Mərcangilə yarpağı
Mərcangilə əsasən sərin və rütubətli iqlim şəraitini sevən, turşulu torpaqlarda yaxşı inkişaf edən bir bitkidir. Mərcangilə bitkisi xüsusilə avropa, asiya, şimali amerika, Qafqaz və Azərbaycanın dağlıq – meşəlik bölgələrində bitir. Bitki Azərbaycanda isə Şəki – zaqatala, quba, lerik və qusar rayonlarında təbii halda rast gəlinir. Müalicə məqsədi ilə mərcangilənin həm meyvələrindən, həm də yarpaqlarından geniş istifadə edilir. Bu məqaləmizdə mərcangilə yarpaqlarının müalicəvi xüsusiyyətlərindən söhbət açacağıq.
Mərcangilə yarpaqları təbii tərkibli bioaktiv maddələrlə zəngindir və bu yarpaqların kimyəvi tərkibi onların müalicəvi xüsusiyyətlərini izah edir. Mərcangilə yarpaqlarının tərkibindəki əsas maddələr A)Fenol birləşmələri – flavonoidlər, kaempferol, tanninlər, proantosianlar, B)Orqanik turşular – sitrik turşu, malik turşu, kin turşu(quinic asid), C)Xlorogen turşusu, D)Arbutin qlikozidi, E) A, C, K vitaminləri və maqnezium,dəmir və kalsium kimi minerallardır.
Mərcangilə yarpağının xüsusiyyətləri:
- Antidiabetik təsir
- İltihab əleyhinə
- Antioksidant
- Antiseptik
- Diuretik
Mərcangilə yarpağının müalicəvi xüsusiyyətləri:
Oksidləşmə – reduksiya reaksiyalarını sürətləndirir, maddələr mübadiləsini tənzimləyir, qanın oksigenizasiyasını təmin edir və buna görə də mərkəzi sinir sisteminin, ürəyin, beyinin və böyrəklərin qidalanmasını yaxşılaşdırır, qan və sinir təchizatını sürətləndirir və onların işini yaxşılaşdırır. Antioksidant təsir edərək hüceyrələrin qocalmasının qarşısını alır, xərçəngə qarşı qoruyucu təsiri olduğuna dair elmi sübutlar mövcuddur.
Mərcangilə yarpaqları mədə – bağırsaq sistemi üçün çox faydalıdır, həzm orqanlarının sağlamlığını qoruyur. Xüsusilə mərcangilənin qurudulmuş yarpaqları güclü ishal əleyhinə təsir göstərir. Həzmi tənzimləyir, lipid və yağların sona qədər parçalanmasını təmin edərək triqliseridlərin və xolesterinin qanda miqdarını azaldır və artıq çəkini azaltmağa kömək edir.
Qanda şəkərin səviyyəsini aşağı salır, qanda olan qlükazanın toxuma və hüceyrələrə daşınmasını asanlaşdırır və onun toxuma və hüceyrələr tərəfindən mənimsənilməsinə yardım edir. Mərcangilə yarpaqları şəkərli diabetdə geniş istifadə olunur, xüsusilə tip II şəkərli diabet zamanı insulin həssaslığını artıra bilər.
Ürək və damarların sağlamlığını qoruyur, qan damarlarını möhkəmləndirir, kapilyarların keçiriciliyini azaldır və elastikliyini artırır. Varikoz və hemoroidə qarşı müsbət təsir göstərir.
Mərcangilə yarpaqları antosiyaninlərlə zəngin olduğu üçün göz xəstəliklərinin sağalmasını təmin edir, gözün tor qişasını gücləndirir, gecələr görmə qabiliyyətini yaxşılaşdırır, katarakta və qlaukoma riskini azalda bilir.
Mərcangilə yarpaqlarının böyrək xəstəliklərində daha geniş iltihab əleyhinə və sidikqovucu effektini də misal göstərmək olar. Bu zaman mərcangilə yarpaqları sidik yolları infeksiyalarına qarşı müsbət təsir göstərir. Bədənə yığılan artıq mayeni xaric etməyə kömək edir. Tərkibindəki arbutin qlikozidinin hesabına böyrək və sidik yollarına antiseptik, dezinfeksiyaedici, uroseptik və iltihab əleyhinə təsir göstərir, böyrək yumaqcıqlarının fəaliyyətini yaxşılaşdırır və filtrasiyanı sürətləndirir.
- Herba-Flora şirkəti məhsullarından Uros10 kapsullarının tərkibi də mərcangilə yarpaqları ilə zəngindir və Uros10 kapsullarının müsbət müalicəvi keyfiyyəti məhz bu bitki ilə əlaqədardır.