Dazıotu nədir və təsiredici xüsusiyyətləri nələrdir?

Mündəricat

Dazıotu nədir?

Dazıotu sarı rəngli beş ləçəkdən ibarət, yaraşıqlı çoxillik bitkidir. Beynəlxalq elmi adı Hypericum perforatum olan bu bitki dazıkimilər fəsiləsinin dazı cinsinə aiddir. Dazıotu incə kökümsov və güclü inkişaf etmiş kök sisteminə, 30-60 sm hündürlüyə qalxan dikduran gövdəyə malikdir. Dazıotu günəşsevər bitki olduğundan onun əsas bitdiyi yerlər günəşli qayalıqlardır.

Dazıotu bitkisinin xüsusiyyətləri

Bu bitki qəbul olunan kimyəvi preparatların və toksiki maddələrin orqanizmdə toplanmasının qarşısını alır. Eyni zamanda zərərli maddələrin orqanizmdən xaric olmasını sürətləndirir. Buna görə də dazıotu bitkisi bütün dərman müalicələri ilə yanaşı təyin edilə bilər. Bitkinin həm dəmləməsindən, həm də yağından təbii müalicə məqsədi ilə istifadə olunur. Əsasən müalicə məqsədi ilə istifadə olunan dazıotu hiperisin, flavonoidlər, kversetin, rutin, hiperozid və ksentonlar kimi maddələrlə zəngin olduğu üçün aşağıdakı xüsusiyyətlərə malikdir.
1. Spazmolitik
2. Ödqovucu
3. Tonuslandırıcı
4. Ağrıkəsici
5. Xolesekretik
6. Xolelitik
7. Xolekinetik
8. Antiseptik
9. Regenerasiyaedici
10. Mielinizasiyaedici
11. Yuxugətirici
12. Antidepressant

Dazıotunun təsiredici xüsusiyyətləri (faydaları) nələrdir?

Dazıotu dəmləməsinin daxilə qəbulu öd kisəsi və öd yollarında antiseptik, iltihab əleyhinə, spazmolitik təsir göstərərək əmələ gəlmiş infeksiyanın inkişafını dayandırır, öd sintezini artırır, ödü durulaşdırır və ödün axaraq onikibarmaq bağırsağa tökülməsini asanlaşdırır. Öd kisəsi və öd yollarının spazmını azaldır və ağrıları dayandırır. Eyni zamanda iştahanı və həzmi də yaxşılaşdırır.
Böyrəklərin qan dövranını yaxşılaşdırır, sidikqovucu effekt verir. Xəstəliklər zamanı həm toksiki maddələrin, həm də mübadilənin yan məhsullarının sidik vasitəsi ilə orqanizmdən xaric olmasını təmin edir.

Mədə və bağırsaqlarda həzmi sürətləndirir, bağırsaqların fəaliyyətini yaxşılaşdırır, sancı və ağrıları azaldır, antikolik təsir göstərir. Bununla yanaşı qida kütlələrinin bağırsaqlardan rahat evakuasiyasını təmin edir.

Dazıotu melatonin mübadiləsini tənzimləyərək yuxuyagetməni yaxşılaşdırır, yumşaq sedativ effekt verir və eyni zamanda antidepressiv təsir göstərərək xəstənin əhvali-ruhiyyəsini yaxşılaşdırır.
Dazıotu yağının daxilə və xaricə istifadəsi yara, xora, eroziya və yanıqlar zamanı infeksiyaların inkişafını tormozlayır, regenerasiyaedici və yarasağaldıcı təsir göstərir. Furunkulların sağalmasını sürətləndirərək hematomalar zamanı qanlı möhtəviyyatın sorulmasını tezləşdirir.

Qurdqovucu təsirə malik olan bu bitkinin dəmləməsi bütün növ qurdların bağırsaq mənfəzindən atılmasına kömək edir. Beləliklə müxtəlif dərman vasitələri ilə məhv edilmiş qurdlar dazıotunun spazmolitik effekti nəticəsində bağırsaqlardan xaric olur. Bununla da qurdların bağrsaq divarında yaratdığı iltihab, ağrı, koliklər aradan qalxır və pozulmuş iştaha bərpa olunur.
“Herba Flora” şirkəti dazıotunu həm tək çay formasında, həm də bir sıra bitkilərin qarışığı şəklində Hepartea, Teazol, Teaqrip kimi müalicəvi çayların tərkibində istehsal edir.

https://fizulihuseynov.com/

Yazı ilə əlaqəli məhsullarımız