Solmazçiçəyi nədir?
Solmazçiçəyi çiçəyi (Helichrysum italicum) müalicəvi xüsusiyyətləri ilə tanınan, qədim dövrlərdən təbabətdə geniş istifadə olunan bitkidir. Qızılı rəngli çiçəkləri solmadan uzun müddət qaldığı üçün bu adla tanınır. Onun müalicəvi gücü həkimlər və famakoloqlar arasında böyük maraq doğurur. Bitki Asteraceae ailəsinə aid olub, əsasən Aralıq dənizi hövzəsində, Qafqaz dağlarında quru iqlim şəraitində yayılmışdır. Solmazçiçəyi bitkisi günəşə bənzər sarı-qızılı çiçəkləri və zərif ətri ilə tanınır. Bu bitkinin tibbi təsirinin arxasında duran əsas səbəb onun zəngin kimyəvi tərkibidir. Bitki flavonoidlər, uçucu yağlar, kumarinlər, sterollar, təbii şəkərlər, terpenlər və fenol birləşmələri ilə zəngindir.
Solmazçiçəyi çiçəyinin xüsusiyyətləri:
1 Spazmolitikdir
2 Xolesekretikdir
3 Xolelitikdir
4 Xolekinetikdir
5 İltihab əleyinə təsir edir
6 Həzmi yaxşılaşdırır
7 Qəbizlik əleyinə təsir edir
8 Sakitləşdiricidir
9 Antibakterialdır
10 Antifunqaldır
11 Antioksidantdır
Solmazçiçəyi çiçəyinin təsiredici xüsusiyyətləri:
Solmazçiçəyi çiçəyinin tərkibindəki kumarinlər antikoaqulyant effekt verərək qanı durulaşdırır, trombolitik təsiri nəticəsində kiçik trombları əridir, kapilyar qan dövranını yaxşılaşdırır və damarları qoruyur. Antioksidant təsiri nəticəsində toxumaları, hüceyrələri oksidləşdirici maddələrdən və sərbəst radikallardan qoruyur. Fenol birləşmələr damarların elastikliyini qoruyur və mikrosirkulyasiyanı yaxşılaşdırır. Xüsusilə varikoz damar xəstəlikləri və qanın laxtalanması problemlərinin qarşısını almaq üçün istifadə edilir.
Bitki ən çox həzm sistemi problemlərinin müalicəsində istifadə olunur. Onun tərkibindəki flavonoidlər mədə şirəsinin, mədəaltı vəz fermentlərinin sekresiyasını artırır, ödün sintezini və sekresiyasını stimullaşdıraraq öd kisəsinə və onikibarmaq bağırsağa tökülməsini tənzimləyir. Xolesistit, xolangit, öd yollarının diskineziyası kimi xəstəliklərin və qaraciyər problemlərinin müalicəsində istifadə edilir. Meteorizm, köp və dispepsiya hallarının aradan qaldırılmasında effektiv təsir göstərir.
Antimikrob və iltihab əleyhinə təsiri bitkinin ən əsas xarakterik xüsusiyyətlərindən biridir. Solmazçiçəyinin ekstraktları bakteriya və göbələklərə qarşı aktivdir. Stafilokok və kandida növü patogenlərə qarşı təsiri elmi olaraq sübut edilmişdir. Bu xüsusiyyəti sayəsində ağız boşluğu iltihablarında və diş əti xəstəliklərində istifadə edilir.
Bu bitkinin ekstraktından iltihabı azaltmaq üçün xaricə və daxilə istifadə olunur, bu bitki əzələ ağrılarının azalmasınada kömək edir. Tərkibindəki bioaktiv maddələr revmatizm, artrit və digər xəstəliklərin müalicəsində iltihab əleyinə vasitə kimi tətbiq olunur və iltihabın eksudativ fazasını əhəmiyyətli dərəcədə qısaldır.
Bitkinin çiçə yaraların sağalmasını sürətləndirir, dəri iltihabını azaldır və allergik reaksiyaları yüngülləşdirir. Onun kosmetik məhsullarda, xüsusilə anti-aging və nəmləndirici vasitələrdə istifadə edilməsinin əsas səbəbi də budur. Sinir sisteminə müsbət təsir göstərən bitkinin efir yağı stress, yuxusuzluq və emosional gərginliyi azaltmaq üçün istifadə olunur.
“Herba Flora” şirkəti solmazçiçəyi çiçəyinin özəlliklərindən yararlanaraq Teaxolin, Teartroz, Pankreas çayları və Hepas10 kapsulu istehsal edir. Bu məhsullar sayəsində qaraciyər, öd yolları və mədə-bağırsaq xəstəliklərinin müalicəsində əsaslı müsbət nəticələr əldə etmişdir.