Əlaqə məlumatlarınızı doldurun

Məlumatlarınız sizinlə əlaqə saxlanıla bilməsi üçün istifadə olunacaq

Yanlış email formatı!
Yanlış telefon formatı!
Profile Icon

Herba Flora – BOT

Online

Kasnı (hindiba) nədir və təsiredici xüsusiyyətləri nələrdir?

Mündəricat

Kasnı nədir?

Kasnı otu (latın dilində Cichorium intybus), xalq arasında əvəzsiz müalicəvi vasitə kimi tanınan, çoxillik dərman bitkisidir. Kasnı otu əsasən Avropa, Asiya və Afrikada yayılıb və həm təbii şəkildə, həm də becərmə yolu ilə yetişdirilir. Azərbaycanın bütün rayon və kəndlərində də bu xeyirli bitkiyə rast gəlmək olar. Gövdəsi düz, budaqlanan və sərt olur, yarpaqları yoncaya bənzəyir, çiçəkləri isə açıq mavi, bəzən bənövşəyi və ya ağ rəngdə olur. Bu bitkinin tərkibi bir çox bioaktiv maddələrlə, vitamin və minerallarla zəngindir.

Kasnı otunun tərkibi:

  • İnulin – prebiotik təsirə malikdir, qanda şəkəri tənzimləməyə yardım edir
  • C və B qrupu vitaminləri – bədənin vitamin ehtiyacını ödəməyə kömək edir
  • Minerallar (kalium, kalsium, maqnezium, dəmir, fosfor) – makro- və mokroelement balansına müsbət təsir edir
  • Flavonoidlər və polifenollar – antioksidant xüsusiyyətlidir, toksiki maddələri neytrallaşdırır
  • Acı maddələr və efir yağları – həzm vəzilərini stimullaşdırır, mədə və bağırsaqların işini yaxşılaşdırır

Kasnı otunun müalicəvi xüsusiyyətləri:

Kasnı otu həddindən çox müalicəvi xüsusiyyətlərə malikdir. İlk öncə qaraciyər və öd kisəsi üçün faydalarını vurğulamaq lazımdır. Çünki, qaraciyər və öd yolları xəstəliklərinin təbii üsullarla müalicəsində istifadə olunan bütün yığıntıların tərkibində kasnı otundan istifadə olunur. Bu bitki qaraciyəri təmizləyir, öd axınını tənzimləyir, detoks təsiri göstərir. Maddələr mübadiləsinin çox faizini təmin edən qaraciyərin funksional çatışmazlığı zamanı həm qaraciyərin funksiyasını tənzimləyir, həm də toksiki maddələrin, ağır metal duzlarının və sərbəst radikalların orqanizmdən xaric olmasını sürətləndirir.

Bundan başqa həzm sisteminin işini və həzmi yaxşılaşdırır, mədə turşusunun sekresiyasını normallaşdırır, köp və qəbizlik əleyhinə təsir göstərir.
Şəkər xəstəliyində xüsusi olaraq faydalıdır. Tərkibindəki inulin sayəsində qan şəkərinin səviyyəsini stabilləşdirir, qlükozanın hüceyrə və toxumalara çatdırılmasına kömək edir və demək olar ki, insulinə bənzər təsir göstərir.
İltihab əleyhinə güclü təsir effektinə malikdir, buna görə də revmatizm, artrit və digər oynaq xəstəliklərində istifadə edilir.
İmmuniteti gücləndirir, orqanizmin xəstəliklərə qarşı müqavimətini artırır və bədənə antioksidant və vitamin dəstəyi verir.
Sidikqovucu təsirə malik olub böyrəklərin işini yaxşılaşdırır, sidik yollarının təmizlənməsinə kömək edir, bədəndə və ətraflarda toplanmış artıq mayenin və ödemin orqanizmdən xaric olmasına müsbət təsir edir.
Ürək-damar sağlamlığını qoruyur, pis xolesterini (LDL) azaldaraq damarların divarına çökməsinin və mənfəzinin daralmasının qarşısını alır.
Kasnı otu çay, ekstrakt, kapsul və ya toz şəklində istehlak edilə bilər. Xüsusilə, kökü qovrulub toz halına salındıqda qəhvə əvəzedicisi kimi də istifadə olunur.

“Herba Flora” şirkəti Kasnı otunu tək bitki şəklində, həm də digər bir neçə bitkilərin qarışığı ilə hazırlanmış müalicəvi çayların tərkibində istehsal edir. Pankreas çayı kasnı otu ilə zəngindir və şəkərli diabetdən əziyyət çəkən xəstələrdə meydana çıxan həzm pozulmasını aradan qaldırır və mədə-bağırsağın işini normaya salır.

https://fizulihuseynov.com/

Yazı ilə əlaqəli məhsullarımız