Çobanyastığı bitkisi və aptek çobanyastığı

Mündəricat

Çobanyastığı bitkisi

Çobanyastığı (Matricaria chamomilla) əczaçılıqda çox geniş istifadə olunan bitkidir. Onun “Qabıqlıçobanyastığı” və “Dərman çobanyastığı” kimi adları da məlumdur. Orta əsrlərdə latın dilində yazılmış əsərlərdə çobanyastığıChamaemelon romana”, Rusiyada isə “Roma çiçəyi”, “Romannik” adı ilə təsvir olunurdu. O, güclü spesifik qoxuya malik birillik ot bitkisidir. Aptek çobanyastığı bitkisi Avrasiya və Şimali Amerikada geniş yayılmışdır və aktiv şəkildə becərilir. Bu bitkinin ümumi ömrü üç-dörd aydır.

Bu bitki hələ qədim zamanlardan tibb elmi və xalq təbabətində istifadə olunur və indi də ən məşhur dərman bitkilərindən biri hesab olunur. Aptek çobanyastığı səbətlərinin xarakterik əlamətləri vardır ki, onu cinsinin digər növlərindən ayırmağa imkan verir.  Tərkibi efir yağları ilə zəngindir. Proxamazulen və xamazulen adlı efir yağları antiseptik, iltihab əleyhinə, dezinfeksiyaedici maddələrdir. Onunun tərkibindəki efir yağları həm də yerli ağrıkəsicisakitləşdirici effektə malikdir.

Əczaçılıqda aptek çobanyastığının quru və duru ekstraktlarından, dəmləməsindən, yağından və s. istifadə olunur. Ekstraktı şampunların, sabunların, kremlərin və digər kosmetik vasitələrin də istehsalında istifadə olunur. Bu bitki ondan hazırlanan məhsulların müxtəlifliyinə və zənginliyinə görə dərman bitkiləri arasında liderlərdən biridir. Spazmolitik və regenerasiyaedici xüsusiyyətlərinə görə o, bitkisi bağırsaq infeksiyalarının bütün növlərində istifadə olunur və çox yaxşı effekt verir. Bağırsaq infeksiyalarında ondan həm imalə şəklində, həm də daxilə istifadə olunur.

Aptek çobanyastığı

Aptek çobanyastığı bitkisi tək şəkildə dəmləmə üçün Herba Flora şirkəti tərəfindən buraxılır. Bununla yanaşı bitki yığıntılarından ibarət olan bir sıra çayların tərkibinə aptek çobanyastığı bitkisi daxil edilmişdir. Yuxarı tənəffüs yolları xəstəliklərinin təbii müalicəsində Herba Flora şirkətinin istehsal etdiyi Teasept, Teaqrip çayları tətbiq edilir. Bu çaylar tərkibində olan çobanyastığı çiçəklərinin hesabına tənəffüs yollarının selikli qişasına yerli dezinfeksiyaedici, antiseptik və iltihab əleyhinə təsir göstərir.

Həmçinin ağrıkəsici və regenerasiyaedici effekt verərək sağalmanı sürətləndirir. Bu çaylar qrip, kəskin respirator xəstəliklər, angina, tonzillit, faringit, laringit, stomatit, gingivitxeylit kimi xəstəliklərin müalicəsini kifayət qədər tezləşdirir. Həmçinin mədə-bağırsaq traktı, qaraciyər və öd yolları xəstəliklərinin, şəkərli diabetin və sümük-oynaq patologiyalarının müalicəsində istifadə olunan Qastren, Pankreas çayı, MirfazinTeartroz çaylarının da tərkibinə daxil edilmişdir.

Bağırsaqlarda yaranmış iltihabı aradan qaldırır, regenerasiyanı sürətləndirərək xoraların sağalmasını təmin edir, spazmolitik effekti sayəsində qazların bağırsaq məfəzinə toplanaraq yaratdığı sancıları aradan qaldırır. İshal, qəbizlik, meteorizm və dispepsiya əlamətlərini yüngülləşdirir.

Aptek çobanyastığı bitkisi Herba Flora şirkətinin istehsal etdiyi əksər kosmetik vasitələrin tərkibində vardır ki, bu da həmin məhsulların keyfiyyətinə müsbət təsir göstərir.

https://fizulihuseynov.com

Yazı ilə əlaqəli məhsullarımız