Florelax Çay

Sakitləşdirici çay

Tərkibi:
Bədrənc yarpağı, passiflora otu, damotu otu, lavanda çiçəyi.

İstifadə qaydası:
2 filtr-bağlama 100 ml (1/2 stəkan) qaynar suda 15 dəqiqə dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 2-3 dəfə, hər dəfə 100 ml (1/2 stəkan) yeməkdən 30 dəqiqə əvvəl daxilə qəbul olunur.

Qəbul müddəti 1 aydır.
Uzun müddət qəbul oluna bilər.

Buraxılış forması:
25 filtr-bağlama, karton qutuda.

Saxlanması:
Quru və sərin, uşaqlar üçün əlçatmaz yerdə saxlanmalıdır.
Saxlanma müddəti 2 ildir.

100 ml hazır dəmləmə üçün qida dəyəri:
Zülal 0 q, yağ 0 q, karbohidrat < 0,5 q.
Enerji dəyəri: < 3 kC/1 kkal.

İstehsalçı: “Herba Flora” MMC
Azərbaycan Respublikası, Abşeron rayonu,
Qobu ŞTQ, Güzdək yolunun üstü.
www.herba-flora.com

TŞ AZ 1400297541.002-2019

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Ətraflı Məlumat

Florelax – Yuxuya getməyin ən qısa və təbii yolu!

Florelax çayı gərginlik, narahatlıq, qorxu və emosional stress hissini aradan qaldırmağa kömək edir. Mərkəzi sinir sisteminin oyanıqlığını tənzimləyərək emosional fonu yaxşılaşdırır. Eyni zamanda, yuxuya getməni sürətləndirir, yuxunun fazalarını tənzimləyir, gecə oyanmalarının qarşısını alır və səhərlər tam dincəlmiş, gümrah oyanmağı təmin edir. Florelax ilə hər yeni günə tam enerji ilə başlayın!

Əsas təsiredici maddələr:

  • Dərman bədrənci (Melissa officinalis) yarpağı: efir yağları (sitral, sitronellal, geraniol), fenolkarbon turşuları (rozmarin turşusu), flavonoidlər (kversetin, apigenin), aşı maddələri və ursol turşusu.
  • Passiflora (Passiflora incarnata) otu: alkaloidlər (harman, harmin və harmol), flavonoidlər (viteksin), kumarinlər və xinonlar.
  • Beşdilimli damotu (Leonurus quinquelobatus) otu: alkaloidlər (staxidrin, qindarin, leonurin), flavonoid qlikozidləri (rutin, kversetin, hiperozid), iridoidlər, aşı maddələri və acı qlikozidlər.
  • Lavanda (Lavandula angustifolia) çiçəyi: efir yağları (linalilasetat, linalol, geraniol), flavonoidlər (luteolin, apigenin), aşı maddələri və kumarinlər.

Florelax çayının faydaları:

  • Daxili sakitlik və emosional balans: həyəcan, qorxu, narahatlıq və gündəlik stress hissini yüngülləşdirir. Sinir sisteminin oyanıqlığını tənzimləyərək gün ərzində özünüzü daha gümrah və harmoniyada hiss etməyinizi təmin edir.
  • Yuxu keyfiyyətini yaxşılaşdırır: passiflora, melissa və lavandanın sinergik təsiri sayəsində yuxuya getməni yaxşılaşdırır, yuxunun keyfiyyətini tənzimləyir, gecə oyanmalarının qarşısını alır.
  • Xroniki yorğunluqla mübarizə: zehni və fiziki gərginlik zamanı orqanizmin stress faktorlarına qarşı müqavimətini gücləndirir, apatiya və ümumi zəifliyi azaldır.

Florelax çay kimlər üçün uyğundur?

  1. Yuxu pozulmasından əziyyət çəkənlər: gec yuxuya gedən, səthi və keyfiyyətsiz yuxudan əziyyət çəkən, gecələr tez-tez oyanan şəxslər üçün.
  2. Emosional gərginlik və həyəcan keçirənlər: iş, təhsil və ya gərgin gündəlik qrafik səbəbindən daimi emosional təzyiq altında olanlar üçün.
  3. Klimaks dövründəki qadınlar: menopauza zamanı yaranan hormonal dəyişikliklərlə bağlı əsəbilik, isti basmalar və yuxusuzluq halları ilə mübarizə aparanlar üçün.

Əlaqəli bloq yazıları:

Passiflora nədir? Passifloranın nə kimi faydaları var?

Oxşar Məhsullar