Məhsullar

Garli̇c10

DƏRMAN VASİTƏSİ DEYİLDİR!

Bir kapsulun tərkibi: Qurudulmuş sarımsaq (Allium sativum) soğanağının tozu – 300 mq.
Köməkçi maddə: Qarğıdalı nişastası (amylum maidis) – 100 mq; kapsul örtüyü (jelatin, qliserin, su).

İstifadə qaydası:
Böyüklər: Gündə 1 dəfə 1 kapsul yeməkdən sonra və ya yeməkarası bol miqdarda su ilə daxilə qəbul edilir. Preparatdan istifadə zamanı spirtli içki qəbulu qadağandır. Koaqulopatiyalı xəstələr preparatdan istifadə etməzdən öncə həkimlə məsləhətləşməlidir.
Qeyd: Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər.
18 yaşa qədər şəxslər yalnız həkim məsləhəti ilə qəbul edə bilər.

Əks göstəriş: Mədə və onikibarmaq bağırsaq xorası, hamiləlik, laktasiya dövrü, preparata qarşı fərdi həssaslıq.

Əlavə təsirləri: Qastrointestinal əlamətlər (ürəkbulanma, mədədə yanma, köp), bağırsaq mikroflorasında dəyişiklik, allergik reaksiyalar.

Saxlama şəraiti: 25°C-dən yuxarı olma¬yan temperaturda, rütu¬bətdən qorunmaqla, uşaqlar üçün əlçatmaz yerdə saxlayın.
Reseptsiz buraxılır.
Dərman vasitəsi deyil.
Bioloji aktiv qida məhsuludur.
Məhsul normal qidalanmanı əvəz etmir.
Tövsiyə edilən sutkalıq dozanı aşmayın.
Xəstəliklərin müalicəsi məqsədilə istifadə olunmur.
Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.

Yararlılıq müddəti: 2 il.
Yararlılıq müddəti bitmiş kapsuldan istifadə etmək olmaz.

Buraxılış forması: 400 mq-lıq 100 kapsul, içlik vərəqə ilə birlikdə karton qablaşdırmada.

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Ətraflı Məlumat

Garlic10 – Sarımsağın minillik gücü, müasir formanın rahatlığı!

Sarımsaq haqqında danışanda ağla ilk gələn onun kəskin ətri və dadıdır. Amma bu kiçik soğanaq əsrlərdir müxtəlif xalqların qidalanmasında və ənənəvi bitki təcrübəsində xüsusi yer tutur. Qədim dövrlərdən bu günə qədər sarımsaq həm qida, həm də fitoterapevtik məqsədlərlə istifadə olunan ən yaxşı tanınan bitkilərdən biri olaraq qalır.
Garlic10 bu ənənəvi bitkini gündəlik istifadəyə uyğun kapsul formasında təqdim edir.

Əsas təsiredici maddələr:

  • Kükürdlü orqanik birləşmələr və sulfidlər (aliin, alisin, dialil disulfid, dialil trisulfid, ajoen və vinilditiinlər)
  • Flavonoidlər və polifenollar (kversetin, kempferol, apigenin törəmələri və ferul turşusu)
  • Steroid saponinlər və sapogeninlər (erubozid B, sativozid və qallosilozidlər)
  • Suda həll olan fruktoza polimerləri (fruktanlar, inulin və immunomodulyator polisaxaridlər)
  • Spesifik amin turşuları (S-alilsistein və S-alilmerkapto-L-sistein)

Garlic10 kapsulunun faydaları:

  • İmmuniteti gücləndirməyə kömək edir: Soyuqdəymə, qrip və müxtəlif infeksiyalara qarşı orqanizmi qorumağa yardım edir.
  • Ürək və damar sistemini qorumağa kömək edir: Arterial təzyiqi nomada saxlamağa və damarları qorumağa yardım edir.
  • Qan dövranını yaxşılaşdırmağa kömək edir: Qanın qatılaşmasının, həmçinin qan laxtalarının (trombların) yaranmasının qarşısını almağa yardım edir.
  • Xolesterol səviyyəsini tənzimləməyə kömək edir: Qanda “pis” xolesterolun miqdarını azaltmağa yardım edir.
  • Hüceyrələri qorumağa və yeniləməyə kömək edir: Hüceyrələrin qocalmasını ləngitməyə yardım edir.
  • Həzm sistemini və bağırsaqları dəstəkləməyə kömək edir: Bağırsaqlardakı faydalı mikrofloranı bəsləyir, zərərli mikrobların çoxalmasının qarşısını almağa yardım edir.
  • Qanda qlükozanın səviyyəsini normada saxlamağa kömək edir: Maddələr mübadiləsini tənzimləyir və şəkərin kəskin sıçrayışlarının qarşısını almağa kömək edir.

Garlic10 kapsul kimlər üçün uyğundur?

  1. İmmuniteti zəif olanlar: Tez-tez soyuqdəymə və qripə yoluxan, mövsüm keçidlərində bədənin müqavimətini artırmaq istəyən şəxslər.
  2. Ürək-damar sağlamlığına dəstək axtaranlar: Qan dövranını yaxşılaşdırmaq, damar elastikliyini qorumaq və ürək fəaliyyətini dəstəkləmək istəyənlər.
  3. Yüksək xolesterolu olanlar: Qanda triqliseridlərin və xolesterolun səviyyəsini pəhrizlə birlikdə nəzarətdə saxlamaq istəyən şəxslər.
  4. Qan təzyiqi normadan yüksək olanlar: Arterial təzyiqi təbii yollarla normada saxlamağa dəstək axtaran şəxslər.
  5. Həzm və bağırsaq problemi yaşayanlar: Bağırsaq mikroflorasını balanslaşdırmaq və zərərli mikrobların qarşısını almaq istəyənlər.

Əlaqəli bloq yazıları:

Əlaqəli yazı mövcud deyil.

Oxşar Məhsullar