fbpx
Close

İNSUL10 kapsul

Bir kapsulun tərkibi:

Adi Lobya (Phaseolus vulgaris) qınının quru ekstraktı – 39 mq; Avropa Zeytunu (Olea europea) yarpağının quru ekstraktı – 50 mq; Adi Qaragilə (Vaccinum myrtillus) yarpağının quru ekstraktı – 10 mq; Berberi itüzümü (Lycium barbarum) (Goji berry) meyvəsinin quru ekstraktı – 6 mq; Uzun Sarıkök (Curcuma longa) kökümsovunun quru ekstraktı – 50 mq; Ud hindi (Aquilaria agallocha) oduncağının tozu – 100 mq.

Köməkçi maddələr: qarğıdalı nişastası (Amylum maidis) – 145 mq, kapsul (jelatin/gelatin, qliserin/glycerine, su/water).

Məhsulun xüsusiyyətləri:

Mədəaltı vəzdən insulin sintezini və sekresiyasını artırır, qanın qlikemik indeksini aşağı salır, qanda qlükoza səviyyəsini tənzimləyir, hüceyrələrin insulinə rezistentliyini azaldır, qlükozanın toxumalar tərəfindən mənimsənil­məsini yaxşılaşdırır. Metabolizmi sürətləndirir, xüsusən yağların mübadiləsinə müsbət təsir edir, qanda xolesterolun səviyyəsini azaldır. Makro- və mikro­elementlərlə zəngin olduğundan qan damarlarının elastikliyini artırır, damar sklerozunun və angiopatiyaların qarşısını almaqda yardım edir. Damarlarda spazmı aradan qaldırır, beynin, ürəyin, mədəaltı vəzin və ətrafların qan dövranını yaxşılaşdırır.

İstifadəsinə göstəriş (aşağıdakı hallarda profilakrtik və yardımçı vasitə kimi istifadə olunur):

I tip şəkərli diabetin kompleks müalicəsi

II tip şəkərli diabetin kompleks müalicəsi

İnsulinə rezistentlik

Diabetönü vəziyyət

Piylənmə, metabolik sindrom

İstifadə qaydası:

18 yaşdan yuxarı: gündə 2 dəfə, hər dəfə 1 kapsul yeməkdən əvvəl daxilə qəbul edilir. Ən azı 2 həftəyə yaxşılaşma müşahidə edilir. Qəbul müddəti minimum 2 aydır. Preparat uzun müddət istifadə edilə bilər.

Qeyd: Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər.

18 yaşa qədər şəxslər yalnız həkim məsləhəti ilə qəbul edə bilər.

Əks göstəriş: Tərkibindəki komponentlərə qarşı fərdi həssaslıq.

Digər dərmanlarla qarşılıqlı təsiri: Birlikdə istifadə zamanı hipoqlikemik preparatların dozası endokrinoloqun məsləhəti ilə azaldıla bilər.

Saxlama şəraiti: 250C-dən yuxarı olmayan temperaturda, rütubətdən qorun­maq­la, uşaqlar üçün əlçatmaz yerdə saxlayın.

Reseptsiz buraxılır.

Dərman vasitəsi deyil.

Bioloji fəallığa malik qida əlavəsidir.

Məhsul normal qidalanmanı əvəz etmir.

Tövsiyə edilən sutkalıq dozanı aşmayın.

Xəstəliklərin müalicəsi məqsədilə istifadə olunmur.

Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.

Yararlılıq müddəti: 2 il.

Yararlılıq müddəti bitmiş kapsuldan istifadə etmək olmaz.

Buraxılış forması: 400 mq-lıq 100 kapsul, içlik vərəqə ilə birlikdə karton qablaşdırmada.

Category: Product ID: 8113