Solmazçiçəyi

Solmazçiçəyi

Solmazçiçəyi müalicəvi bitkilər arasında mühüm əhəmiyyət kəsb edir. Bu bitkinin çiçəklərindən müxtəlif xəstəliklərin müalicəsində təbii məhsul kimi geniş istifadə olunur. Onun tərkibində bir sıra qlikozidlər, sərbəst aqlikonlar şəklində olan flavonoidlər – kempferol, apiqenin, həmçinin vitamin C, karotin, efir yağı, üzvi turşular, sterollar, fenol boyalar, acı maddələr, tannin kimi maddələr vardır.

Flavonoidlər kempferol və apiqenin hesabına öd yollarının və öd kisəsinin saya əzələlərinə spazmolitik təsir göstərməklə həm ödün qovulmasını asanlaşdırır, həm də iltihabın sorulmasını sürətləndirir. Yüngül qaraciyərqoruyucu effekt verir. Qaraciyər hüceyrələrində ödün əmələ gəlməsi prosesini stimulyasiya edir və onun öd kisəsinə tökülməsini asanlaşdırır. Öddə öd turşularının konsentrasiyasını azaldır, xolatların, bilirubinin miqdarını artırır, nəticədə ödü durulaşdırır. Ödqovucu təsiri sayəsində yağların həzmini sürətləndirir.

Bilirik ki, normal halda qaraciyərdə öd sintez olunaraq qaraciyərdaxili və qaraciyərxarici yollardan keçərək öd kisəsinə toplanır. Öd mayesi gün ərzində çox duru halda bir neçə litr sintez olunur. Öd kisəsinə toplandıqdan sonra orada qatılaşır və ümumi miqdarı azalır. Qida qəbulu zamanı öd kisəsindən porsiyalarla onikibarmaq bağırsağa tökülür. Ödün əsas funksiyası mədəaltı vəzdən ifraz olunan lipazanı aktivləşdirərək yağların həzmini təmin etməkdir. Öd yollarında və öd kisəsində hər hansı bir patologiya yaranarsa ödün onikibarmaq bağırsağa tökülməsi ləngiyir, yağların, lipidlərin həzmi və sona qədər parçalanması pozulur. Nəticədə bağırsaqlarda çürümə baş verir, qazlar yaranır, meteorizm və qəbizlik inkişaf edir. Bu cür patologiyalar ciddi metabolizm pozulmalarına gətirib çıxarır.

Solmazçiçəyinin faydaları

Solmazçiçəyi  ödün sintezini, sekresiyasını yaxşılaşdırmaqla bərabər, onun öd kisəsinə və onikibarmaq bağırsağa tökülməsini də sürətləndirir. Məhz bu səbəbdən də Herba Flora şirkətinin istehsal etdiyi Teaxolin çayının tərkibinə daxil edilmişdir. Teaxolin çayı xroniki xolesistit, xolangit, öd yollarının diskineziyası, lyamblioz və s. kimi xəstəliklərin müalicəsində geniş istifadə olunur. Teaxolin çayının tərkibində solmazçiçəyi çiçəyinin miqdarı çoxluq təşkil etdiyi üçün təsir effekti də yüksəkdir və daşlı xolesistitdə  istifadə etmək tövsiyə olunmur. Onun güclü spazmolitik və ödqovucu təsiri nəticəsində daşlar öd yollarına düşə bilir və özünəməxsus ağırlaşmalar baş verir. Spazmolitik təsiri ilə yanaşı onun çiçəyinin öd yollarına antiseptik, iltihab əleyhinə təsirləri də məlumdur. Beləliklə qaraciyər və öd yollarının xəstəliklərində bu çiçəyinin həm müxtəlif bitki yığıntılarının tərkibində, həm də tək şəkildə dəmləməsindən istifadə etmək məsləhətdir.

https://fizulihuseynov.com/

https://herba-flora.com