Süd vəzi xərçəngi

Süd vəzi xərçəngi

Süd vəzi xərçəngi ən çox yayılmış xərçəng növüdür. Həyatı boyu təxminən hər on iki qadından birində xərçəngin bu forması inkişaf edir. Süd vəzi xərçəngi qadınlarda bədxassəli şiş ölümünün əsas səbəbidir. Bəzi mənbələrdən alınan son məlumatlara əsasən 2020-ci ildə təxminən 685.000 qadın bu xəstəlikdən dünyasını dəyişmişdir. Xərçəngin bu forması süd kanallarının epitel hüceyrələrində (85%) və ya süd vəzin parenximasında (15%) əmələ gəlir. İlkin stadiyada şişin böyüməsi kanal və ya paycıq ilə məhdudlaşır, heç bir simptom yaratmır, ölçüləri minimal sürətlə artır və metastaz vermir.

Zamanla bu pre-invaziv bədxassəli şiş böyüyə və daha çox vəz toxumasını işğal edə bilər, bu mərhələ invaziv süd vəzi xərçəngi adlandırılır. Daha sonra yaxınlıqdakı limfa düyünlərinə (regional metastaz) və digər orqanlara (uzaq metastaz) yayıla bilər. Bir qadın süd vəzi xərçəngindən ölürsə bu geniş metastazla bağlıdır.

 Xərçənginin dioqnastikası

Süd vəzi xərçəngi erkən mərhələdə aşkar edildikdə onun müalicəsi daha effektiv olur. Cərrahi əməliyyat, radioterapiya və kimyaterapiya şiş hüceyrələrinin böyüməsinin və yayılmasının qarşısını alır ki, müalicəyə bu cür yanaşma qadının həyatını xilas edir. Süd vəzi xərçəngi bütün dünyada yetkinlik dövründən sonra istənilən yaşda olan qadınlarda rast gəlinir, lakin yaş artdıqca risk də artır. Bu xərçəng irsən ötürülən və ya yoluxucu bir xəstəlik deyil, lakin piylənmə, alkoqolun həddən çox istifadəsi, ailədə süd vəzi xərçənginin olması, radiasiyaya məruz qalma, postmenopauza dövründə tütün istifadəsi, hormon terapiyası və bəzi faktorlar onun inkişaf riskini artırır. Xərçəngin qarşısını almaq üçün profilaktik tədbirlərə uzun müddət ana südü ilə qidalandırma, müntəzəm fiziki fəaliyyət, çəki nəzarəti, alkoqolun istifadəsinin azaldılması, tütün tüstüsünə məruz qalmanın qarşısının alınması, hormonların uzun müddətli istifadəsindən imtina, radiasiyaya həddindən artıq məruz qalmanın qarşısının alınması aiddir. Ailədə süd vəzi xərçəngi xəstəliyinin olması inkişaf riskini artırır. Bununla bağlı təsdiqlənmiş ailə anamnezi və irsiyyətin olmaması qadının daha az risk altında olması demək deyil.

Süd vəzi xərçənginin müalicəsi

Süd vəzi xərçəngi döşdə ağrısız bir “top” (qabar) və ya şiş kimi hissiyyat yaradır. Anormal şiş aşkar edən qadın heç bir ağrı hiss etməsə belə təcili olaraq həkimə müraciət etməlidir. Bu, xəstəliyin ilk mərhələdə aşkarlanmasına və daha uğurlu müalicəyə kömək edir. Süd vəzin ölçüsündə, formasında və tipində dəyişiklik, dərisində geri çəkilmə, qızartı və digər dəyişikliklər, ətraf toxumalarda dəyişiklik, süd vəzindən anormal axıntı da xərçəngə şübhə yaradır. Lakin süd vəzində olan şişlərin 90%-ə qədəri bədxassəli deyil.

Zamanla xərçəng hüceyrələri digər orqanlara, o cümlədən ağciyərlərə, qaraciyərə, beyinə və sümüklərə yayıla bilər. Bu yerlərə çatdıqdan sonra sümük ağrısı və ya baş ağrıları kimi xərçənglə əlaqəli yeni simptomlar görünə bilər. Süd vəzi xərçəngində dərman müalicəsi əməliyyatdan əvvəl və sonra verilir. Estrogen və ya progesterondan asılı olmayan şişlər hormon terapiyasına cavab vermir. Radiasiya terapiyası da süd vəzi xərçənginin müalicəsində çox mühüm rol oynayır. Erkən mərhələdə radioterapiya mastektomiya ehtiyacını aradan qaldıra bilər.

İlkin mərhələdə həkimə müraciət sayını artırmaq və erkən diaqnoz qoymaq üçün qadınların süd vəzi xərçənginin simptomları haqqında məlumatınının artırılması, onların və ailələrinin maarifləndirilməsi çox önəmlidir. 1980-ci ildən başlayaraq süd vəzi xərçənginin müalicəsində əhəmiyyətli irəliləyiş əldə edilmişdir. Təbii bitki müalicələrinin təbiqi süd vəzi xərçənginin inkişaf riskini profilaktik olaraq azaldır. Udin10, İmmun10 və  Kurkum10 kimi kapsullar bu baxımdan əvəvzolunmaz vasitələrdir.

https://fizulihuseynov.com/

https://herba-flora.com