Tut meyvəsi

Mündəricat

Ağ və qara tutun vitamin, minerallarla zəngin olması məlumdur. Tutun sağlamlığa göstərdiyi müsbət təsirlərinə görə onu bir aptekə bənzətmək olar. Onun immunitet sistemini gücləndirdiyini, anemiya və böyrəklərə xeyirli olduğunu danılmaz bir fakt kimi çox insan bilir. Tut eyni zamanda ağız və diş sağlamlığının təmin olunmasında və saçların canlandırılmasında çox böyük faydalara malikdir. Təbii yolla aparılan bitki müalicəsində tutun həm meyvə, həm şirəsi, həm də yarpaqlarından istifadə olunur. Tutun, əsasən qara və ağ növü çox işlədilir.

Ağ tutun meyvələri şirin, yeməlidir və C vitamini ilə zəngindir. Onun meyvəsi, bəkməzi, kompotu və cemi ürək zəifliyi, mədə-bağırsaq xəstəliklərinin müalicəsində son dərəcə faydalıdır. Ağ tut mədə və bağırsaqların nizamlı fəaliyyətini təmin edir. Onun yarpaqları qaynadılıb içilərsə, sidikqovucu təsir göstərir və bədəndə yığılmış suyu xaric edir. Acqarına yeyilən ağ tut bağırsaq qurdlarını azaldır. Tut həm də yorğunluq hissini azaltmağa kömək edir. Ən əsası, yaşlanmanı gecikdirir və dərini daha təravətli saxlayır, şəkər xəstəliyinin müalicəsində yaxşı təsir edir. Onun yarpaqları qanda şəkərin səviyyəsini aşağı salır. Qara tutun da bir çox faydalara sahib olduğunu hamımız yaxşı bilirik.

Tutun faydaları

Qara tut qanyaranmanı sürətləndirir, böyrək toxumasını qidalandırır (nefrotrop təsir edir), boğaz ağrısını, çiçək və qızılca xəstəliklərini sağaldır. Mədə və bağırsaqları gücləndirir, bağırsaqların peristaltikasını sürətləndirir, mikrofloranın tənzimlənməsində iştirak edir, sidikqovucu təsir göstərir. Qara tut suyu ilə hazırlanan ağız yuyucusu ağız iltihabı, diş əti iltihabı (gingivit), diş ətinin şişməsi, tonzillit və boğaz ağrısı üçün faydalıdır. Turş tut ağız yaralarının (aftanın) müalicəsi üçün çeynənir. Turş tutu hətta bir aptekə bənzətsək yanılmarıq. Onun turş suyunun qanda şəkərin səviyyəsini aşağı salmaq kimi xüsusiyyəti vardır. Yaz aylarında ən çox istehlak edilən meyvələrdən olan tutun sağlamlığa xeyirləri saymaqla bitmir. Təbii antibiotik olaraq təsirini itirməyən tutun tərkibində kalium, fosfor, A və K vitamini var. Bu meyvə yüksək xolesterol, ürək və mədə xəstəlikləri üçün faydalıdır və qan şəkərini tənzimləyir. Bədəni toksinlərdən təmizləyən və həzm sistemini gücləndirən tut orqanizmi zərərli maddələrdən qoruyur. Dəri üçün də olduqca faydalıdır.

Dükan və marketlərdə təzə tapılan bu meyvə qoxusu ilə diqqəti cəlb edir. Həm ağ, həm də qırmızı rənglə diqqət çəkən tut, maddələr mübadiləsini sürətləndirərək həzmə kömək edir. Tut tərkibindəki həzm lifləri sayəsində qida maddələrinin bağırsaqdan keçməsini sürətləndirir və onun hərəkətini tənzimləyir, həmçinin, görmə qabiliyyətini yaxşılaşdırır. Gözlər üçün faydalı olan bu meyvə daha yaxşı görməyə kömək edir.

Cəmiyyətdə anemiya olaraq bilinən dəmir çatışmazlığı anemiyası qanda hemoqlobin miqdarının azalmasıdır. Bu səbəbdən qırmızı və ağ tut anemiyanın müalicəsində faydalıdır.Gündə 1 ovuc tut qanazlığını aradan qaldırır. Yaş artdıqca sümük inkişafında durğunluq yaranır. Yaşıl tərəvəz və meyvələr sümük inkişafını dəstəkləyir. Xüsusilə qırmızı və ağ tut sümük inkişafında çox faydalıdır.
O, infeksiya ilə mübarizə aparır və xəstəliklərdən qoruyur. Elmi tədqiqatlar giləmeyvələrin istehlakının xərçəng, yaşlanma və bakterial infeksiyalara qarşı potensial sağlamlıq təsirləri olduğunu göstərir, həmçinin, yaşlanma əleyhinə effekt göstərir. Tərkibindəki A vitamini sayəsində hüceyrələr yenilənir və dəri sağlamlığı qorunur. Şəkər xəstəliyinin müalicəsində geniş istifadə olunan Diabetea çayının tərkibində olan tut yarpağı qanda şəkərin səviyəsini aşağı salır. Buna görə də terapevt və endokrinoloqlar təbii müalicə məqsədi ilə bu çaydan şəkər xəstəliyinin müalicəsində tez-tez təyinat verirlər.

https://fizulihuseynov.com/

https://herba-flora.com

Yazı ilə əlaqəli məhsullarımız

Heç bir nəticə tapılmadı.