Nar tumu yağı

Mündəricat

Nar süfrələrin bəzəyi olan çox ləzzətli meyvədir. Möcüzəvi quruluşa malik olan narın həm qabığından, həm lətindən, həm də çəyirdəyindən geniş istifadə olunur. Narın lətindən qida kimi istifadə olunması hamıya məlumdur. Nar tumu yağı və qabığından isə müalicə məqsədi ilə xalq təbabətində geniş istifadə olunur. Nar qabığının tərkibi katexolaminlər, ursul turşusu və mikroelementlər: K, Ca, Mg, Fe, Mn, Cu, Zn, Cr, Al, Se, Ni, Sr zəngindir. Katexin qrupundan olan aşı maddələr hesabına iltihab əleyhinə, bakterisid, antiviral, ağrıkəsici, regenerasiyaedici, antioksidant, antisellülit təsir edir.

Tərkibindəki B və C vitaminləri sayəsində immuniteti gücləndirir. Nar  tumunun yağının tərkibi dəmirlə zəngin olduğu üçün anemiyanın müalicəsində yüksək effekt verir. Nar qabığı güclü büzücü olduğu üçün qankəsici effekt yaradır, eyni zamanda bağırsaq infeksiyalarında ishal əleyinə təsir göstərir. Damarları xolesterin lövhəciklərindən təmizləyir, ürək-damar sisteminin işini yaxşılaşdırır. Arterial təzyiqi stabilləşdirir, qanda şəkər səviyyəsini azaldır, piylənmə əleyhinə effekt verir, artıq çəkidən azad edir. Antioksidant ellaq turşusu sayəsində orqanizmdə sərbəst radikalları neytrallaşdırır, bədəni toksinlərdən təmizləyir. Ödem əleyhinə təsir edir, əzələ ağrılarını azaldır. Onkoloji xəstəliklərin qarşısını alır, hətta şiş xəstəliklərinin ilkin mərhələsində də istifadə olunur. Esterogenlərlə zəngin olduğundan qadınlarda predmenstrual sindromun əlamətlərini azaldır, menopauza dövründə dəridə qıcıqlanma və iltihabi prosesləri önləyir. Nadir yağ-turşu tərkibinə görə kosmetologiyada yüksək qiymətləndirilir. Nar tumu yağı dəriyə nəmləndirici, qoruyucu, qidalandırıcı təsir edir. Dəri hüceyrələrinin membranına elastiklik verir, pilinq effekti bəxş edir, dərini hamarlaşdırır, qırışları açır.

Nar tumu yağının faydaları

Tərkibindəki yağ turşuları sayəsində nar tumu yağı dəridə kollagen sintezinə kömək edir, qocalma əleyhinə effekt verir və yorğun, cansız, qocalmış dəriyə istifadə zamanı dərinin rəngini yaxşılaşdırır, turqorunu artırır. Regenerasiyaedici təsiri yüksək olduğundan dəri hüceyrələrini yeniləyir, günəş yanıqlarında, ekzemada, psoriazda yüksək effekt verir. Dərinin yağ balansını tənzimləyərək onu cavanlaşdırır. Bədən masajı zamanı sellüliti azaldır. Saç dərisində qan dövranını yaxşılaşdırır, qaşınma və kəpək əleyhinə effekt verir. Saçın pH- nı tənzimlədiyindən saçları daha sağlam və parlaq edir. Tərkibi C vitamini ilə zəngin olduğundan saçların sağlam uzanmasını təmin edir. Hal- hazırda Herba Floranın yeni istehsal etdiyi Fitooil Nar tumu yağı istifadə edə bilərsiniz.

Hormonal balansa təsir edə biləcəyinə görə hamiləlikdə istifadəsi məsləhət deyil. Gözaltı nahiyələr istisna olmaqla 2 damcı yağı yüngül masaj hərəkətləri ilə dəriyə sürtmək tövsiyə olunur. 10-15 dəq sonra yağın artığı salfetlə silinə bilər.

https://fizulihuseynov.com/

https://herba-flora.com

Yazı ilə əlaqəli məhsullarımız

Heç bir nəticə tapılmadı.