Stenokardiya

Stenokardiya

Stenokardiya ürəyə qan axınının azalması nəticəsində yaranan bir növ sinə ağrısıdır. Bu, ürək arteriyaları xəstəliyinin əlamətidir. Angina pektoris olaraq da adlandırılan stenokardiya sinədə sıxılma, təzyiq, ağırlıq və ya ağrı kimi xarakterizə olunur. Stenokardiyanın simptomları olan bəzi insanlar sinəsini sıxan və mişar kimi kəsici ağrı hiss etdiyini və ya sinədə böyük bir ağırlıq olduğunu söyləyirlər. Stenokardiya müalicə ilə gedən, vaxtaşırı təkrarlanan ağrı şəklində də ola bilər. Bu xəstəliyə nisbətən çox rast gəlinsə də, həzm pozğunluğu ilə əlaqədar yaranan sinə ağrısından ayırmaq çətin ola bilər. Səbəbsiz sinə ağrısı varsa, dərhal həkimə müraciət etmək məsləhət görülür.

Stenokardiya zamanı yuxarıda qeyd etdiyimiz simptomlar ilə yanaşı sol qolunuzda çeçələ barmağınızadək yayılan ağrı, boynunuzda, çənənizdə, çiyninizdə və ya kürəyinizdə ağrılar ola bilər. Başgicəllənmə, yorğunluq, ürəkbulanma, nəfəs darlığı, tərləmə kimi simptomların stabil stenokardiya və ya infarktın xəbərçisi ola biləcək qeyri-stabil stenokardiyaya aid olub-olmadığı həkim tərəfindən dərhal qiymətləndirilməlidir. Stabil stenokardiya ən çox yayılmış formadır. Adətən özünüzü fiziki işə məcbur edərkən və istirahətə gedəndə baş verir. Məsələn, yoxuşda və ya soyuq havada gedərkən ortaya çıxan ağrı  ola bilər. Stabil stenokardiyanın xüsusiyyətlərindən biri ürəyiniz daha çox işlədikdə meydana çıxmasıdır. Məsələn, idman edərkən və ya pilləkən qalxanda üzə çıxır. Ağrı qısa bir müddət, təqribən beş dəqiqə və ya daha az davam edir. İstirahət etmək və ya stenokardiyaya qarşı müalicəvi vasitənin istifadəsi ağrıları daha tez aradan qaldırır.

Stenokardiya nələrə səbəb ola bilər?

Stenokardiyanın şiddəti, müddəti və növü fərqli ola bilər. Yeni və ya fərqli simptomlar daha təhlükəli bir stenokardiya (qeyri-stabil stenokardiya) və ya infarkt siqnalı verə bilər. Qeyri-stabil stenokardiyanın xüsusiyyətlərindən biri onun hətta istirahət zamanı da baş verə bilməsidir. Stabil stenokardiya ilə müqayisədə daha şiddətlidir və daha uzun müddət davam edə bilər. Təqribən 30 dəqiqə və ya çox. Bu növ  istirahət və ya dərman istifadəsi ilə keçmir. Ürək böhranı siqnalı ola bilən variant  və ya prinzmetal stenokardiya adlanan başqa bir stenokardiya növü də var. Bu tip  daha nadirdir. Səbəbi ürək damarlarında qan axınını müvəqqəti olaraq azaldan bir spazmdır. Variant stenokardiyanın xüsusiyyətləri, adətən istirahət edərkən və çox şiddətli olmasıdır. Stenokardiyanın bu növü də preparatlar ilə rahatlaşdırıla bilir.


Qadınlarda stenokardiya simptomları kişilərə nisbətən fərqli ola bilər. Bu fərqlər müalicədə gecikmələr ilə nəticələnir. Məsələn, sinə ağrısı stenokardiyalı qadınlarda ümumi bir simptomdur, ancaq qadınlar üçün yeganə simptom və ya ən çox yayılmış simptom olmaya bilər. Qadınlarda da aşağıdakı simptomların yaranması mümkündür: ürəkbulanma, nəfəs darlığı, qarın ağrısı, boyunda, çənədə və ya kürəkdə narahatlıq, sinə təzyiqi yerinə bıçaqlanma ağrısı və s. Sinə ağrınız bir neçə dəqiqədən çox davam edərsə və ya istirahət edərkən, dərmanlarınızı içdiyiniz zaman keçməzsə, bu, infarkt keçirdiyinizə işarə ola bilər. Belə olan halda öz şəxsi həkiminizə və yaxud da təcili tibbii yardıma müraciət etməyiniz məsləhətdir. Əgər göstərilən mümkün hallar vaxtında təmin olunmazsa, həkiminizlə əlaqə saxlayanadək və ya təcili tibbi yardım gələnədək otağı havalandırmaq, Teakard çayının dəmləməsindən istifadə etmək məqsədəuyğundur. Teakard çayı təbiiliyi və tərkibindəki keyfiyyətli bitkilərin təsiri ilə həmin ağrıları aradan qaldıracaq.

https://fizulihuseynov.com/

https://herba-flora.com