Vitamin və mineral mənbəyi olan goji giləmeyvəsi C, A vitamini, lif, dəmir, sink və antioksidantlarla zəngindir.
Bu meyvədə 8 əsas amin turşusu var. Bir hissə goji giləmeyvəsi gündəlik protein tələbatınızın təxminən 10%-ni ödəyir. Bir porsiya goji giləmeyvəsi yalnız 23 kaloridir. Goji giləmeyvəsini yeməyə başlamazdan əvvəl həmişə həkiminizlə danışın.
Dərman qəbul edirsinizsə, goji meyvələri qəbul etdiyiniz dərmanlarla qarşılıqlı təsir göstərə bilər. Goji giləmeyvəsi tərkibindəki vitamin və minerallar sayəsində dünyanın hər yerində diqqəti cəlb edən bir sağlamlıq meyvəsidir. Onun faydaları saymaqla bitmir. Goji Tibet dağlarında geniş yayılan kiçik, yumşaq və qırmızı rəngli bir giləmeyvədir. Tərkibindəki polisaxarid və güclü antioksidantlar sayəsində sərbəst radikalların zərəri və erkən yaşlanmanın qarşısını alır. C vitamini ilə çox zəngin olduğu üçün ən təsirli antioksidantlardan biridir. İmmun sistemini gücləndirir. Qeyri-spesifik immuniteti gücləndirərək dəri və selikli qişaların müdafiə qabiliyyətini artırır, baryer funksiyasını möhkəmləndirir və mikroorqanizm və antigenlərin dəri və selikli qişalardan orqanizmə daxil olmasının qarşısını alır. Həmçinin endogen interferon sintezini yüksəldir və immun hüceyrələrin miqdarını artıraraq spesifik immuniteti də möhkəmləndirir.
Goji giləmeyvəsinin tərkibindəki zəngin vitaminlər sayəsində maddələr mübadiləsini sürətləndirir, zülal, yağ və karbohidratların sonadək parçalanması və sorulmasını təmin edir. Qocalma əleyhinə (anti-aginq) təsir göstərir, dəri elastininin parçalanması və qırışların əmələ gəlməsini ləngidir. Dərinin elastiklik və turqorunu qoruyur. Goji giləmeyvəsi yüksək miqdarda antioksidantlara malik olduğuna görə toksiki maddələri orqanizmdən xaric edir və sərbəst radikalları neytrallaşdıraraq orqanizmi saflaşdırır. Toxuma və hüceyrələri zəhərli maddələrdən qoruyur. A vitamini ilə zəngin olduğu üçün beta-karotinoidlərin hesabına damarların divarını möhkəmləndirərək gözlərin görmə qabiliyyəti və dərinin möhkəmliyini qoruyur.
Arıqladıcı Goji Berry
Pəhriz və arıqlama proqramlarının müvəffəqiyyətlə həyata keçirilməsi proseslərini təmin edir. Yüksək lif tərkibi ilə yanaşı sağlam qidalanmağınıza kömək edir. Yağ və lipidlərin sonadək parçalanmasını sürətləndirərək antisellülit effekt verir. Triqliseridlərin bud, oma və qarın nahiyəsində toplqanmasının qarşısını alır, toplanmış piy toxumasını isə əridir.İnsulin müqavimətini tarazlaşdırır, hüceyrələrin insulinə qarşı həssaslığını artırır və qlükozanın utilizasiyasını sürətləndirir.
Yuxu keyfiyyətini artırır və onun ritmini, səthi və dərin fazalarını tənzimləyir.
Cinsi aktivliyi və testosteron səviyyəsini artırır. Cinsi fəaliyyəti yüksəldir.
Spermatozoidlərin sayını və spermanın keyfiyyətini artırır.
Stress və yorğunluq kimi problemləri, narahatlıq və depressiyanı azaldır və xroniki yorğunluq sindromunu effektiv dərəcədə aradan qaldırır.
Həzm sisteminin fəaliyyətini yaxşılaşdırır, həzm vəzilərinin sekresiyasını artırır. Şirə ifrazını stimulyasiya edərək iştahanı yaxşılaşdırır.
Xolesterol səviyyəsini tənzimləyir. Xolesterin mübadiləsini sürətləndirərək onun HDL fraksiyasının səviyyəsini yüksəldir və beləliklə, pis xolesterinin (LDL) miqdarını azaldır. Aterosklerozun inkişafının qarşısını alır.
Sağlamlığa gəldikdə, müasir tibb əvəzolunmazdır. Əlbəttə ki, keçən əsrdə insan həyatının və keyfiyyətinin artması üçün müasir təbabətə çox borcluyuq. Ancaq bu o demək deyil ki, hər anımızı həkimlər və dərmanlarla keçiririk. Keyfiyyətli yaşamaqla müasir tibb ehtiyacımızı minimuma endirmək mümkündür. Bu səbəbdən əsrlərdir istifadə olunan bitkilərə yeni bir gözlə baxırıq. Məsələn, goji berry. Vətəni Himalay olan bu əfsanəvi qırmızı meyvənin demək olar ki, hər gün yeni bir faydası aşkar edilir.