Təbii antibiotiklər

Təbii antibiotiklər

Hər gün orqanizmimiz çox sayda mikroorqanizmlərlə qarşılaşır, onların çoxu da zərərlidir. Viruslar və patogen bakteriyalar, xüsusən də orqanizmin müqaviməti  azaldıqda ciddi xəstəliklərə səbəb olur. Təbii antibiotik xüsusiyyətlərinə malik bitkilərə udi – hindi, sarımsaq, adaçayı, gülümbahar, darçın, exinaseya, adi qıtıqotu, zoğal, nar qabığı, çobanyastığı, yovşan, böyük bağayarpağı, eleuterokokk və yovşanı misal göstərmək olar. Bitki antibiotiklərinin, kimyəvi üsulla alınan antibiotiklərdən fərqli olaraq   orqanizmə  heç bir yan təsiri yoxdur. Zoğalın tərkibində 70-ə yaxın faydalı üzvi birləşmələr, vitaminlər, xüsusilə C vitamini var. Patogen bakteriyaların inkişaf və çoxalma qabiliyyətinə tormozlayıcı təsir göstərən mühiti yaradan tərkibindəki benzoat turşusudur.

Təbiii antibiotik olan bitkilər

Zoğal  bütün müasir alimlərin fikrincə ən güclü təbii antibiotikdir. Güclü antiviral xüsusiyyətlərə malikdir və əla antioksidantdır. Zoğal ağızdakı bakteriyalarla mübarizə aparmağa kömək edir, karies və periodontal xəstəlikləri müalicə edir. Qaragilənin tərkibində analgetik, tərlədici və qızdırmasalıcı təsir göstərən aspirinə bənzər bir maddə vardır ki,  sidik yollarında bakteriyaları məhv edir və infeksiyanın bütün bədənə yayılmasının qarşısını alır. Tərkibində olan salisil turşusu fəsad yaratmadan yüksək temperaturu aşağı salır.

Digər təbii antibiotiklərə digər Çaytikanı dezinfeksiyaedici, bərpa edici,  regenerasiyaedici və yarasağaldıcıdır. Qara qarağat İltihab əleyhinə və dezinfeksiyaedici xüsusiyyətlərə malikdir. Tərkibindəki  fitonsidlər virusları, bakteriyaları, mikroskopik göbələkləri öldürməyə qadirdir. Narın tərkibi tanninlə, makro və mikroelementlərlə və ursul turşusu ilə çox zəngindir ki, büzücü və güclü iltihab əleyhinə təsir göstərir. Bronxit və pnevmoniya zamanı bəlğəmin çıxarılmasına kömək edir. Alimlər müəyyən ediblər ki, qreypfrut toxumu ekstraktı 800 bakteriya ştammına və 100 növ göbələyə qarşı təsirlidir. Qreypfrut  üzvi turşular, mineral duzlar, pektinlər, fitonsidlər, efir yağları və naringin adlı maddə ilə zəngindir. Bu maddələr ağ acı arakəsmələrdə olur.

Təbii antibiotiklərin orqanizmə faydası

Onlar mədə-bağırsaq traktına faydalıdır, qanda xolesterinin səviyyəsini aşağı salır və güclü antibakterial effekt verir. Limon ən yaxşı təbii antiseptiklərdən biridir. Limon iltihabı aradan qaldırır, yaraları sağaldır, mikrob və qurdlarla mübarizə apararaq  bədəni gücləndirir. Zəncəfil kökü antimikrob, iltihabəleyhinə, bəlğəmgətirici və qızdırmasalıcı təsirlərə malikdir. Darçın təkcə təbii antibiotik deyil, həm də əla immunomodulyator və tonuslandırıcıdır. Soğanın zəngin olduğu bioloji aktiv maddələr müqaviməti yaxşılaşdırmağa, patogen mikroorqanizmləri öldürməyə, bağırsaq florasını normallaşdırmağa və ağız boşluğunun mikrob balansını bərpa etməyə, hemapoez və qanın təmizlənməsinə kömək edir. Təbii antibiotik olan sarımsaq virus və bakteriyaları məhv edir, bağırsaq və digər parazitləri çıxarır, təzyiqi azaldır və trombozun qarşısını alır. Sarımsaq qandan, daxili orqanlardan və tənəffüs yollarından zərərli bakteriyaları, bağırsaq parazitlərini və virusları çıxarmağa kömək edir. Qan təzyiqini aşağı salır və qan laxtalanmasının qarşısını alır. Bir diş sarımsağın tərkibində 400-dən çox faydalı komponent var.

https://fizulihuseynov.com/

https://herba-flora.com