İtburnu

İtburnu

İtburnu müalicəvi təsirinə görə dərman bitkiləri arasında ən çox istifadə olunur. Onun çiçəkləri və qurudulmuş meyvələri çox faydalıdır, bunlardan bir sıra müalicəvi məhsullar hazırlanır. Belə ki, bitkinin çiçəkləri və meyvələri bir çox müalicəvi bitki yığıntılarının tərkibinə daxil edilmişdir. İtburnu şimal gülü də adlanır. Çiçəkləmə müddəti bir neçə aydır, yazın əvvəlində çiçək açır və yazın sonunda budaqlarda al-qırmızı və ya narıncı meyvələr görünür. Çox faydalı olan C və E vitamini bitkinin həm çiçəklərinin, həm də meyvələrinin əsas tərkib hissəsidir.

İtburnu meyvesi

Bu vitaminlər maddələr mübadiləsini sürətləndirir, güclü iltihab əleyhinə və antioksidant təsir göstərir. İtburnunun meyvələrindən bəkməz şəklində məhsul alınır, qurudulmuş çiçəklərindən isə dəmləmə halında istifadə edilir. Çiçəklərinin dadı və qoxusu qızılgül ləçəklərinə çox bənzəyir, kulinariyada çaylara, kompotlara, mürəbbələrə, ətirli desertlərə əlavə olunur.

İtburnunun faydası

Həm təzə, həm də qurudulmuş itburnu meyvələri immun sistemi aktivləşdirir, onlardan hazırlanan həlimlər soyuqdəymə və virus xəstəlikləri zamanı istifadə olunur. Ancaq bu sadaladıqlarımız itburnunun bütün faydalı təsirlərini əhatə etmir. İtburnu tərkibindəki P vitamininin hesabına angioprotektiv effekt verir, qan damarlarının divarlarını möhkəmləndirir, zədələnmiş toxumaların regenerasiyasını sürətləndirir. Həmçinin itburnu karbohidrat mübadiləsini yaxşılaşdırır, qanda şəkərin səviyyəsini normaya salır, böyrək yumaqcıqlarında filtrasiya prosesini tənzimləyərək sidikqovucu effekt verir.

Qaraciyərin qapı venasında və aşağı boş venada yaranmış durğunluğu, ətraflardakı ödemləri və qarın boşluğunda yığılmış mayeni azaldır, hətta artıq çəkini atmağa yardım edir. İtburnu mədə və onikibarmaq bağırsağın xora xəstəlikləri zamanı selikli qişalarda pozulmuş toxuma tamlığını bərpa edir. Qanın Ph-nı tənzimləyir, tərkibindəki PP vitamini mikrosirkulyasiya və regenerasiyanı sürətləndirir. İtburnu meyvəsinin və çiçəklərinin tərkibi B1, B2 vitaminləri, üzvi turşular və dəmir duzları ilə də zəngindir. Hepatoprotektor effekti çox yüksəkdir.

Ödqovucu olduğu üçün qaraciyərdaxili öd yollarında, öd kisəsində və öd axarlarında durğunluğun qarşısını alır, hepatositlərin zədələnməsini və strukturlarının pozulmasını tormozlayaraq onların regenerasiyasını yaxşılaşdırır. Qanda toplanan toksinlərin və bilirubinin orqanizmdən xaric olmasını təmin edir. Xolesterin mübadiləsini sürətləndirərək qanda triqliseridlərin miqdarını azaldır və onların orqanizmin müxtəlif nahiyələrində piy şəklində toplanmasının qarşısını alır. Herba Flora şirkətinin Hepanat şərbəti tərkibindəki itburnu ekstraktı hesabına xroniki qaraciyər xəstəliklərinin müalicəsində əvəzedilməz vasitədir.

https://fizulihuseynov.com/

https://herba-flora.com