Gülümbahar

Gülümbahar

Gülümbahar bitkisinin faydalı xüsusiyyətləri çoxlarına məlumdur. Təbii müalicəyə üstünlük verən həkimlər və pasiyentlər arasında gülümbahar faydalı xüsusiyyətləri ilə çox məşhurdur. Bu bitkidən istifadə qədim tarixə malikdir. Gülümbaharın müalicəvi xüsusiyyətləri eramızın I əsrinə aid əlyazmalarda qeyd olunur. Birillik ot bitkisi olan gülümbahar bütün qitələrdə yetişdirilir, Avropada onun çiçəklərindən hətta qida kimi də istifadə olunur. Bu gün əczaçılıq şirkətləri bu bitki əsasında hazırlanmış geniş çeşiddə məlhəm və preparatlar təklif edir. Açıq yerlərdə gülümbahar toxumları aprel ayında əkilir, onu hətta ev şəraitində dibçəkdə belə bitirmək olur. Yetişdirmə üsulundan asılı olmayaraq bitki iyun ayında çiçək açır və çiçəkləmə dövrü payızın sonuna qədər davam edir.

Gülümbaharın növləri

Gülümbaharın gözəl görünüşü yeganə üstünlüyü deyil, onun faydalı xüsusiyyətləri də çoxdur. Beləki 20-dən çox çeşidinin olmasına baxmayaraq xalq təbabətində və tibdə ən çox 2 növü istifadə olunur. Gülümbahar bitkisinin çiçəkləri çiçəklənmə dövrünün ilkin mərhələsində daha çox müalicəvi əhəmiyyətə malik olurlar. Çiçəklər quru havada toplanır, qurutma bir neçə gün açıq havada və ya kölgədə aparılır.

Gülümbahar bitkisinin faydaları

Qönçələrin tərkibində karotin, fitonsidlər, zülallar, üzvi turşular (salisilik, malik, pentadesil), efir yağları və digər aktiv komponentlər var. Bu bitki tərkibli məlhəmlər dəri xəstəlikləri (dermatit, psoriaz, vitiligo) zamanı iltihabı azaldır və yarasağaldıcı təsir göstərir. Gülümbahar çiçəklərindən hazırlanan məlhəmlər kosmetologiyada da geniş istifadə olunur və təzə hazırlanmış məlhəm üz dərisinin iltihabı üçün təsirli olur, sızanaqları və digər dermatoloji problemləri aradan qaldırır. Onun çiçəklərinin dəmləməsi sinir pozulmaları, ağız boşluğunun, daxili orqanların xəstəlikləri (mədə, bağırsaq, qaraciyər, böyrək, öd kisəsi) zamanı təsirli olur. Sakitləşdirici, bəlğəmgətirici, ağrıkəsici kimi istifadə olunur. Həmçinin, həşərat sancmaları, yanıq, donma, göbələk xəstəlikləri, dermatit, ekzema, kəsik və sıyrıq hallarında da yaxşı təsir göstərir. Gülümbahar çiçəklərində antioksidantların və iltihab əleyhinə maddələrin olması qısa müddətdə müalicəvi effekt almağa səbəb olur. İltihabi və kəskin respirator xəstəlikləri aradan qaldırır, öskürəyin intensivliyini və müddətini azaldır. Daxilə qəbul edildikdə mədə-bağırsaq sisteminin işi normallaşır, podaqrada iltihab aradan qalxır, artrit zamanı ağrılar azalır.Lakin bu tərkibli məhsullardan istifadə edərkən əks göstərişlər nəzərə alınmalıdır.

Herba Flora şirkətinin Teasept, Teaqrip, Feminika çaylarının, Lorosept, Angins10 kimi məhlul və spreylərinin, həmçinin digər məhsullarının tərkibi gülümbahar çiçəkləri ilə zəngindir. Həmin məhsulların effektivliyi məhz gülümbahar çiçəkləri ilə bağlıdır desək yanılmarıq. Onu da qeyd edim ki, yüksək qan təzyiqi və ürək xəstəliyi olan insanlar gülümbahar çiçəyinin dəmləməsindən ehtiyatla istifadə etməlidir. Hamiləlik dövründə qadınlara və allergiyası olanlara qəbuldan imtina etmək məsləhətlidir. Xroniki xəstəliklər varsa, istifadə etməzdən əvvəl ailə həkimi ilə məsləhətləşmək lazımdır.

https://fizulihuseynov.com/

https://herba-flora.com