İstiotlu nanə yarpağı

İstiotlu nanə yarpağı

İstiotlu nanə yarpağı  hicri tarix ilə 9-cu əsrdə becərilmişdir. Nanə 17-ci əsrdə İngiltərədə yabani növlərin süni çarpazlaşdırılması sayəsində ortaya çıxmışdır. Nanə qədim Romada yüksək qiymətləndirilmişdir. Nanə yarpağı Mentha aquatica nanəsinin və Mentha Spicata L nanəsinin təbii növlərarası hibrididir. Rusiya daxil olmaqla qırx ölkədə sənaye məhsulu kimi yetişdirilir. Nanənin əkilməsi Ukrayna, Moldova, Krasnodar bölgəsində də geniş yayılmışdir. Bir çox növləri Orta və Cənubi Avropada yayılmışdır. Nanə təzə istifadə edildiyi Vyetnamda çox populyardır. Avropada, əsasən İngiltərədə o qədər də geniş istifadə olunmur və Karintiya da onu sevir – İtaliya ilə həmsərhəd olan Cənubi Avstriya bölgəsində yaşayan bir xalq. Nanə Şimali Afrikalılar tərəfindən geniş şəkildə istehlak olunur.

Piperita adı bibərli və kəskin ləzzətə işarə edir; Əhdi-Cədiddə nanə heedosmon adlanırdı ki, bu da şirin qoxulu bir şeyə işarə edir.
Nanə üzvi və mineral maddələrlə zəngindir. O, bir bağda 3-4 il böyüyüb daha sonra başqa bir əraziyə köçürülsə, keyfiyyəti daha da yaxşılaşır. Nanə vegetativ şəkildə çoxalır. Yüksək məhsuldarlıq əldə etmək üçün rizomları ən məhsuldar və humusla zəngin torpaqları, yüksək səviyyədə yeraltı suları olan, mineral gübrələrlə yaxşı mayalanmış ərazilərə yerləşdirilir.
Cənubda rizomların əkilməsi qışdan əvvəl aparılır. Davamlı bir lentlə döşənir və 6-8 sm qalınlığında bir torpaq təbəqəsi ilə örtülür.
Nanənin şitillə çoxalması effektiv olur. Altı-səkkiz cüt yarpaqlı, 8-10 sm hündürlüyündə şitillər may ayının birinci yarısında əkilir.
Nanənin əla dərman xassələrini nəzərə alaraq, onun müalicəvi xüsusiyyətlərini də vurğulamaq əsas şərtlərdən biridir. Bağbanlara sahələrdə böyütmələri tövsiyə olunur. İşıqlı və ya yarıkölgəli yerlərdə, kifayət qədər nəmli və məhsuldar torpaqlarda yaxşı böyüyür. 10 il və ya daha çox bir yerdə böyüyür. Yaz aylarında 2-3 dəfə çiçəklənmənin əvvəlində nanə yığılır.
Çiçəkləmə zamanı yarpaqları olan saplar və ya yalnız yarpaqları yığılır, çünki bitki bu dövrdə ən böyük üzvi kütləni yığır.Xammaldan ədviyyat kimi istifadə etmək üçün nanə cücərmədən və çiçəklənmənin sonuna qədər yığılır.

Nanə yağı

Nanənin uçucu yağ tərkibi 1,5-2%-dir.Yarpaqlar gövdədən ayrılır və quru yerdə saxlanılır. Yarpaqlar və bütün nanə otu möhürlənmiş qutularda saxlanılır. İstiotlu nanə yarpağının tərkibi efir yağları – mentol, menton, puleqon və mürəkkəb efirlərlə zəngindir.
Efir yağları antiseptik, iltihabəleyhinə və spazmolitik təsir edir. Saya əzələləri genişləndirir, kapilyar qan dövranını yaxşılaşdırdığı üçün iltihabın sorulmasını sürətləndirir. Yuxarı tənəffüs yollarının iltihabi xəstəlikləri zamanı nəfəs yollarını genişləndirir və tənəffüsü asanlaşdırır, təngnəfəsliyi aradan qaldırır. Dad reseptorlarını qıcıqlandıraraq pozulmuş iştahanı yaxşılaşdırır. Kəskin və xroniki xolesistit xəstəlikləri zamanı, ürəkbulanma və ağızda olan acılığı aradan qaldırır və həzmi yaxşılaşdırır. İstiotlu nanə yarpağının dəmləməsindən və yaxud ekstraktından ürək xəstəliklərinin müalicəsində də geniş istifadə olunur. Istiotlu nanə yarpağı
izovalerian və sirkə turşusu ilə mentol spirtinin mürəkkəb efiri ilə də zəngindir.
Mentolun antiseptik təsiri hepatit və xolesistlərdə yaxşı effekt verir.İstiotlu nanə yarpağı spazmolitik təsir göstərməklə ödün xaric olmasını asanlaşdırır. Ağız qoxusunun aradan qaldırılması məqsədi ilə aparılan müalicələrdə də istiotlu nanə yarpağından geniş istifadə olunur.

https://fizulihuseynov.com/

https://herba-flora.com