Onkoloji xəstəliklər (Xərçəng xəstəliyi)

Onkoloji xəstəliklər (Xərçəng xəstəliyi)

Onkoloji xəstəliklər bədən hüceyrələrinin anomal bölünüb çoxalması nəticəsində meydana gəlir. Onkoloji xəstəliklər bütün orqan və sistemlərdə əmələ gələ bilər. Xərçəng hüceyrələri bədənin öz hüceyrələrindən fərqli olaraq orqanizmin göndərdiyi siqnalları qəbul etmir, dayanmadan bölünür və sürətlə çoxalır. Onlar adətən formasına görə sağlam hüceyrələrdən fərqlənir. Onkoloji şişlər xoşxasəli və bədxassəli (xərçəng) olmaqla iki qrupa bölünür. Xoşxassəli şişlər bədxassəlidən fərqli olaraq yavaş-yavaş böyüyür və orqanizmdə yayılmır. Bədxassəli şişlər isə tez artıb-çoxalır. Onlar intensiv şəkildə sağlam bədən hüceyrələrinə nüfuz edərək onları dağıdır və bütün orqanizmə yayılır. Çox vaxt birincili şiş xərçəng hüceyrəsinin ilk yarandığı yerə müvafiq adlanır. Sonra bu xərçəng hüceyrələri qan və limfa vasitəsilə digər orqanlara və bədənin müxtəlif nahiyələrinə yayılır və həmin hissələrdə də şiş hüceyrələri əmələ gəlir. Digər orqanlarda əmələ gələn bu şişlər isə metastaz adlanır.

Xərçəng xəstəliyinin səviyyələri

Xərçəngin inkişafı erkən, yerli yayılmış və metastaz verən olmaqla 3 səviyyədə olur. Erkən xərçəng yalnız selikli qişada yayılır, daha dərin qatlara nüfuz etmir. Bir çox hallarda erkən xərçəng şişləri zamanı cərrahi müdaxilə ilə zədələnmiş orqanı saxlamaq olur. Bu növ xərçəng heç bir kliniki əlamətlə özünü biruzə vermir, ya təsadüfən, ya da planlı müayinə zamanı aşkarlanır. Yerli yayılmış xərçəng isə selikli qişadan daha dərin qatlara nüfuz edir, həmçinin  regionar limfa düyünlərinə metastaz verir. Bu zaman optimal müalicə metodu cərrahi müdaxilə ilə regional limfa düyünlərinin, eləcə də zədələnmiş orqanın tam və ya hissəvi olaraq çıxarılmasıdır. Bu radikal müalicə üsulu hesab olunur. Bu tip xərçəng xəstələrində erkən xərçəng növünə nisbətən residiv vermə riski daha yüksəkdir. Residiv dedikdə isə eyni orqanda şiş hüceyrəsinin yenidən əmələ gəlməsi başa düşülür.

Metastaz verən xərçəng isə uzaq orqanlara yayılmaqla səciyyələnir. Böyüyən şiş özünə lazım olan qidalı maddələri qan dövranından diffuziya yolu ilə əldə edir. Xərçəngin bu növünün müalicəsi yoxdur, xəstələrə yalnız ömrün uzadılması üçün müxtəlif palliativ müalicələr tətbiq olunur. Bu tip xərçəng şişləri arasında karsinoma, sarkoma, limfoma və s. geniş yayılıb. Tibb elmi inkişaf etdikcə son dövrlərdə xəstələr üzərində ilkin şişi və verdiyi metastazları aradan qaldıran sitoreduksiya deyilən cərrahi əməliyyatlar aparılır. Bu cür cərrahi yanaşma yoğun və düz bağırsağın xərçəngi və yalnız bir orqana (məsələn qaraciyər) metastazı zamanı çox vaxt yaxşı nəticə verir.

Qeyri-düzgün qidalanma, piylənmə, passiv həyat tərzi, siqaret, narkotik  vasitələr, spirtli içkilər, genetik meyillik, viruslar, depressiya, immunitetin zəifləməsi kimi faktorlar onkoloji xəstəliklərin etiologiyasında əsas səbəblərdən hesab olunur. Göstərilən bu etioloji faktorlardan ən azından düzgün qidalanma və düzgün həyat tərzi bizim öz əlimizdədir. Biz Herba Flora şirkəti olaraq sizlər üçün onkoloji xəstəliklərin profilaktikasında effektli olan Antixol çayı Udin10, İmmun10 , Kurkum10 kapsullarımızı təqdim edirik.

https://fizulihuseynov.com/

https://herba-flora.com