Qarğıdalı saçağının faydaları. Qarğıdalı saçağı necə dəmlənir?

Mündəricat

Qarğıdalı saçağının faydaları

Hələ qədim zamanlarda qarğıdalı saçağının güclü müalicəvi təsirə malik olması xalq təbabətinə məlum idi. Türkəçarə yolla müxtəlif böyrək və sidik yolları xəstəliklərinin, qaraciyər və öd yolları xəstəliklərinin müalicəsində qarğıdalı saçağından geniş istifadə olunmuşdur. Meksika qarğıdalının əsil vətənidir. Qədim meksikalılar üçün qarğıdalı bir tanrı idi. Yaz mövsümünün əvvəlində qarğıdalı tumurcuqları yerin yenidən canlanmasını təmsil edirdi və bu, insanlar tərəfindən xüsusi rəqslər və mahnılarla qeyd olunurdu.

Həmin o zamanlar qərbdəki buğda və Uzaq Şərqdəki düyü kimi, qarğıdalı da insanları gündəlik qida axtarışından qismən azad etdi. Cənubi Amerikaya gətirilən Meksika mənşəli qarğıdalı burada böyük əkinçilik sivilizasiyalarının yaranmasına səbəb oldu, buradan da bütün dünyaya yayıldı.

Qarğıdalı saçağının tərkibində acı qlikozid maddələr, saponinlər, efir yağları, askorbin və pantoten turşuları, K, P, PP və B qrup vitaminləri, inositol, sitosterol, stiqmasterol aşkar edilmişdir. Qarğıdalı toxumlarının tərkibində isə nişasta, qarğıdalı yağı, çoxlu miqdarda pentozanlar, müxtəlif vitaminlər mövcuddur. Əsasən də biotin, nikotin və pantoten turşuları, həmçinin flavon törəmələri və kversetinlə zəngindir. Qarğıdalı saçağının dəmləməsi xolesistit, xolangit, xroniki hepatit, uroloji xəstəliklərdən urolitiaz, sistit, uretrit, prostatit, nefrit, ödem, həmçinin qaraciyər xəstəlikləri qadın xəstəliklərində sidikqovucu, ödqovucu, qankəsici kimi istifadə olunur.

Qarğıdalı saçağı dəmləməsi

Qarğıdalı saçağının həm dəmləməsi, həm də qarğıdalı saçağından hazırlanmış digər məhsullar qaraciyər hüceyrələrində öd ifrazını artırır və qaraciyərdaxili öd yollarında ödün hərəkətini sürətləndirir, nisbi sıxlığını azaldaraq ödü durulaşdırır, tərkibində bilirubinin və xolatların  miqdarını artırır. Qarğıdalı saçağı həmçinin qanda protrombinin miqdarını yüksəldir və qanın laxtalanmasının sürətlənməsinə səbəb olur.

Qarğıdalı saçağı kiçik ölçülü böyrək daşları, sidik kisəsi daşları, sidik yollarının iltihabi xəstəlikləri və müxtəlif xarakterli ödemlər üçün sidikqovucu kimi istifadə olunur. Həmçinin qarğıdalı saçağı qanda xolesterinin səviyyəsini azaldır, aterosklerozun qarşısının alır və bu xəstəliyin müalicəsi üçün istifadə olunur. Belə ki, qarğıdalı saçağı tərkibindəki sitosterol və stiqmasterolların hesabına xolesterinin metabolizmini tənzimləyir və yumaqcıqlarda filtrasiya prosesini sürətləndirir.

Bundan əlavə güclü sidikqovucu effekt verərək arterial təzyiqin enməsinə gətirib çıxarır. Qarğıdalı saçağı həmçin iştahanı zəiflədir və müxtəlif pəhrizlərdə arıqlamaq üçün tövsiyə olunur. Herba Flora şirkətinin TeakardHepartea çaylarının tərkibində qarğıdalı saçağı vardır ki, başqa bitkilərlə kombinasiyada sidikqovucu, ödqovucu, hipotenziv və ateroskleroz əleyhinə təsir göstərir. Hər kəs bu məhsullardan həm profilaktika, həm də müalicə məqsədilə yararlana bilər.

https://fizulihuseynov.com

Yazı ilə əlaqəli məhsullarımız