Lavanda

Lavanda

Lavanda bitkisindən müxtəlif dəmləmə, ekstrakt və distillatlar şəklində hazırlanmış məhsullar daxilə qəbul edildikdən sonra antidepressant, anksiolitik və sakitləşdirici təsir göstərir. Tədqiqatlar göstərir ki, tərkibində lavanda olan sakitləşdiricilərin hamısı, əsasən gərginliklə idarə olunan kalsium kanalları ilə qarşılıqlı təsir göstərir, lakin təsir mexanizmi və ya kalsium kanallarına bağlanma yeri aydınlaşdırılmamışdır. Lavandanın GABA reaksiyalarını gücləndirərək GABA reseptorlarına təsir etdiyinə dair məlumatlar var. Onun yağının əsas komponenti olan linalol, qlutamat reseptorları ilə qarşılıqlı təsir göstərir.

Qlutamatın alınmasına maneə törədir və GABA reseptorlarını modulyasiya edir. İlk növbədə lavanda dəmləməsi, tərkibində ekstraktı və ya lavanda yağı olan preparatlar ağızdan qəbul edildikdən 30 dəqiqə sonra efir yağının əsas komponenti olan linalolun konsentrasiyası 22 ng/ml səviyyəsində qeyd olunur.


Tərkibində lavanda çiçəkləri olan Florelax çayı gərginlik, qıcıqlanma və narahatlıq kimi simptomlarla özünü göstərən yüngül və orta dərəcəli sinir pozğunluqlarının müalicəsində yüksək effektivliyə malikdir. Böyüklər və 3 yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulan Florelax çayı əsəb və yuxu sistemini normallaşdırmaqla yanaşı arterial təzyiqi də aşağı salır. Lavanda bitkisi flavonoid, fitosterol və kumarinlə çox zəngindir. Onun qıcolmaəleyhinə, sedativ, sakitləşdirici, yuxugətirici və bərpaedici təsirləri də bitkinin qəbulunu önəmli edən faktorlardandır. Sinir gərginliyini aradan qaldırır, antidepressant effekt verərək əhvali-ruhiyyəni yaxşılaşdırır. Lavanda bitkisinə və yaxud onun hər hansı bir komponentinə qarşı yüksək həssaslıq zamanı ondan istifadə etmək olmaz. Hamiləlik və laktasiya dövründə onun yağının və yaxud lavandanın digər məhsullarının istifadəsi ilə bağlı heç bir dəqiq klinik məlumat əldə edilməmişdir.  Onun tərkibindəki komponentlərin və ya onların metabolitlərinin ana südünə keçib-keçmədiyi bilinmir. Üç yaşdan yuxarı uşaqlara təyin edilir. Doza həddini aşma halları haqqında heç bir məlumat verilməmişdir.

https://fizulihuseynov.com/

https://herba-flora.com