Məhsullarımız
Şərbətlər
Nefrofort
DƏRMAN VASİTƏSİ DEYİLDİR!
Tərkibi (100 ml): Adi mərcangilə (Vaccinium vitis-idaea fruit liquid extract) meyvəsinin duru ekstraktı – 9,2 ml; sallaq tozağacı (Betula pendula leaf liquid extract) yarpağının duru ekstraktı – 7 ml; ikievli gicitkən (Urtica dioica leaf liquid extract) yarpağının duru ekstraktı – 6,75 ml; qara gəndalaş (Sambucus nigra flowet liquid extract) çiçəyinin duru ekstraktı – 6,75; adi razyana (Foeniculum vulgare fruit distillate) meyvəsinin distillatı – 6,6 ml; dərman gülümbahar (Calendula officinalis flower liquid extract) çiçəyinin duru ekstraktı – 5,75 ml; meşə çiyələyi (Fragaria vesca leaf liquid extract) yarpağının duru ekstraktı – 3,95 ml.
Köməkçi maddələr: distillə suyu/distilled water, saxaroza /sucrose, limon turşusu/citric acid (E330), pektin/pectin (E440), natrium benzoat/sodium benzoate (E211), qliserin/glycerin (E422).
İstifadə qaydası:
4-7 yaş uşaqlar üçün 10 ml (2 çay qaşığı) gündə 3 dəfə;
7-12 yaş uşaqlar üçün 15 ml (1 xörək qaşığı) gündə 3 dəfə;
12 yaşdan yuxarı uşaqlar və böyüklər üçün 30 ml (2 xörək qaşığı) gündə 3 dəfə yeməkdən əvvəl daxilə qəbul olunur.
Tərkibində şəkər olduğuna görə şəkərli diabeti olan xəstələr şərbətdən ehtiyatla istifadə etməlidirlər.
Qeyd: Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər.
4-14 yaş uşaqların istifadəsi üçün uyğundur.
Əks göstərişlər: Şərbətin tərkibinə daxil olan bioloji aktiv maddələrə qarşı yüksək fərdi həssaslıq.
Saxlanılması: 25°C-dən yuxarı olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlayın. İstifadə müddəti qurtarmış şərbətdən istifadə etməyin.
Yararlılıq müddəti: 3 il.
Buraxılış forması: Şərbət, 100 ml şüşə flakonda, karton qutu qablaşdırmada.
Reseptsiz buraxılır.
Dərman vasitəsi deyil.
Bioloji aktiv qida məhsuludur.
MQ-25-000203
BAQM normal qidalanmanı əvəz etmir.
Tövsiyə olunan sutkalıq dozanı keçməyin.
Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.
Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz.
ГОСТ 28499-2014 üzrə istehsal olunur.
İstehsalçı: “Herba Flora” MMC
Azərbaycan Respublikası,
Abşeron rayonu, Qobu ŞTQ,
Güzdək yolunun üstü.
www.herba-flora.com
Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.
Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.
Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.
Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.
Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79
Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.
Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.
Nefrofort şərbəti böyrəklərin funksional fəaliyyətini yaxşılaşdırmaq, sidik-ifrazat sistemini infeksiyalardan qorumaq və bədənin filtrasiya prosesini dəstəkləmək məqsədilə xüsusi olaraq hazırlanmış bitki tərkibli zəngin bioloji aktiv qida məhsuludur.
Şərbətin tərkibindəki təbii ekstraktlar kompleks təsir göstərərək sidik yollarında yaranan iltihabi prosesləri effektiv şəkildə aradan qaldırır. O, həmçinin orqanizmdə su-duz balansını tənzimləyir, böyrəklərdə duzlaşmanın və kristallaşmanın qarşısını alır. Həmçinin böyrəklərdə daş yaranma riskini minimuma endirməyə kömək edir. Müntəzəm istifadə zamanı sidik yollarını sanasiya edir, zərərli toksinlərin və patoloji qalıqların bədəndən asanlıqla xaric olunmasını təmin edərək sidik-cinsiyyət sisteminin ümumi sağlamlığını etibarlı şəkildə qoruyur.
Əlaqəli yazı mövcud deyil.