Damotu bitkisinin faydaları

Mündəricat

Damotu bitkisi

Damotu bitkisi fitoterapiyada özünəməxsus yeri olan, geniş təsir spektrinə malik, faydalı müalicəvi xüsusiyyətləri ilə tanınan bitkidir. Damotu bitkisi yabanı dərman otu olub böyüməsi üçün xüsusi diqqət və şərait tələb etmir. Bitkiyə yaşayış məntəqələrindən çox da uzaq olmayan ərazilərdə, çöllərdə rast gəlinir. Onun bir çox növləri mədəni bitki kimi yetişdirilir. Damotunun 25 növündən yalnız 3 növü fitoterapiyada geniş istifadə olunur.

Damotu bitkisinin faydaları

Damotu bitkisinin tərkibi faydalı vitamin və minerallarla, bioloji aktiv maddələrlə və efir yağları ilə zəngindir. Damotunun tərkibində olan Bioflavonoidlər xüsusilə kversetin rutinlə birlikdə xırda kapilyarların kövrəkliyini azaldır, onları zədələnmədən qoruyur. Həmçinin kapilyar qan dövranını yaxşılaşdırır, qan laxtalanmasını normallaşdırır. Damotunun tərkibindəki saponinlər ona sidikqovucu və sedativ effect bəxş edir, tənəffüs yollarında bəlğəmin durulaşmasını və xaric olmasını təmin edir.

Odur ki, damotu bitkisi güclü öskürəklər zamanı çox faydalıdır. Damotu bitkisinin tərkibində olan vitaminlər, xüsusilə tokoferol və karotinoidlər immun sistemi stimulyasiya edir, orqanizmi gücləndirir və xəstəliklərə qarşı müqavimətini artırır. Bu vitaminlər antioksidant olduqları üçün orqanizmi sərbəst radikalların dağıdıcı təsirindən və qocalmadan qoruyur.

Damotu bitkisi tərkibindəki qindarin maddəsi sayəsində sinir sisteminin mərkəzi bölmələrində reflektor oyanıqlığı azaldır, tormozlanma proseslərini sürətləndirir. Beləliklə, xəstəni əsəb gərginliyi və stressdən azad edir. Oleuropein adlanan maddənin sayəsində ürək əzələsinin yığılmasını normallaşdırır, ürək ritmini stabilləşdirir, arterial təzyiqi tənzimləyir. Damotu bitkisi kalsium, natrium və kaliumla zəngin olduğu üçün urək-damar sistemi xəstəlikləri zamanı çox faydalıdır. Tərkibindəki qlikozidlər və üzvü turşular sayəsində həm kardiotrop(ürəyi qidalandıran), həm də angioprotektor (damarqoruyucu) effect verir.

Bitki diuretik əhəmiyyətli olduğu üçün ürək-damar sistemi xəstəlikləri fonunda ətraflarda yaranmış ödemlərlə mübarizədə xüsusilə faydalıdır. Onun həm spazmolitik, həm də sidikqovucu olması ürəyin işinin yaxşılaşmasına və arterial təzyiqin normallaşmasına şərait yaradır. Həmçinin plazmada qlükoza səviyəsini tənzimləyir, xolesterin və triqliseridlərin səviyəsini azaldır.

Ümumiyyətlə damotu bitkisi yuxusuzluq, müxtəlif yuxu pozğunluqları, baş ağrıları, hətta miqren, taxikardiya, aritmiyaürək-damar problemləri, hipertenziya, ateroskleroz, bronxit, traxeit, laringit, menopauzaklimakterik sindrom zamanı çox fayda verir. Bitkinin faydaları çox olsa da hamilə qadınlar və uşaqlar tərəfindən istifadəsi arzuolunmazdır. Arterial hipotoniyadan əziyyət çəkən insanlarda və hiperasid qastrit, mədə xorası, bradikardiya kimi xəstəliklər zamanı damotu bitkisi əks göstərişdir.

https://fizulihuseynov.com

Yazı ilə əlaqəli məhsullarımız