Səna yarpağı nədir?
Səna yarpağı təbabətdə bənzərsiz şəfa mənbəyi kimi tanınan bitkidir. Elmi adı Cassia angustifolia olaraq ən qədim zamanlardan bəri xalq təbabətində geniş istifadə olunan bitkilərdən biridir. Onun təbii təsirləri, müxtəlif xəstəliklərə qarşı terapevtik faydaları bu bitkini təbiətin əvəzsiz nemətlərindən birinə çevirir. Səna yarpağı Fabaceae ailəsinə aid olan, əsasən tropik və subtropik bölgələrdə, xüsusilə Hindistan, Sudan, Ərəbistan və Şimali Afrikada yayılmış bir bitkidir. Hündürlüyü 50-100 sm arasında dəyişir. Səna yarpaqları yumşaq yaşıl rəngdə, uzunsov və hamar səthlidir. Tibbi dəyər məhz bu yarpaqlara əsaslanır. Səna yarpaqlarının tərkibi antrasen törəmələri (sennosid A və B), flavonoidlər, rein və aloe-emodin, selik, sellüloza və antraqlikozidlərlə zəngindir. Quraqlığa davamlı bitkidir və əsasən az məhsuldar torpaqlarda böyüyür. Xüsusilə bitkinin dəmləməsindən müalicə məqsədi ilə istifadə olunur. İsti iqlim şəraitində daha yüksək təsirli kimyəvi birləşmələr sintez edir.
Səna yarpağının xüsusiyyətləri:
1. İşlədicidir
2. Antitoksikdir
3. Bağırsaq peristaltikasını stimullaşdırır
4. Qurdqovucudur
5. Antioksidantdır
6. Antimikrobdur
7. Qəbizlik əleyhinə təsir edir
8. Həzmi yaxşılaşdırır
Səna yarpağının təsiredici xüsusiyyətləri:
Həzm sisteminə təsirini tərkibindəki sennosidlərlə əlaqələndirmək daha düzgün olar. Belə ki, bağırsaq divarını stimullaşdırır və qəbizlik problemini aradan qaldırır. Antraqlikozidlər bağırsaq divarından suyun geriyə sorulmasını ləngidərək bağırsaq mənfəzində bərkimiş kütləni yumşaldır. Səna yarpağının əsas tərkib hissələrindən olan qətran bağırsaq divarını qıcıqlandıraraq peristaltikanı artırır, bağırsaq möhtəviyyatının xaric olmasını asanlaşdırır, meteorizmi və qəbizliyi azaldır.
Detoksikasiya məqsədi ilə səna yarpağından dəmləmə və ya çay şəklində istifadə olunur. Maddələr mübadiləsi nəticəsində əmələ gələn toksiki və zərərli maddələri orqanizmdən xaric edir. Xüsusilə bağırsaq hüceyrələrinin su və elektrolit sekresiyasını artıraraq evakuasiyanı sürətləndirir və detoksik effekti verir. Səna yarpağının detoks təsiri maddələr mübadiləsini stimullaşdıraraq arıqlama prosesini dəstəkləyir.
Səna yarpağının tozundan hazırlanmış maska və məlhəmlərdən dəri xəstəliklərinin müalicəsində də istifadə olunur. Sızanaq və dəri yaralarına qarşı istifadəsindən alınan müsbət nəticəni xüsusi vurğulamaq olar.
Antiparazitar xüsusiyyətlərinə görə səna yarpağı bağırsaq parazitlərinə qarşı təbii vasitə kimi istifadə olunur. Rein və aloe-emodin kimi komponentlərin hesabına helmintlərə (qurdlar) qarşı güclü öldürücü, sennosidlərin hesabına isə işlədici təsir göstərərək ölmüş qurdları və sistləri xaric edir.
Səna yarpağının ekstraktı bakteriya və göbələklərə qarşı aktivdir. Xüsusilə Staphylococcus aureus və Candida albicans kimi mikroorqanizmlərə qarşı antibakterial, göbələk əleyhinə təsir edir.
“Herba Flora” şirkətinin Qurdason şərbətinin tərkibi səna yarpaqlarının ekstraktı ilə zəngindir və güclü qurdqovucu təsirə malikdir. Bundan əlavə səna yarpaqlarının limon və nanə ilə qarışımı şəklində istehsal edilən çaylar da yüksək effekt verir. Səna çayı, Fiqura HF, Afrodita, Zərif seriyasından olan çaylar da səna yarpaqları ilə zənginləşdirilib. “Herba Flora” şirkətinin keyfiyyətli məhsullarından istifadə edin, sağlam olun.