOROSEPT Antiseptik sprey

LOROSEPT Antiseptik sprey

Tərkibi:
Propolisin, evkalipt yarpağının, küknar yarpağının, exinaseya otunun, mixək tumurcuğunun, itburnu meyvəsinin, palıd qabığı­nın, biyan kökünün, adaçayı yarpağının, gülümbahar çiçəyinin, bibəriyyə otunun, nar qabığının və darçının spirtli çıxarışı, təbii limon aromatı, distillə suyu.

Farmakoloji təsiri:
Sprey güclü antibakterial, göbələk və virus əleyhinə effekt verir. Tərkibində olan aşı maddələri, xüsusən də tanin ağız boşluğu və udlağın selikli qişasına büzücü və mikrob əleyhinə təsir göstərir, virus və bakteriyaların selikli qişaya daxil olaraq yuxarı tənəffüs yollarında xəstəlik törətməsinin qarşısını alır. İltihab əleyhinə və yerli anestetik təsir edir, ağız boşluğu və udlaqda qızartı və ağrını aradan qaldırır, dişəti xəstəliklərinin qarşısını alır.

İstifadəsinə göstərişlər:
Angina, tonzillit
Faringit, laringit
Müxtəlif etiologiyalı quru öskürəklər
Gingivit
Parodontoz
Halitoz
Diş ekstraksiyasından sonra
Ağız boşluğu, qırtlaq və udlağın digər xəstəliklərində

Əks göstərişlər:
Spreyin tərkibində olan komponentlərə qarşı fərdi həssaslıq.

İstifadə qaydası:
Ağız boşluğu və ya boğaza püskürtmə şəklində göstərilən dozada istifadə olunur:
2-12 yaş uşaqlara gündə 3-4 dəfə, hər dəfə 1-2 püskürtmə;
12 yaşdan yuxarı və böyüklərə gündə 3-4 dəfə, hər dəfə 3-4 püskürtmə.
İstifadədən sonra 30 dəqiqə ərzində qida və su qəbulu tövsiyə olunmur.

Saxlanma müddəti: 2 il.
Saxlanma şəraiti:
Sərin və uşaqlar üçün əlçatmaz yerdə saxlanılmalıdır.

Buraxılış forması:
30 ml-lik tünd rəngli şüşə flakonda, sprey-başlıqla və içlik vərəqəsi ilə birlikdə karton qablaşdırmada.

Reseptsiz buraxılır.
Dərman vasitəsi deyil.

 

Category: Product ID: 8309