İstiotlu nanə nədir?
İstiotlu nanə ot bitkisidir. Həm isti iqlim qurşaqlarında, həm də sərin ərazilərdə yetişən nanənin bir çox növü var. Təzə, qurudulmuş və yağ formasında istifadə edilir. İstiotlu nanə bitkisinin yarpaqları həm ənənəvi təbabətdə, həm də müasir tibdə geniş istifadə olunan təbii vasitələrdən biridir.
İstiotlu nanə yarpağının xüsusiyyətləri:
• Antiseptik
• Dezinfeksiyaedici
• Spazmolitik
• Sancı əleyhinə
• Ağrıkəsici
• Sakitləşdirici
• Sidikqovucu
İstiotlu nanə yarpağının təsirləri:
• Ağızda pis qoxunu aradan qaldırır və diş ətini qoruyur
• Həzm pozulmasını aradan qaldırır, mədə ağrılarını yüngülləşdirir və mədədə doluluq hissini azaldır
• Bağırsaq sancılarını və köpü aradan qaldırır
• Sinir sisteminə sakitləşdirici təsir göstərir
• Stress və narahatlığı azaldır, rahatlama hissi yaradır.
• Yuxunun keyfiyyətini yaxşılaşdırır
• Sızanaqlarla mübarizədə kömək edir
• İnfeksiyalarla aktiv mübarizə aparır
“Herba Flora” şirkətinin Teabronx, Teaqrip, Urotea, Teaxolin kimi bitki çayları istiotlu nanə yarpağı ilə zənginləşdirilmişdir. Teabronx və Teaqrip çayları soyuqdəymə və qrip kimi tənəffüs sistemi xəstəlikləri zamanı çox effektlidir. Urotea çayı sidik yolu infeksiyalarında, Teaxolin çayı isə xolesistit, xolangit kimi öd kisəsi və öd yolu xəstəliklərində faydalıdır.