Prolaks

DƏRMAN VASİTƏSİ DEYİLDİR!

Tərkibi (100 ml):
Şişyarpaq səna (Cassia acutifolia folium liquid extract) yarpağının duru ekstraktı – 13,8 ml; işlədici murdarça (Rhamnus cathartica cortex liquid extract) qabığının duru eks¬traktı – 10,12 ml; adi zəyərək (Linum usitatissimum semen liquid extract) toxumunun duru ekstraktı – 6,9 ml; adi razyana (Foeniculum vulgare fructus distillate) meyvə¬sinin distillatı – 5,06 ml; adi boymadərən (Achillea millefolium herba liquid extract) otunun duru ekstraktı – 5,06 ml; iri bağayarpağı (Plantago major semen liquid extract) toxumunun duru ekstraktı – 5,06 ml.
Köməkçi maddələr: distillə suyu /distilled water, saxaroza /sucrose, limon turşusu/citric acid (E330), pektin/pectin (E440), natrium benzoat/sodium benzoate (E211), qliserin/glycerin (E422).

İstifadə qaydası:
Böyüklər: 1 xörək qaşığı gündə 2 dəfə, ehtiyac olan hallarda 1-2 xörək qaşığı gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl qəbul olunur.
Tərkibində şəkər olduğuna görə şəkərli diabeti olan xəstələr şərbətdən ehtiyatla istifadə etməlidirlər.

Qeyd: Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər.

Əks göstərişlər: Şərbətin tərkibinə daxil olan bioloji aktiv maddələrə qarşı yüksək fərdi həssaslıq.

Saxlanılması: 25°C-dən yuxarı olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlayın. İstifadə müddəti qurtarmış şərbətdən istifadə etməyin.

Yararlılıq müddəti: 3 il.

Buraxılış forması: Şərbət, 100 ml şüşə flakonda, karton qutu qablaşdırmada.

Reseptsiz buraxılır.
Dərman vasitəsi deyil.
Bioloji aktiv qida məhsuludur.
MQ-25-000277
BAQM normal qidalanmanı əvəz etmir.
Tövsiyə olunan sutkalıq dozanı keçməyin.
Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.
Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz.

ГОСТ 28499-2014 üzrə istehsal olunur.

İstehsalçı: “Herba Flora” MMC
Azərbaycan Respublikası,
Abşeron rayonu, Qobu ŞTQ,
Güzdək yolunun üstü.
www.herba-flora.com

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Ətraflı Məlumat

Prolaks – Qəbizliyə qarşı təbii dəstək

Prolaks şərbəti, həzm sisteminin işini yaxşılaşdırmaq üçün xüsusi olaraq hazırlanmış bitki mənşəli bioloji aktiv qida məhsuludur. Bu şərbət lifli qidaların azlığı, oturaq həyat tərzi və az maye qəbulu ilə bağlı yaranan qəbizliyi aradan qaldırır. Xroniki, spastik və atonik pozulmalar zamanı bağırsaq fəaliyyətini təbii şəkildə nizamlayır.

Məhsul bağırsaq peristaltikasını yumşaq şəkildə stimullaşdıraraq yoğun bağırsağın boşalmasını asanlaşdırır. Disbakterioz zamanı həzm prosesini yaxşılaşdırır, köp və spazmları aradan qaldırmağa kömək edir. Həmçinin qeyri-düzgün qidalanma zamanı qəbizliyin profilaktikasını təmin edir.

Əsas təsiredici maddələr:

  • Şişyarpaq səna (Cassia acutifolia) yarpağı: antraqlikozidlər (sennozid), sərbəst antraxinonlar (emodin, rein), flavonoidlər (izoramnetin, kempferol), selikli maddələr.
  • İşlədici murdarça (Rhamnus cathartica) qabığı: antraqlikozidlər (qlükofranqulin, franqulin, ramnokatartin), antraxinonlar (emodin, xrizofanol), flavonoidlər (kversetin, ramnetin).
  • Adi zəyərək (Linum usitatissimum) toxumu: yağ turşuları (alfa-linolen, linol), selikli maddələr (polisaxaridlər), liqnanlar, zülallar.
  • Adi razyana (Foeniculum vulgare) meyvəsi: efir yağları (trans-anetol, fenxon, limonen), yağ turşuları (olein), flavonoidlər (kversetin, rutin).
  • Adi boymadərən (Achillea millefolium) otu: efir yağları (xamazulen, sineol, kamfora), alkaloidlər (axillein), flavonoidlər (apigenin, lüteolin), K1 və C vitaminləri.
  • İri bağayarpağı (Plantago major) toxumu: selikli maddələr (polisaxaridlər), yağ turşuları (linol turşusu), qlikozidlər (aukubin).

Prolaks şərbətinin faydaları:

  • Qəbizliyi effektiv şəkildə aradan qaldırır və bağırsaq fəaliyyətini normallaşdırır: şişyarpaq səna və işlədici murdarçanın tərkibindəki antraqlikozidlər sayəsində bağırsaq peristaltikasını stimullaşdırır və rahat şəkildə boşalmasını təmin edir.
  • Həzm prosesini yaxşılaşdırır və disbakterioz əlamətlərini azaldır: adi razyana və boymadərən həzm vəzilərinin sekresiyasını artırır, köpü (qazları) aradan qaldırır və bağırsaq spazmlarını aradan götürür. Disbakterioz fonunda yaranan qəbizlik və həzm pozulmalarının kompleks müalicəsinə kömək edir.
  • Bağırsağın selikli qişasını qoruyur və iltihabı aradan qaldırmağa kömək edir: adi zəyərək və iri bağayarpağı toxumlarının zəngin olduğu selikli maddələr bağırsaq divarlarını bürüyərək qıcıqlanmadan qoruyur.
  • Maddələr mübadiləsini dəstəkləyir və detoksikasiyanı təmin edir: toksinlərin və parçalanma məhsullarının orqanizmdən vaxtında xaric olunmasına yardım edir.

Prolaks şərbət kimlər üçün uyğundur?

  1. Xroniki, spastik və atonik qəbizlikdən əziyyət çəkənlər: bağırsaqların tonusunu bərpa etmək, peristaltikanı aktivləşdirmək və müntəzəm boşalmanı təmin etmək üçün.
  2. Disbakterioz fonunda qəbizliyi olanlar: bağırsaq mikroflorasının bərpasına şərait yaratmaq və iltihab əlamətlərini azaltmaq üçün.
  3. Qeyri-düzgün və quru qidalarla qidalananlar: lifli qidaların azlığı, oturaq həyat tərzi və az maye qəbulu ilə əlaqədar yaranan qəbizliyi aradan qaldırmaq üçün.
  4. Köp və bağırsaq spazmlarından narahat olanlar: həzm prosesini yaxşılaşdırmaq, qazların xaric olmasını asanlaşdırmaq, qəbizlik zamanı yaranan ağrıları və sancıları aradan qaldırmaq üçün.

Əlaqəli bloq yazıları:

Disbakterioz nədir və simptomları nələrdir?

Oxşar Məhsullar