Tut bəkməzi

Mündəricat

Alternativ təbabətdə də istifadə olunan tut bəkməzinin bir çox faydası var. Həm qara tut, həm dətutdan bəkməz hazırlanır. Xəstəliklərə qarşı qoruyucu təsiri olan tut bəkməzi kalori dəyəri yüksək olan qidalar sırasındadır. Qara və ağ tut növlərindən hazırlanan tut bəkməzi minerallarla zəngindir. İştahaaçıcı, arıqladıcı və hipoqlikemik effektlərə malikdir. Tut bəkməzi eyni zamanda öskürək əleyhinə, bəlğəmgətirici xüsusiyyətlərə malikdir. Mədə-bağırsaq sistemi, aşağı və yuxarı tənəffüs yolları, diş xəstəlikləri və qrip infeksiyalarına qarşı çox təsirlidir. Qara tut və ağ tut bəkməzi xüsusi üsulla hazırlanır. Tut bəkməzinin saymaqla bitməyən faydası vardır desək, yanılmarıq. Şəfa mənbəyi olan tut bəkməzi bir çox xəstəliklərə xeyirlidir. Anemiya (qanazlığı) xəstəliyi olanların təbii dərmanı olan tut bəkməzi bədənin dəmir, kalium, kalsium, maqnezium kimi minerallara olan gündəlik ehtiyacını ödəyir. Ağ və qara tut bəkməzinin sağlamlıq üçün faydaları olduqca çoxdur. Alternativ təbabət kimi müxtəlif sahələrdə istifadə olunur. Tut bəkməzi orqanizmin cavanlaşmasına və əlavə enerji qazanmasına zəmin yaradır.

Tut bəkməzinin faydaları

Tut bəkməzinin başqa faydalı xüsusiyyətləri də var:

  • – Bədəndə enerji toplayır.
  • – Antioksidant mənbəyidir.
  • Bağırsaqlara yumşaldıcı təsir göstərir.
  • – Yaddaşı gücləndirir və cavanlaşdırır.
  • – Beyin toxumasının qidalanması üçün çox faydalıdır.
  • – Anemiyanın kompleks müalicəsində effektlidir.
  • – Qışda soyuq havalarda orqanizmin enerji hasilatını və müqavimətini artırır.
  • – İdman etməzdən əvvəl bədəni enerji ilə təmin edir.
  • İştahaaçıcı xüsusiyyətə malikdir.
  • – Uşaqların böyüməsinə və inkişafına müsbət təsir göstərir.
  • – Tərkibi vitamin və minerallarla zəngin olduğundan orqanizmi sağlamlaşdırır.
  • – Tərkibində olan dəmir sayəsində qanda eritrosit və hemoqlobinin miqdarını tənzimləyir.
  • – Orqanizmi toksinlərdən təmizləyir.
  • – Uşaqlarda intellektin inkişafına dəstək verir.
  • – Dərinin regenerasiyasınaelastikliyinə təsiri böyükdür.
  • Sümük və dayaq-hərəkət aparatının inkişafına yardım edir.
  • Xəstəliklərdən sonrakı dövrdə orqanizmi tonuslandırır.
  • – Depressiya vəziyyətlərində sakitləşdirici təsir göstərir.
  • – Ana südünün miqdarını artırır.
  • – Sidikqovucu xüsusiyyətlərə malikdir.
  • – Dəridəki qırışların açılmasında böyük faydası var.
  • – Şirniyyat ehtiyacını ödədiyi üçün sağlam qida hesab olunur.
  • Orqanizmin təbii şəkər ehtiyacını ödəyir.
  • – Bəlğəmgətirici və öskürək əleyhinə effektə malikdir.

Ekoloji təmiz qida vasitəsi olan tut bəkməzi özünəməxsus üsulla hazırlanır. Belə ki, ağacdan dərilmiş tut yuyulur, su əlavə olunmadan bir az qaynadılır və süzülür. Süzmə prosesindən sonra tut şirəsi böyük qazanda təxminən 1 saat qaynadılaraq bişirilir və əmələ gələn köpüklər yığılıb atılır. Əlavə olaraq 15-20 dəqiqə qaynadıqdan sonra bankalara tökülür.

https://fizulihuseynov.com/

https://herba-flora.com

Yazıda adı keçən bitkilər aşağıdakı məhsullarımızda mövcuddur:

Heç bir nəticə tapılmadı.